Proceedings

Role of Caucasian scientists in the development of exact, natural and human sciences in the Islamic world Qafqaz alimlərinin İslam dünyasında dəqiq, təbiət və humanitar elmlərin inkişafında rolu Роль ученых Кавказа в развитии точных, естественных и гуманитарных наук в исламском мире

Khayal Valiyev Al-Mustafa International University Author

Abstract

The Caucasian land has always contributed great scientists and valuable specialists to the Islamic world. Along with religious sciences, these valuable personalities gained high achievements in non-religious sciences, brought great scientific discoveries and inventions to the Islamic world and the peoples of the world. Valuable scientists and specialists of the Caucasus made trips to the Eastern countries to get higher degrees and benefited from the scientists there. After returning to the Caucasus, they spread and developed the sciences they studied at the eastern science centers, including logic, philosophy, irfan, theology, medicine, astronomy, geography, mathematics and folk medicine in the Caucasus. Ayatollah Seyid Husseyn Bakuvi, the great Islamic philosopher of the 20th century, can be cited as an example to the scientists of the Caucasus, who have grown up in the field of exact, natural and humane sciences. Ibrahim and Akmaladdin Nakhchivani have taken important steps in the field of medicine. These personalities did valuable work in the development and advancement of medical science in their time. Haji Zeynalabidin and Mohammadali Shirvani in the field of geography, and Agha Mir Nasrullah Ganjavi in the field of mathematics are beautiful examples.
For many years, Soviet power ruled in the Caucasus plundering and destroying a great number of scientific heritage of this territory, researchers faced a shortage of sources when writing scientific articles and works about Caucasian scientists. When we wrote an article in this direction, we had to face the same problems. Therefore, in writing the article, we used the method of sociological research and some works written in this area. It includes information from the Azerbaijan Soviet Encyclopedia, Shamakhi encyclopedia, Zakir Mammadov and Farid Alakbarli, Upbringing of teenagers on the exampleof historical personalities by Afag Gasimova, Azerbaijani culture in the Middle Ages by Kheyirbey Gasimov and many others.
The article mainly deals with the activities of Azerbaijani scientists in the field of geography, medicine, pharmacy and mathematics in the Islamic world and works written in this direction.
Caucasian scientists played an important role in the development of exact, natural and humane sciences in the Islamic world, and created valuable works in this direction.
Qafqaz torpağı daim İslam dünyasına böyük alimlər və dəyərli mütəxəssislər töhfə vermişdir. Bu dəyərli şəxsiyyətlər dini elmlərlə yanaşı, qeyri-dini elmlər üzrə də yüksək nailiyyətlər əldə etmiş, İslam dünyasına və dünya xalqlarına böyük elmi kəşflər və ixtiralar ərməğan etmişlər. Qafqazın dəyərli alim və mütəxəssisləri ali elmi dərəcələrə yiyələnmək üçün əsasən, Şərq ölkələrinə səfərlər etmiş, oradakı alimlərin elmindən faydalanmışlar. Onlar Qafqaza döndükdən sonra, Şərqin elm mərkəzlərində öyrəndikləri elmləri, o cümlədən Məntiq, Fəlsəfə, İrfan, Teologiya, Tibb, Astronomiya, Coğrafiya, Riyaziyyat və Xalq təbabətini Qafqazda yaymış və inkişaf etdirmişlər. Qafqazın dəqiq, təbiət və humanitar elmlər sahəsində yetişmiş alimlərinə XX əsrin böyük İslam filosofu Ayətullah Seyid Hüseyn Bakuvini misal göstərmək olar. Tibb sahəsində İbrahim və Əkmələddin Naxçıvani mühüm addımlar atmışlar. Bu şəxsiyyətlər öz dövrlərində tibb elminin inkişafında və genişlənməsində dəyərli işlər görmüşlər. Coğrafiya sahəsində Hacı Zeynalabidin və Məhəmmədəli Şirvanini, Riyaziyyat sahəsində isə Ağa Mir Nəsrullah Gəncəvi gözəl nümunədir.
Uzun illər sovet hakimiyyəti Qafqaza hakim kəsildiyi və bu ərazinin bir çox elmi irsini talan və ya məhv etdiyinə görə, tədqiqatçılar Qafqaz alimləri haqqında elmi məqalə və əsərlər yazdıqları zaman, mənbə və məxəzlərin azlığı ilə üzləşiblər. Biz də bu istiqamətdə məqalə yazdığımız zaman eyni problemlərlə üzləşməli olduq. Buna görə də məqalənin yazılmasında sosioloji araşdırma metodundan, bu sahədə yazılmış bəzi əsərlərdən istifadə etdik. Buraya Azərbaycan Sovet Ensiklopediyası, Şamaxı ensiklopediyası; Zakir Məmmədov və Fərid Ələkbərlinin əsərləri; Afaq Qasımovanın “Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi”; Xeyirbəy Qasımovun “Orta əsrlərdə Azərbaycan mədəniyyəti” və digər əsərlər daxildir.
Məqalədə, əsasən, Azərbaycan alimlərinin İslam dünyasında Coğrafiya, Tibb, Əczaçılıq və Riyaziyyat elmləri sahəsindəki fəaliyyətindən, bu istiqamətdə qələmə aldıqları əsərlərdən bəhs olunmuşdur.
Qafqaz alimləri İslam dünyasında dəqiq, təbiət və humanitar elmlərin inkişafı istiqamətində mühüm rol oynamış, bu istiqamətdə qiymətli əsərlər ərsəyə gətirmişlər.
Кавказская земля всегда дарила исламскому миру великих ученых и ценных специалистов. Эти ценные личности помимо религиозных наук достигли больших успехов и в мирских науках, подарили исламскому миру и всем народам мира большие научные открытия и изобретения. Ценные специалисты и ученые Кавказа для получения высших научных степеней путешествовали в основном в восточные страны, учились у ученых этих стран. После возвращения на Кавказ они распространяли здесь науки, изученные в восточных научных центрах в том числе, логику, философию, ирфан, теологию, медицину, астрономию, географию, математику и народную медицину. Из кавказских ученых в сфере точных, естественных и гуманитарных наук в качестве примера можно показать великого исламского философа 20 века Аятуллаха Сеида Гусейна Бакуви. В медицине важные шаги предпринял Ибрагим и Акмаладдин Нахчивани. Эти личности в свою эпоху сделали огромную работу в развитии медицинской науки. В области географии прекрасными примерами являются Гаджи Зейналабидин и Магомедали Ширвани, а в математике Ага Мир Насруллах Гянджеви.
Так как в течение многих лет советская власть правила на Кавказе и разграбила или уничтожила научное наследие на данной территории, исследователи при написании научных статей и произведений о кавказских ученых столкнулись с недостаточностью источников. Мы также при написании статьи столкнулись с аналогичной проблемой. Поэтому при написании статьи мы воспользовались методом социологического исследования и некоторыми произведениями в этой сфере. Сюда относятся Азербайджанская Советская Энциклопедия, Шамахинская энциклопедия, произведения Мамедова Закира и Фалекберли Фарида, а также такие произведения, как «Воспитание подростков на примере исторических личностей» Афаг Гасымовой, «Азербайджанская культура в средние века» Хейирбея Гасымова и т.д.
В статье в основном говорится о деятельности азербайджанских ученых в сфере географии, медицины, фармацевтики и математики в исламском мире, об их произведениях в этом направлении.
Кавказские ученые сыграли важную роль в развитии точных, естественных и гуманитарных наук в ислмском мире, написали ценные произведения в этом направлении.