Bildiriler

Azərbaycanın Maarifçilik Hərəkatında Maarifçi Qadınlar Women educators in the educational movement of Azerbaijan Женщины-просветители в азербайджанском просветительском движении

f.f.d. Aygün Kərimova Bakı Dövlət Universitetinin müəllimi Müəllif

Xülasə

XIX əsrin ortalarından başlayaraq, Azərbaycanda maarifçilik hərəkatı yüksəliş mərhələsinə qədəm qoydu. Maarifçilik ideyaları Azərbaycana Qərbi Avropadan tarixən bir az gec gəlməyə başlasa da, inkişaf müddəti uzun tarixi dövr keçməmişdir. Daha dəqiq desək, qısa bir zamanda maarifçilik ideyalari sürətlə inkişaf etmişdir. Bu ideyaların geniş sürətlə yayılması, nəinki cəmiyyətimizin kişi nümayəndələrinin üzərinə düşdü, eyni zamanda, bu məsələdə Azərbaycan qadınlarının elmə, təhsilə, inkişafa, mədəniyyət və incəsənətə olan töfhələri hələ o dövr üçün xalqımızın milli mədəni inkişafına nə qədər böyük bir ərməğan etdiklərini açıq şəkildə göstərmişdir. Həmin bu qadınlar, eyni zamanda, özlərindən sonra maarifçi, ziyalı qadınlar nəslinin formalaşmasında böyük bir iz buraxmışlar. Bununla da onlar sübut etməyə çalışmışlar ki, Azərbaycan qadınları həm evinə, ailəsinə, övladlarına fədakar və qayğıkeş ana ola bildikləri kimi, xalqımızın elmi, mədəni inkişafında da eyni əzm və həvəslə fəaliyyət göstərməyi bacarırlar.
Azərbaycan qadınları bu mübariz hərəkatda da mühüm rol oynamışlar. XIX əsrin ortalarından başlayan maarifçilik hərəkatı yüksəliş mərhələsinə keçdikdən sonra, ölkədə bir çox nüfuzlu cəmiyyət yaranmağa başladı. Tiflisin intellektual mühitində yetişən ziyalı nəsil bu müddətdə qabaqcıl maarifçilik ideyalarının Azərbaycanda yayılması istiqamətində böyük rol oynadı. Həmin dövrlərdə Bakıda mədəni-maarif sahəsində bir-birinin ardınca «Nəşri-Maarif», «Nicat», «Şəfa», «Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyəti», «Müqəddəs Nina» və «Müqəddəs Ripsimi» rus qadın xeyriyyə cəmiyyətləri yaranmışdı. Şübhəsiz ki, bu cəmiyyətlər maarifçilik ideyalarının daha sürətlə inkişafına güclü təkan verir, cəmiyyətin qadın üzvlərini mədəni inkişaf sahəsində daha aktiv rol oynamağa sövq edirdi. Belə bir zamanda ölkənin müxtəlif şəhərlərində qadın cəmiyyətləri də yaranmağa başladı.
Faktlar göstərir ki, tariximizin məlum repressiya dövru olmasaydı, bu cür tanınmış fədakar, tərəqqipərvər, maarifçi qadınlarımızın xalqımızın elmi mədəni inkişafında hələ nə qədər saysız-hesabsız uğurları ola bilərdi.
Qadınlarımızı elmə, təhsilə, inkişafa səsləyən, cəmiyyətdə haqq və hüquqlarını bilməyə təbliğ edən zərif cinsin nümayəndələri özləri böyük əzablar görsələr də, bir məşəltək yollarından dönmədən ömürlərinin sonunadək cəmiyyətimizi zülmətdən nura çıxarmağa çalışmışlar. Xeyriyyə cəmiyyətləri, qızməktəbləri, naşirlik, publisistik fəaliyyətləri ilə təhsil və tərbiyənin hərtərəfli inkişafına çalışan Azərbaycanın maarifçi qadınları maarifçilik tariximizin qurur mənbəyidirlər.
Since the middle of the 19th century, the educational movement of Azerbaijan entered a stage of recovery. Despite the fact that educational ideas began to come to Azerbaijan from Western Europe historically late, the development period did not take so long.
More precisely, in a short period, the ideas of enlightenment began to grow rapidly. The wide spread of these ideas fell not only on the shoulders of men. The contribution of Azerbaijani women to science, education, development, culture and art clearly showed how much was done at that time for the national and cultural development of our people.
