Jurnallar
-
“İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF), Kırıkkale Universitetinin İslam Elmləri Fakültəsi və İslam Ölkələri Tədqiqat Mərkəzi ilə birgə təşkil etdiyi “İslam Mədəniyyətində Birgəyaşayış Təcrübəsi” mövzusunda beynəlxalq simpozium keçirilib.
-
“Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda respublika elmi konfransı
Azərbaycan İlahiyyat İnstitutunun təşkilatçılığı ilə Vasim müəllimin xatirəsinə həsr olunmuş “Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda respublika elmi konfransı keçirilib.
-
"Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda Simpozium
Azerbaycan İlahiyat İnstitutu (Aİİ), Türk Ocağı İstanbul Şubesi, İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutu və Türk İşbirliği və Koordinasiya Ajansı'nın (TİKA) ortaq təşkilatçılığı ilə Türkiyə və Azərbaycanda doğumunun 150. ilində Türk dünyasının görkəmli içtimaî siyasî hadimi Ahmet Ağaoğlu mövzusunda sempozium keçirilib.
-
“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu
XX əsrin sonlarında Qafqaz xalqlarının müstəqillik əldə etməsinə paralel olaraq, İslam sivilizasiyasının regionun digər xalqları, o cümlədən, Azərbaycan xalqı üçün əhəmiyyətinin tədqiq edilməsi istiqamətində ulu öndər Heydər Əliyevin himayədarlığı və İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) birgə təşkilatçılığı ilə 1998-ci ildə Bakıda keçirilən “İslam Sivilizasiyası Qafqazda” Beynəlxalq Simpoziumunun ikincisi keçirilmişdir.
-
"Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni" mövzusunda elmi-praktik konferans
Azərbaycan İlahiyyat İnstitutu, Respublika Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və 2019-cu ili Azərbaycan Respublikasında “Nəsimi İli” elan edilməsi haqqında sərəncamlarına uyğun olaraq, Mənəvi Dəyərlərin Təbliği Fondu ilə birgə "Mənəvi Dəyərlər Sistemində Nəsimi Fenomeni" mövzusunda elmi konfrans keçirib.
-
"Azərbaycanda Ərəb dilinin tədrisi sahəsində mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Beynəlxalq Ərəb Dili Gününə həsr olunmuş “Azərbaycanda ərəb dilinin tədrisi sahəsində mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans keçirilib.