Proceedings

Religious and Secular Education in Zangazur, Historical District of Azerbaijan (late 19th and the 20’s of the 20th centuries) Azərbaycanın tarixi Zəngəzur qəzasında dini və dünyəvi təhsil (XIX əsrin sonu, XX əsrin 20-ci illəri) История азербайджанского религиозного и светского образования в Зангезурском уезде» (конец XIX века 20-ые годы XX века)

Haji Abdulla Zangezur Communities Public Union Author

Abstract

The historical area of Zangezur district in Azerbaijan covered the lands of Gorus, Sisian, Gafan, Mehri districts of present Armenia and Lachin, Gubadli and Zangilan districts of the Republic of Azerbaijan. The area was 7.892 sq. km. According to the cameral description and the treasury of Tsarist Russia in 1874, there were 268 state villages in the district. There were 208 Azerbaijani, 42 Armenian, 12 Kurdish and 5 Muslim and Armenians and 1 village with 100 Malakan families moved from Russia. According to 1897 census, there were 142000 people in the district. 71206 persons (51,6%) were Azerbaijani, 63622 (44,8%) were Armenians, 1807 (1,3%) Kurdish, and the rest were Russians, Malakans and Tats.
At the end of the 19th century, while there were 46 Armenian Gregorian churches, 26 mosques were open in the district. Although majority of the population was Muslims, the number of mosques was twice as less than the number of Christian churches. The Armenians have already had the Albanian temples in the region. Most of the Muslims living in the district belonged to Shiite sect. According to the educational policy pursued by Tsarist Russia, In the mid-80s of the 19th century, 4 secular schools had been opened in the district. They were located in Gorus, Gubadli, Arsevanik and Qarakilse villages. The village school with one grade opened in 1876 became a two-grade school in 1882. In December 1885, 209 students stuided in these four schools Out of 209 only 3 of them were girls. The total number of Azerbaijanis was about 40-20% percent. 128 students were peasants, 42 children of wealthy families, 26 children of religious figures and 3 children of the people who were sent to work temporarilyin the district. The annual expenses spent for 4 schools were 4411 Russian roubles. Totally, 1608 (87 kopecks) roubles were spent for Gorus, 1082 roubles for Arsevanik, 920 roubles for Garakilse and 800 roubles for Qubadli school. In the 20s of the 20th century, there were 40 secular schools in the district. Many young people from Zangazur were educated at Gori Seminary in different cities of Russia. Four of the students of the Republic were from Zangazur. However, most of the children still studied at madrasas with mullahs. As Zangazur bordered with Ottoman and Gajarian states, a great deal of people returned to the district with religious education received in Tehran, Istanbul, Mashhad, Tabriz and Karbala. The Red Bolsheviks arrested and exiled 40 religious figures with Haji, Mashadi, Karbalayi, Seyid titles who were in the list of “solid counter-revolutionaries” and burned religious books and mosques in front of the people. After Sheikh Shamil in the Caucasus, the 2nd “Jihad Declaration” was written by Bahlul Behjat (Zangazur, Dondarli 1869, Irkutsk, March 15, 1938). With weapon in his hand, he revolted against the BolshevikDashnaks, overthrew the Red government in Gubadli uniting his forces with outlaws and prevented Bolsheviks from entering the district.
Despite the small number of Azerbaijanis educated in religious and secular schools in Zangezur, there were some influential statesmen, political, public, military, science, literature, and religious figures, who wrote glorious pages in the history of the country during the time of the Azerbaijan Democratic Republic and the Soviet era.
Azərbaycanın tarixi Zəngəzur qəzasının ərazisi indiki Ermənistan Respublikasının Gorus, Sisian, Qafan, Mehri və Azərbaycan Respublikasının Laçın, Qubadlı, Zəngilan rayonlarının torpaqlarını əhatə edib. Sahəsi 7 892 kv.km olub. 1874-cü ildə Çar Rusiyası dövründə aparılmış kameral təsvirin və quberniya xəzinə palatasının məlumatına görə, qəzada 268 dövlət kəndi var idi. Bu kəndlərdən 208-də azərbaycanlı-türklər, 42-də ermənilər, 12-də kürdlər, 5-də müsəlman və ermənilər qarışıq, 1-də Rusiyadan köçürülmüş 100-dək malakan-duxaborlar ailəsi yaşayırdı. 1897-ci il siyahıyaalınmasına görə, qəzada 142 min nəfər yaşayırdı. Onların 71 206 nəfəri – 51,6 faizi azərbaycanlı, 63622-si – 44,8 faizi erməni, 1 807 nəfəri – 1,3 faizi kürd, qalanı rus, malakan, tatlar idi.
