Proceedings

Role of Iravan school in religious education in the Caucasus: The case study of the Iravani dynasty Qafqazda dini təhsil sahəsində İrəvan məktəbinin rolu: İrəvanilər sülaləsinin nümunəsində Роль иреванской школы в религиозном образовании на Кавказе: на примере Иреванской династии

Durdana Jafarli Institute of Oriental Studies named after academician Z.M. Bunyadov of ANAS Author

Abstract

One of the indicators of each aboriginal people’s historical roots in a certain area is undoubtedly the existence of their monuments and temples. As in other areas of Azerbaijan, Islamic religion began to spread from the 7th century in the Iravan Khanate. Since then, numerous mosques and madrasas started to operate in these areas.
In these madrasas, well-known mujdehids (high religious person in Islam) and religious figures were engaged both in teaching and writing works. Hundreds of figures of science, culture and religion, who were born and grown up in the city of Iravan, one of the oldest scientific and cultural centers of Azerbaijan, contributed with their valuable works not only to the Caucasian peoples’ culture, but also to the entire Islamic world. Their works are kept in different libraries, archives and museums around the world.
There were dozens of prominent Islamic scholars and faqihs (a scholar on fiqh, one of the religious sciences dealing with issues of Shariah) with title of mujdehid, ayatollah and allama, known by the surname of “Iravani”, who were born and grown up in Iravan, then left for higher religious education to such Islamic centres as Najaf, Karbala, Baghdad, Cairo, Khorasan, and died there. Islamic scholars such as Ayatollah Sayyid Ali Iravani, Ayatollah Haji Sheikh Yusuf, Ayatollah Muhammad bin Muhammad BaqirIravani, Ayatollah Seyyid
Abdulmajid Iravani, Ayatollah Mirza Aliaga Iravani and Mirza Fazlali can be mentioned among them.
Popularizing of such Islamic scholars through their works used as teaching aids in Islamic scientific centers and their belonging to Iravan, an ancient Azerbaijani land, increases the topicality of the issue. The article analyzes the scientific personality of Islamic scholars known as Iravanians, their valuable works contributed to the Islamic world and their scientific and theoretical methods. At the same time, the role and characteristic features of the Iravan School in the field of religious education in the Caucasus were highlighted.
Today it is of particular importance to popularize these great Azerbaijani scholars from Iravan, when Armenians are trying to create mono-ethnic Armenian city by wiping out all the cultural and historical traces of Azerbaijanis in their ancient lands and in Iravan city.
Hər bir aborigen xalqın həmin ərazidəki tarixi köklərinin göstəricilərindən biri, heç şübhəsiz, onlara məxsus abidələr və ibadətgahların mövcudluğudur. Digər Azərbaycan əraziləri kimi, İrəvan xanlığı ərazisində də İslam dini VII əsrdən etibarən yayılmağa başlamışdır. Məhz həmin dövrdən bəri bu ərazilərdə çoxlu sayda məscid və mədrəsə fəaliyyət göstərmişdir. Bu mədrəsələrdə tanınmış müctəhidlər və din xadimləri həm tədrislə məşğul olur, həm də əsərlər yazırdılar. Azərbaycanın ən qədim elm və mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərində doğulub boya-başa çatmış yüzlərlə elm, mədəniyyət və din xadimi dəyərli əsərləri ilə təkcə Qafqaz xalqlarına deyil, bütünlükdə İslam dünyasına öz töhfəsini vermişdir. Onların əsərləri dünyanın müxtəlif kitabxanalarında, arxivlərində və muzeylərində qorunub saxlanılır.
