Proceedings

Example of modern-day Azerbaijani intercultural dialogue Müasir dövr mədəniyyətlərarası dialoqun Azərbaycan nümunəsi Азербайджанский образец современного межкультурного диалога

Associate Professor Shalala Baghirova Azerbaijan University of Languages Author

Abstract

Over the course of history Azerbaijan had been a place where religions, cultures and civilizations come together. The country had played not only the role of a geographical but also a cultural bridge between East and West. It is interesting that the ideas of tolerance, coexistence, multiculturalism were preserved throughout the country from the earliest times when these ideas did not exist historically.
In modern times, the majority of the population of the Republic of Azerbaijan are Turks, but there are representatives of other peoples. According to the 2009 census, 8.4 percent of the country’s population is represented by national minorities, small nations and ethnic minorities. In addition to national minorities, small nations, living in the Republic of Azerbaijan, there are representatives of other nations not depending on their numbers. Many of them are from other nations, as well as bearers of different religions. Today, the role of the state in the recognition of Azerbaijan as native homeland by Russians, Talyshs, Avars, Tatars, Tat people, Ukrainians, Tsakhurs, Georgians, Jews, Kurds, Kyryz people, Udins, Khinalug people and other nationalities is indisputable. The country’s national policy is based on the principles of coexistence and tolerance of different ethnic groups and religious minorities.
The preservation of the principles of tolerance and multicultural values, formed by national leader Heydar Aliyev, is being successfully continued today by the President of Azerbaijan Ilham Aliyev. In terms of tolerance, the socioeconomic development and political stability should be emphasized when talking about factors that form the basis of the country. That is, if there is unity, there will be peace and prosperity. As Ilham Aliyev said: “Let’s see what the alternatives to multiculturalism are. Are there any? Of course, there are, but what are they? I believe that the alternatives to multiculturalism are xenophobia, discrimination, racism, Islamophobia and anti-Semitism.”
It is the result of President Ilham Aliyev’s appreciation for religious values that various religions and confessions are supported throughout the country, new mosques are built, church and synagogues are repaired. In our country, there are 525 Islamic, 34 non-Islamic religious communities, and 11 churches and 6 synagogues officially. At the same time, it should be noted that Ilham Aliyev organizes regular meetings with leaders of various religious communities operating in the country, is interested in their problems, listens to their recommendations and requests. Itis noteworthy that President Ilham Aliyev congratulates Christian and Jewish communities on religious holidays every year. At the traditional Ramadan festivals organized by the President, along with Muslim religious figures, the participation of other religious community leaders is a clear example of tolerance throughout the country. As a result of all these efforts, historically formed coexistence and tolerance in Azerbaijan have become a wonderful tradition that characterizes our society, our morality.
Today, war, terrorism, human trafficking, ethnic cleansing, emigration and the discrimination resulting from them have become a global issue. These problems lead to the feeling of fear and contravention of people in the world. They lead to intolerance, aggression and other negative events. At a time when such problems are becoming a global threat, the policy of multiculturalism carried out by the President of Azerbaijan, Ilham Aliyev, is of great importance for the world. As a result of Ilham Aliyev’s purposeful policy for the preservation and development of religious and national values, our country is considered as a tolerant example of religious tolerance, and is ahead of the majority of Asian and European countries. Today, Azerbaijan’s example of tolerance and intercultural dialogue is discussed in most international conferences and forums. As a result of all this, today Azerbaijan has become one of the centres of multiculturalism in the world, besides contributing to the international level in terms of tolerance, intercultural dialogue.
Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Ölkəmiz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsü rolunu oynamışdır. Maraqlıdır ki, tarixən tolerantlıq, birgəyaşayış, multikulturalizm terminlərinin mövcud olmadığı bir dövrdə, bu ideyalar ölkə ərazisində qorunub saxlanılmışdır.