XIX əsrin sonlarında qəzada 46 erməni-qriqorian kilsəsi olduğu halda, cəmisi 26 məscid fəaliyyət göstərirdi. Qəza əhalisinin yarıdan çoxu müsəlman olsa da, məscidlərin sayı xristian ibadətgahlarından 2 dəfəyədək az idi. Ermənilər bölgədəki alban məbədlərini də artıq özününküləşdirmişdi.
Qəza müsəlmanlarının çoxu şiə təriqətinə mənsub idi.
Çar Rusiyasının ucqarlarda apardığı təhsil siyasətinə uyğun olaraq, XIX
əsrin 80-ci illərinin ortalarında qəzada 4 dünyəvi məktəb açılmışdı. Onlar Gorus, Qubadlı, Arsevanik və I Qarakilsə kəndlərində yerləşirdi. 1876-cı ildə qəza mərkəzi Gorusda açılmış birsinifli kənd məktəbi 1882-ci ildə ikisinifli məktəbə çevrilmişdi. 1885-ci ilin dekabrında bu 4 məktəbdə cəmisi 209 şagird təhsil alırdı, onlardan 3 nəfəri qız idi. Azərbaycanlılar cəmi 40 nəfər 20% təşkil edirdi. Şagirdlərdən 128-i kəndli, 42-si bəy, 26-sı ruhani, 3-ü qəzada müvəqqəti işləməyə göndərilənlərin övladları idi. Dörd məktəbə çəkilən illik 4 411 rubl 87 qəpik xərcin 1 608 rubl 87 qəpiyi Gorus, 1 082 rublu Arsevanik, 920 rublu Qarakilsə və 800 rublu Qubadlı məktəbinin payına düşürdü.
XX əsrin 20-ci illərində qəzada 40 dünyəvi məktəb fəaliyyət göstərirdi. Qori Seminariyasında, Rusiyanın müxtəlif şəhərlərində xeyli zəngəzurlu gənc ali təhsil almışdı. Cümhuriyyət tələbələrinin 4-ü zəngəzurlu idi.
Lakin uşaqların əksəriyyəti hələ də molla yanında, mədrəsələrdə oxuyurdu. Zəngəzurun Osmanlı və Qacarlar dövlətləri ilə sərhəd yaxınlığı səbəbindən, Tehran, İstanbul, Məşhəd, Təbriz, Kərbəlada ruhani təhsili alıb, İslamı, Şəriəti, ərəb-fars dillərini kamil öyrənib qəzaya qayıdan xeyli din xadimi var idi. “Qırmızı” bolşeviklər təkcə bir gecədə Zəngəzurun Laçın nahiyəsindən ruhani təhsili görmüş 40 nəfər adları “qatı əksinqilabçıların siyahısı”na düşmüş “hacı”, “məşədi”, “kərbəlayi”, “seyid” titullu din xadimini həbs edib sürgünə göndərmiş, ev, məscidlərdəki dini kitabları xalqın gözü qarşısında yandırıb məhv etmişdi. Qafqazda Şeyx Şamildən sonra 2-ci “Cihad Bəyannaməsi”ni 1920-ci ildə Zəngəzurun sonuncu qazısı Bəhlul Behcət (Zəngəzur, Dondarlı nahiyəsi 1869, İrkutsk, 15 mart 1938) yazıb qurduğu fədailər dəstəsinin başında işğalçı bolşevik-daşnaklara qarşı əldə silah üsyan qaldırmış, qaçaqlarla qüvvələrini birləşdirərək, mərkəzi Xanlıq kəndi olan Qubadlı nahiyəsində “qırmızı hökumət”i devirmiş, bolşevik hakimiyyətini qəzaya buraxmamışdı.