İrəvanda doğulub boya-başa çatan, sonra dini təhsil üçün həmin dövrdə Nəcəf, Kərbəla, Bağdad, Qahirə, Xorasan kimi İslam elm mərkəzlərinə ali dini təhsil almaq məqsədi ilə müraciət edən, sonradan müəyyən səbəblərdən həmin şəhərlərdə ömrünü başa vuran “İrəvani” soyadı ilə məhşur olan onlarca müctəhid, ayətullah və əllamə titulu daşıyan görkəmli İslam alim və fəqihləri olmuşdur. Bunların sırasında ayətullah Seyyid Əli İrəvani, ayətullah Haci Şeyx Yusif, ayətullah Məhəmməd bin Məhəmməd Baqir İrəvani, ayətullah Seyyid Əbdülməcid İrəvani, ayətullah Mirzə Əliağa İrəvani, Mirzə Fəzləli kimi tanınmış İslam alimlərinın adlarını çəkmək mümkündür. Bu gün də İslam elm mərkəzlərində əsərlərindən dərs vəsaiti kimi istifadə olunan belə alimlərin tanınması və onların qədim Azərbaycan torpağı olan İrəvan şəhərinə mənsubluğu mövzunun aktuallığını daha da artırır. Məqalədə əslən İrəvandan olub, İrəvanilər kimi məşhurlaşan İslam alimlərinin elmi şəxsiyyəti, İslam aləminə vermiş olduqları dəyərli əsərləri təhlil edilərək, onların elmi-nəzəri metodları araşdırılıb. Eyni zamanda, Qafqazda dini təhsil sahəsində İrəvan məktəbinin rolu və xarakterik xüsusiyyətləri xüsusi vurğulanmışdır.
Bu gün ermənilərin cidd-cəhdlə azərbaycanlıların öz qədim əraziləri olan İrəvan şəhərindəki bütün maddi-mədəniyyət izlərini, tarixi abidələrini silməyə cəhd göstərərək, monoetnik erməni şəhəri yaratmağa çalışdıqları bir dövrdə, əslən İrəvandan olan bu böyük Azərbaycan alimlərinin tanınması xüsusi əhəmiyyət kəsb edir.
У каждого народа-аборигена одним из показателей наличия исторических корней, определяющих его принадлежность к данной территории, несомненно, является существование относящихся к нему памятников и мест поклонения. Как и на остальных территориях Азербайджана, ислам стал распространяться на территории Иреванского ханства, начиная с VII века. Именно с этого времени на данной территории начало функционировать множество мечетей и медресе. В этих медресе занимались преподавательской деятельностью, а также создавали свои труды известные муджтехиды и религиозные деятели. В одном из самых древних центров науки и культуры Азербайджана – в городе Иревань родились и были взращены сотни научных, культурных и религиозных деятелей, подаривших свои ценные произведения не только народам Кавказа, но и всему исламскому миру. Их сочинения хранятся в различных библиотеках, архивах и музеях мира. Десятки исламских учёных, получивших впоследствии титулы муджтехидов, аятолла и факихов, родились и выросли в Иревани, затем уехали в такие города, как Неджеф, Кербела, Багдад, Каир, Хорасан для получения высшего религиозного образования, но, в силу разных причин, завершили свой жизненный путь на чужбине, прославившись при этом под фамилией «Иревани». В числе их можно назвать имена таких известных исламских деятелей, как аятолла Сейид Али Иревани, аятолла Гаджи Шейх Юсиф, аятолла Мухаммад бин Мухаммад Бакир Иревани, аятолла Сейид Абдулмаджид Иревани, аятолла Мирза Алиага Иревани, Мирза Фазлали и других. Тот факт, что на сегодняшний день сочинения этих исламских учёных используются в качестве учебного пособия в исламских научных центрах и то, что они являются уроженцами старинного азербайджанского города Иревань, ещё более увеличивает актуальность данной темы. В статье анализируется научная личность исламских учёных, происходивших родом из Иревани, и прославившихся под фамилией Иревани, ценные произведения, подаренные ими исламскому миру, а также исследуются использовавшиеся ими научно-теоретические методы.
Наряду с этим, особо подчёркиваются роль и характерные особенности иреванской школы в сфере религиозного образования на Кавказе.
Сегодня, в период когда армяне прикладывают серьёзные усилия для того, чтобы стереть все следы материально-духовной культуры и исторические памятники азербайджанского народа на его исконных древних территориях в городе Иревань, стремясь создать моноэтнический армянский город, выявление ряда имён великих азербайджанских учёных, имеющих иреванское происхождение, имеет особо важное значение.