Материалы

Проявления веры в спасение (Махди) в стихах Имамаддина Насими İmadəddin Nəsiminin Şeirlərində Məhdəviyyət (Xilaskarlıq) İnancının Təzahürləri Manifestation of the belief in Mahdaviat (the idea of salvation) in the poetry of Imadeddin Nasimi

Эльнур Мустафаев научный сотрудник Института Востоковедения им. Акад. З.М. Буньядова НАНА Автор

Аннотация

История, прошлое культурное и духовное наследие и религиозные верования всегда были актуальными для общественных и гуманитарных наук. Элементы, упомянутые выше, являются духовным, нематериальным богатством каждой нации. Мифологические образы, устные и письменные образцы фольклора, материальные культурные памятники, древние каменные летописи, религиозные верования и традиции являются доказательством существования нации в целом. Различные культуры, традиции, религиозные убеждения в разных странах, которые люди формировали в течение длительного периода времени, являются результатом образа жизни и преобладающего мышления. Если в судьбе каждого народа произойдет резкое изменение, исследование и изучение культурно-исторического наследия, традиций и религиозных верований является одним из важнейших вопросов для нации для определения собственного пути развития. С
течением времени быстрое развитие научно-технических областей приводит к экономическим, политическим, религиозным, культурным изменениям в жизни общества. В результате возникшая экстремальная ситуация вызывает активацию общественного мнения, перечтение культурных и исторических памятников и исследование исторических проблем в новом стиле. Хотя невозможно изменить историю, можно согласовать тексты, понять новые вещи, превратить их в часть нашей нынешней жизни. Например, можно отметить предметы, которые отражены в текстах, однозначное или многоязычное использование слов, значение и толкования, смысл и применение, мысли и выводы автора, правильное объяснение предложения и пр. На самом деле эти проблемы, связь между идеями и речью, смыслом и пониманием, частью и целым с древних времен интересовали философские школы как на Востоке, так и на Западе. В частности, изучение религиозных философских текстов и правильное понимание посланий этих текстов являются одной из основных задач в области изучения и науки. В XXI веке религии сохраняют свою актуальность и продолжает влиять на политическую, социальную, культурную и экономическую жизнь мира.
Имадеддин Насими (1369-1417) один из самых выдающихся представителей классической азербайджанской литературы, положивший начало философской, социально-политической поэзии на нашем родном языке. Он приобрел репутацию своим мастерством, языком, стилем, религиозно-философскими мыслями благодаря общественно-политической деятельности и смелости, и сумел проникнуть в творчество своего времени и будущего поколения.
Творчество Насими богато такими темами, как представления о человеке, который спасет мир, идеальном человеке, установление общественно-политической справедливости, пропаганда моральных ценностей, борьба за цель и символизм. Насими проиллюстрировал мысли о вере Махди и различные аспекты этой теории в новом стиле и выразил религиозные и философские мотивы в формах художественного выражения. В стихах Насими идеи спасения мира от жестокости, материального и морального благополучия, создания справедливого общества, человеческого совершенства и скрытой необычайной силы в человеке доводятся суфийскими и герметическими методами. В результате можно отметить, что в стихах Насими были довольно хорошо отражены проявления веры Махди, и религиозно-философские мысли об этой теории стали одной из главных тем в творчестве поэта.
Tarixə, keçmiş mədəni-mənəvi irsə və dini inanclara münasibət ictimai və humanitar elmlər üçün həmişə aktual olmuşdur. Qeyd olunan ünsürlər hər bir xalqın mənəvi, qeyri-maddi sərvətidir. Mifoloji təsəvvürlər daxil olmaq şərti ilə şifahi və yazılı folklor nümunələri, maddi mədəniyyət abidələri, qədim daş salnamələr, dini inanclar və adət-ənənələr bütövlükdə xalqın mövcudluğunu sübut edən dəlil-sübutlardır. Müxtəlif xalqlarda müşahidə etdiyimiz fərqli mədəniyyətlər, adət-ənənələr, dini inanclar xalqın uzun zaman kəsiyində formalaşdırdığı yaşam tərzinin və hakim olan düşüncənin nəticəsidir. Ona görə hər bir xalqın müqəddəratında kəskin dönüş baş verərsə, xalqın öz inkişaf yolunu müəyyənləşdirməsi üçün mədəni-tarixi irsin, adət-ənənələrin və dini inancların tədqiq edilib araşdırılması çox mühim məsələlərdən birinə çevrilir. Zamanın irəliləməsi, elmi-texniki sahələrin sürətlə inkişafı cəmiyyətin həyatında iqtisadi, siyasi, dini, mədəni dəyişikliklərə səbəb olur. Yaranmış ekstremal vəziyyət ictimai fikrin fəallaşmasına, mədəni-tarixi abidələrin yenidən oxunmasına, tarixi mövzuların yeni üslubda tədqiq olunmasına zəmin yaradır. Tarixi dəyişmək mümkün olmasa da, mətnləri yenidən mənalandırmaq, yeni cür anlamaq, onları bugünkü həyatımızın bir parçasına çevirmək olar. Misal olaraq mətnlərdə əks edilən predmetləri; istifadə olunan sözlərin birmənalı və ya çoxmənalı işlənməsi; anlam və şərh; məna ilə tətbiq arasında münasibət; müəllifin düşüncələri və nəticəyə gəldiyi qənaəti; mübhəm cümlələrin düzgün izahı və digər problemləri qeyd etmək mümkündür. Əslində, bu problemlər, yəni fikir və nitq, məna və dərk, hissə və bütün arasında münasibət qədim dövrlərdən bəri istər Şərqdə, istər Qərbdə fəlsəfi məktəbləri maraqlandırmışdır. Xüsusilə dini-fəlsəfi mətnlərin tədqiqi və həmin mətnlərdə qeyd olunan mesajların düzgün başa düşülməsi dinşünaslıq və bu elmlə əlaqədər sahələrin əsas vəzifələrindən biridir.