Müasir dövrdə Azərbaycan Respublikası əhalisinin əsas və böyük hissəsini Azərbaycan türkləri təşkil etsə də, burada digər xalqların da nümayəndələri yaşayır. 2009-cu ilin siyahıyaalınmasına görə, ölkə əhalisinin 8,4 faizini milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir. Azərbaycan Respublikası ərazisində kompakt halında yaşayan milli azlıq, azsaylı xalq və milli azlıqlarla yanaşı, sayının azlığından və çoxluğundan asılı olmayaraq, həmçinin digər xalqların nümayəndələri də yaşayır. Onların bir çoxu başqa millətlərdən olduqları kimi, müxtəlif dinlərin də daşıyıcısıdırlar. Rusların, talışların, avarların, tatarların, tatların, ukraynalıların, saxurların, gürcülərin, yəhudilərin, kürdlərin, qrızların, udinlərin, xinalıqların və digər millətlərin nümayəndələrinin bu gün Azərbaycanı öz doğma vətənləri kimi qəbul etmələrində dövlətin rolu əvəzsizdir. Ölkənin milli siyasəti müxtəlif etnik qrup və dini azlıqların birgə yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşmişdir.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu birgəyaşayış, tolerantlıq prinsiplərinin, multikultural dəyərlərin qorunub-saxlanılması hazırda Azərbaycan Respulikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə ərazisində tolerantlıq mühitindən, onun əsasını təşkil edən amillərdən söz açarkən, sosial-iqtisadi inkişaf, siyasi sabitlik xüsusi qeyd olunmalıdır. Yəni birlik olan yerdə əmin-amanlıq, ruzi-bərəkət də olar. İlham Əliyevin dediyi kimi: “Əgər multikulturalizm iflasa uğrayıbsa, onda onun alternativi nə ola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir”.
Prezident İlham Əliyevin dini dəyərlərə göstərdiyi diqqətin və əhəmiyyətin nəticəsidir ki, ölkə ərazisində müxtəlif dinlərin və konfessiyaların fəaliyyətinə dəstək verilir, yeni-yeni məscidlər tikilir, kilsə və sinaqoqlar təmir edilir. Ölkəmizdə rəsmi şəkildə 525 islam, 34 qeyri-islam təmayüllü dini icma, eyni zamanda, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, İlham Əliyev ölkə ərazisində fəaliyyət göstərən müxtəlif dini icmaların liderləri ilə mütəmadi görüşlər təşkil edir, onların problemləri ilə maraqlanır, tövsiyə və xahişlərini dinləyir. Diqqətəlayiq haldır ki, Prezident İlham Əliyev hər il ölkənin xristian və yəhudi icmalarını dini bayramları münasibətilə təbrik edir. Ramazan bayramlarında Prezident tərəfindən təşkil olunan ənənəvi iftar süfrələrində müsəlman din xadimləri ilə yanaşı, digər dini icma başçılarının da birgə iştirakı ölkə daxilində tolerant düşüncənin tam olaraq bərqərar edil bariz nümunəsidir. Bütün bu görülən işlərin nəticəsidir ki, tarixən Azərbaycanda formalaşmış birgəyaşayış, dözümlülük, tolerantlıq bu gün cəmiyyətimizi, mənəviyyatımızı səciyyələndirən gözəl ənənəyə çevrilmişdir.
Bu gün dünyada müharibə, terror, insan alveri, etnik təmizləmə, mühacirət problemi və bunlardan irəli gələn ayrı-seçkilik qlobal bir məsələyə çevrilmişdir. Bu problemlər dünyada insanlar arasında qorxu hisslərinin və ziddiyyətlərin yaranmasına gətirib çıxarır. Bunlar isə dözümsüzlüyə, aqressiyaya və digər neqativ hallara aparıb çıxarır. Belə problemlərin qlobal təhlükəyə çevrildiyi bir zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü multikulturalizm siyasəti dünya üçün mühüm əhəmiyyət kəsb edir. İlham Əliyevin dini, milli dəyərlərin qorunub-saxlanılması, inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasətinin nəticəsidir ki, ölkəmiz dini dözümlülük səviyyəsinə görə tolerantlıq nümunəsi hesab edilir və Asiya, Avropa ölkələrinin əksəriyyətini qabaqlayır. Bu gün tolerantlığın, mədəniyyətlərarası dialoqun Azərbaycan nümunəsi beynəlxalq konfransların, forumların əksəriyyətində müzakirə edilir. Bütün bunların nəticəsidir ki, hazırda Azərbaycan tolerantlıq, mədəniyyətlərarası dialoq baxımından, beynəlxalq səviyyədə öz töhfələrini verməklə yanaşı, dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrilmişdir.