These women also left a glorious mark in the formation of a generation of educated and intelligent women. Thus, they tried to prove that Azerbaijani women are able to work with the same perseverance and enthusiasm for the development of science and culture, as dedicated and caring mothers devote themselves to home, family and children. Azerbaijani women played an important role in this struggle. Since the middle of the 19th century, after the transition of the educational movement to the stage of recovery, many influentialsocieties began to appear in the country. The intelligent generation that grew up in the intellectual environment of Tbilisi played a great role in spreading the ideas of advanced enlightenment in Azerbaijan. At that time, Russian charitable societies operating in the cultural and educational sphere were established in Baku: Publishing Enlightenment, Nijat, Health, Relief Society of Caucasian Muslim Women, St. Nina and St. Ripsimi. Of course, these societies accelerated the development of educational ideas, contributed to a more active role of women members of society in cultural development. At such times, women’s societies began to form in different cities of the country.
The facts show that if there was no known period of repression in our history, then such famous, selfless, progressive and educated women would achieve much more success. They could make an even greater contribution to the scientific and cultural development of the people.
These women, who called upon their compatriots to science and education, who promoted the rights of women in society, underwent severe trials themselves. However, despite this, they did not turn from their path; they did work to the end to bring society out of darkness. Azerbaijani women who worked in charitable societies, schools for girls, engaged in publishing, publicist activities with the aim of comprehensive development of education and upbringing, are the subject of pride in the history of education of Azerbaijan.
Начиная с середины XIX века, просветительское движение в Азербайджане вступило в этап подъема. Несмотря на то, что просветительские идеи стали приходить в Азербайджан из Западной Европы исторически поздно, период развития занял не столь долгое время.
Точнее говоря, идеи просвещения стали быстро развиваться за короткий промежуток времени. Широкое распространение этих идей выпало не только на плечи мужчин. Вклад азербайджанских женщин в науку, образование, развитие, культуру и искусство наглядно показал, как много было сделано в тот период для национально-культурного развития нашего народа.
Эти женщины также оставили после себя славный след в формировании поколения образованных, интеллигентных женщин. Тем самым они пытались доказать, что азербайджанские женщины способны работать для развития науки и культуры с таким же упорством и энтузиазмом, как преданные и заботливые матери посвящают себя дому, семье, детям. Азербайджанские женщины сыграли важную роль в этой борьбе. Начиная с середины XIX века, после перехода просветительского движения к этапу подъема, в стране стало появляться много влиятельных обществ. Интеллигентное поколение, выросшее в интеллектуальной среде Тбилиси, сыграло большую роль в распространении идей передового просветительства в Азербайджане. В те времена в Баку были созданы русские благотворительные общества, работающие в культурно-просветительской сфере: «Издательство-Просвещение», «Ниджат», «Здоровье», «Общество милосердия Кавказских мусульманских женщин», «Святая Нина» и «Святой Рипсими». Безусловно, эти общества ускорили развитие просветительских идей, способствовали более активной роли женщин-членов об-
щества в культурном развитии. В такой период в разных городах страны начали создаваться женские общества.
Факты показывают, что если бы не известный период репрессий в нашей истории, такие известные, самоотверженные, прогрессивные и образованные женщины добились бы еще больших успехов. Они могли внести еще больший вклад в научное и культурное развитие народа.
Эти женщины, призывавшие своих соотечественниц к науке, образованию, пропагандировавшие права женщины в обществе, сами прошли тяжелые испытания. Однако, несмотря на это, они не свернули со своего пути, до конца вели работу, чтобы вывести общество из темноты. Азербайджанские женщины, которые работали в благотворительных обществах, школах для девочек, занимались издательской, публицистической деятельностью с целью всестороннего развития образования и воспитания, являются предметом гордости истории просвещения Азербайджана.