XXI əsr olmasına baxmayaraq, dinlər öz aktuallığını qoruyub-saxlayır, dünyanın siyasi, ictimai, mədəni və iqtisadi həyatında öz təsir izlərini qoymaqda davam edir.
İmadəddin Nəsimi (1369-1417) klassik Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, anadilli poeziyamızda fəlsəfi, ictimai-siyasi məzmunlu şeirin əsasını qoyan şəxsdir. Nəsimi, eyni zamanda, anadilli şeirimizdə əruzun imkanlarını genişləndirən və onu poeziyamız üçün doğma birvəznə çevirən sənətkardır. O, sənətkarlığı, dili, üslubu, dini-fəlsəfi düşüncələri, ictimai-siyasi fəaliyyəti və cəsarəti ilə şöhrət qazanmış, yaşadığı dövrdə və özündən sonra gələcək nəslin yaradıcılığına nüfuz etməyi bacarmışdır.
Nəsimi yaradıcılığında məhdəviyyət məsələsi, dünyanı xilas edəcək şəxslə bağlı düşüncələr, kamil insan, ictimai-siyasi ədalətin qurulması, mənəvi dəyərlərin təbliği, məqsədə çatmaq naminə mübarizə və simvolika kimi mövzular zəngindir. Mehdi inancı ilə bağlı düşüncələr və bu nəzəriyyənin müxtəlif aspektləri Nəsimi tərəfindən yeni üslubda işıqlandırılmış, dini və fəlsəfi motivlər bədii ifadə formaları ilə əks etdirilmişdir. Nəsiminin şeirlərində dünyanın zülmdən xilası, maddi və mənəvi rifahın təmini, ədalətli cəmiyyətin qurulması, insan kamilliyi və insanda gizli qalmış fövqəladə güc kimi ideyalar sufi və hürufiliyə xas metodlarla çatdırılmışdır. Nəticə olaraq qeyd etmək mümkündür ki, Mehdi inancının təzahürləri Nəsiminin şeirlərində kifayət qədər öz əksini tapmış, bu nəzəriyyə ilə bağlı dini-fəlsəsəfi düşüncələr şairin yaradıcılığında əsas mövzulardan birinə çevrilməyi bacarmışdır.
History, past cultural and spiritual heritage and religious beliefs have always been relevant to the social sciences and humanities. The elements mentioned above are the spiritual, intangible wealth of every nation. Mythological images, oral and written samples of folklore, material cultural monuments, ancient stone annals, religious beliefs and traditions are proof of the existence of a nation as a whole. Different cultures, traditions, religious beliefs in different countries, which people have shaped over a long period of time, are the result of lifestyle and prevailing thinking. If there is a dramatic change in the fate of every nation, the study of the cultural and historical heritage, traditions and religious beliefs is one of the most important issues for a nation to determine its own path of development. Over time and rapid development of scientific and technical areas lead to economic, political, religious, cultural changes in the life of society. As a result, the consequential extreme situation causes the activation of public opinion, re-reading of cultural and historical monuments and the study of historical problems in a new style. Although it is impossible to change the history, it is possible to harmonize texts, understand new things, and turn them into a part of our present life. In particular, the study of religious philosophical texts and the correct understanding of the messages in these texts are one of the main tasks in the field of study and science. Despite the 21st century, religions remain relevant and continue to influence the political, social, cultural and economic life of the world.
Nasimi (1369 – 1417) was a 14th century Azerbaijani and Hurufi poet. Known mostly by his pen name of Nesîmî, he composed one divan in Azerbaijani, one in Persian and a number of poems in Arabic. He is considered one of the greatest Azerbaijani mystical poets of the late 14th and early 15th centuries and one of the most prominent early divan masters in Azerbaijani literary history.
Creativity of Nasimi is rich in the problem of the messiah (masih), thoughts about the person who will save the world, the ideal person, the establishment of social and political justice, the promotion of moral values, the struggle for purpose and symbolism. Thoughts about the Mahdi faith and various aspectsof this theory are illustrated by Nasimi in a new style, while religious and philosophical motifs are expressed in forms of artistic expression. Nasimi’s verses explain such ideas as saving the world, material and spiritual wellbeing, building a just society, human perfection and extraordinary power in a person. As a result, it can be noted that the manifestations of Mahdi’s faith are reflected in Nasimi’s poems and religious and philosophical reflections on this theory have become one of the main themes of the poet’s creative work.