На протяжении веков Азербайджан являлся местом, где объединялись религии, культуры и цивилизации. Наша страна долгое время играла роль культурного моста между Востоком и Западом. Интересно, что исторически эти идеи развивались и сохранялись по всей стране в период, когда еще не было терминов «толерантность», «сосуществование», «мультикультурализм».
В современный период большинство населения Азербайджанской Республики составляют азербайджанские тюрки, но здесь проживают представители и других народов. По данным переписи 2009 года, 8,4 процента населения страны представлены национальными и этническими меньшинствами. Помимо этих представителей в Азербайджанской Республике проживают представители других наций. Многие их них, представляя разные страны, также являются носителями разных религий. Роль государства незаменима в признании Азербайджана своей родиной русскими, талышами, татарами, татами, украинцами, сахурами, грузинами, евреями, курдами, грызами, удинами, хиналугцами и другими национальностями. Национальная политика страны основана на принципах сосуществования и терпимости различных этнических групп и религиозных меньшинств.
Сегодня Президент Азербайджанской Республики Ильхам Алиев успешно продолжает политику сохранения принципов сосуществования, толерантности и мультикультуральных ценностей, основанную Общенациональным лидером Гейдаром Алиевым. Когда речь идет о толерантной среде и факторах, составляющих ее основу, обязательно надо подчеркнуть социально-экономическое развитие и политическую стабильность. То есть там, где единство, там и мир и процветание. Как сказал Ильхам Алиев: «Если мультикультурализм терпит поражение, что может быть альтернативой ему? Это понятно. Дискриминация, расизм, ксенофобия, исламофобия, антисемитизм».
Результатом признания религиозных ценностей Президентом Ильхамом Алиевым является поддержка различных религий и конфессий в стране. Сегодня в республике строятся и ремонтируются новые мечети, церкви и синагоги.
В стране официально действуют 525 исламские, 34 неисламские религиозные общины, среди которых 11 церквей и 6 синагог. В то же время следует отметить, что Ильхам Алиев регулярно организует встречи с лидерами различных религиозных общин действующих в стране, интересуется их проблемами, выслушивает их рекомендации и просьбы.
Примечательно, что Президент Ильхам Алиев ежегодно поздравляет христианские и еврейские общины с религиозными праздниками. Участие других лидеров религиозных общин вместе с религиозными деятелями-мусульманами на традиционных ужинах ифтар во время праздника Рамадан, организуемых Президентом, является ярким примером толерантного мышления по всей стране. В результате всех этих работ и усилий исторически сложившееся мирное сосуществование и толерантность в Азербайджане стали прекрасной традицией, которая характеризует наше общество, культуру, мораль.
Сегодня война, терроризм, торговля людьми, этническая чистка, проблемы эмиграции и дискриминация, вызванная этими процессами, стали глобальной проблемой. Эти проблемы вызывают чувство страха и противоречия среди людей во всем мире. А это приводит к нетерпимости, агрессии и другим негативным случаям. В то время, когда такие проблемы становятся глобальной угрозой, политика мультикультурализма, проводимая Президентом Азербайджанской Республики Ильхамом Алиевым имеет большое значение для всего мира. В результате целенаправленной политики Ильхама Алиева по сохранению и развитию религиозных и национальных ценностей наша страна является примером религиозной терпимости и опережает большинство стран Азии и Европы. Сегодня пример толерантности и межкультурного диалога в Азербайджане обсуждается на многих международных конференциях и форумах. В результате всего этого можно сказать, что помимо внесения большого вклада в решение проблем межкультурного диалога и толерантности, современный Азербайджан стал одним из центров мультикультурализма в мире.