Zəngəzurda dini və dünyəvi məktəbləri bitirən azərbaycanlıların sayının azlığına baxmayaraq, onların arasından Azərbaycan Xalq Cümhuriyyəti və sovet dövründə xalqımızın tarixinə şərəfli səhifələr yazmış xeyli nüfuzlu dövlət, siyasi-ictimai, hərbi, elm, ədəbiyyat, din xadimləri yetişmişdi.
Территория исторического Зангезурского уезда Азербайджана охватывала земли сегодняшних Герусского, Сисианского, Гафанского, Мехринского районов Армении и Лачинского, Губадлинского, Зангиланского районов Азербайджана. Его площадь составляла 7.892 км
2. По сведениям камерального описания, проведенного в 1874 году во время царской России, и губернской казенной палаты в уезде было 268 государственных деревень. В 208 из них жили азербайджанцы-тюрки, в 42 – армяне, в 12 – курды, в 5 – смешанно мусульмане и армяне, в 1 – до 100 семей молокан-духоборцев, переселенных из России. По переписи 1897 года в уезде жили 142 тысяч человек. 71 206 – 51,6% из них были азербайджанцы, 63622 – 44,8% армяне, 1807 человек – 1,3% курды, остальные – русские, молоканы, татары.
В то время как в конце XIX века в уезде было 46 армянских церквей, действовало всего 26 мечетей. Несмотря на то, что больше половины населения уезда были мусульманами, количество мечетей было почти в
2 раза меньше, чем количество христианских мест поклонения. Армяне присвоили уже и албанские храмы в этой области.
Большинство мусульман уезда относились к шиитскому течению Ис-
лама.
В соответствии с образовательной политикой царской России, проводимой в отдаленных регионах, в середине 80-ых годов XIX века в уезде было открыто 4 светских школ. Они были расположены в селах Герус, Губадлы, Арсеваник и I Гаракилса. Одноклассная сельская школа, открытая в 1876 году, в 1882 году превратилась в двухклассную школу. В декабре 1885 года в этих 4-ех школах училось всего 209 учеников, 3-ое из них были девочки. Азербайджанцы составляли всего 40 человек – 20%. 128 учеников были детьми крестьян, 42 – беков, 26 – духовных лиц, 3 –ое – отправленных для временной работы в уезде. 1608 рублей 87 копеек из 4411 рублей 87 копеек, потраченных на расходы 4-ех школ приходилось на долю школы в Герус, 1082 рублей – на долю школы в Арсеваник, 920 рублей на долю школы в Гаракилса и 800 рублей на долю школы в Губадлы.
В 20-ых годах XX века в уезде действовало 40 светских школ. В Горийской семинарии, во многих городах России получили образование большое число зангезурской молодежи. 4 из республиканских студентов были из Зангезура.
Но большинство детей все еще учились у молы и в медресе. По причине того, что Зангезур граничил с Османской империей и государством Каджаров, здесь было очень много религиозных деятелей, получивших духовное образование в Тегеране, Стамбуле, Мешхеде, Тебризе, Кербеле и вернувшихся в уезд, полностью изучив Ислам, шариат, арабский и фарсидский языки. Красные большевики за одну ночь арестовали и отправили в ссылку религиозных деятелей с титулами гаджи, мешеди, кербелаи (лица, отправившиеся в паломничество в Мекку, Мешхед, Кербелу соответственно) и сеид (потомки пророка Мухаммеда (с.а.с.) через его дочь Фатиму и внука Хусейна), сожгли и уничтожили перед всем народом их дома, религиозные книги в мечетях. Последний кадий Зангезура, написавший вторым после Шейха Шамиля на Кавказе «Декларацию по вопросам джихада» в 1920 году, Бахлул Бейджат (Зангезур, местность Дондарлы, 1869 год – Иркутск, 15 марта 1938 года) во главе созданной им группы патриотов, с оружием в руках поднял восстание против захватчиков большевиков-дашнаков, объединил силы с беглецами и сверг красное правительство в области Губадлы с центром в селе Ханлыг, не впустил большевистское правительство в уезд.
Несмотря на небольшое число азербайджанцев, окончивших религиозные и светские школы в Зангезуре, среди них было много видных государственных, политических, общественных, военных, научных, литературных и религиозных деятелей, которые написали славные страницы в истории нашего народа в Азербайджанской Демократической Республике и в советское время.