Qəbul qaydaları

Tezislərin qəbul qaydaları

1. Tezislərin ümumi həcmi 400-500 sözdən ibarət olmalıdır.

2. Təqdim olunan yazının əvvəlində tezisin adından sonra müəllifin adı, elmi dərəcəsi və ya elmi adı, işlədiyi (təmsil etdiyi) müəssisə, vəzifəsi, şəhər və ölkə, elektron poçt ünvanı və ORCID-kod göstərilməlidir.

3. Sonda tezisin yazıldığı dildə 5 açar söz verilməlidir.

4. Tezisin mətni “A4” formatında, 12 ölçülü hərflərlə, “Arial” şriftlə, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafədə, 1 intervalla  olmalıdır.

5. Tezislər Azərbaycan, türk, ingilis, rus və ya ərəb dillərində qəbul olunur.

6. Müəlliflər tezisləri göndərmək üçün https://symposium.ait.edu.az/ saytında qeydiyyatdan keçib şəxsi kabinet yaratmalıdırlar. Tezislər yalnız sayt üzərindən qəbul edilir. Daxil olan tezislərin dəyərləndirilməsi zamanı ikitərəfli anonim rəy prosesi tətbiq olunur.

Tezislərin göndərilməsi üçün son tarix: 26.05.2025

Tezislərin qəbul olunduğunun bildiriləcəyi tarix: 26.06.2025

 

Məqalələrin qəbul qaydaları

1. Məqalələr əvvəllər hər hansı bir mənbədə dərc edilməmiş və dəyərləndirmədə olmayan yeni tədqiqatlar olmalıdır.

2. Məqalələr Azərbaycan, türk, ingilis, rus və ya ərəb dillərində qəbul olunur.

3. Müəlliflər məqalələri göndərmək üçün https://symposium.ait.edu.az/ saytında qeydiyyatdan keçib şəxsi kabinet yaratmalıdırlar. Məqalələr yalnız sayt üzərindən qəbul edilir. Daxil olan məqalələrin dəyərləndirilməsi zamanı ikitərəfli anonim rəy prosesi tətbiq olunur.

4. Məqalənin mətni “A4” formatında, 12 ölçülü hərflərlə, “Arial” şriftlə, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafədə, 1 intervalla olmalıdır.

5. Məqalənin ümumi həcmi 3000-5000 sözdən ibarət olmalıdır.

6. Təqdim olunan araşdırmanın əvvəlində məqalənin adından sonra müəllifin adı, elmi dərəcəsi və ya elmi adı, işlədiyi (təmsil etdiyi) müəssisə, vəzifəsi, şəhər və ölkə, elektron poçt ünvanı və ORCID-kod göstərilməlidir.

7. Daha sonra məqalə yazılan dildə xülasə verilməli və açar sözlər qeyd edilməlidir. Xülasələrin həcminin 200-250, açar sözlərin isə 5-8 sözdən ibarət olması tələb olunur. Açar sözlər ümumidən-xüsusiyə doğru sıralanmalıdır.

Xülasə və açar sözlər məqalənin yazıldığı dildən əlavə ingilis dilində də verilməlidir. Xülasədə məqalənin və müəllifin adı, elmi dərəcəsi və ya elmi adı, işlədiyi (təmsil etdiyi) müəssisə, vəzifəsi, şəhər və ölkə, elektron poçt ünvanı və ORCID-kod tam göstərilməlidir. Məqalənin yazıldığı və ingilis dillərində olan xülasə və açar sözlər girişdən əvvəl yerləşdirilməlidir. Müəllifin gəldiyi elmi nəticə, işin yeniliyi, əhəmiyyəti və s. xülasədə yığcam şəkildə qeyd olunmalıdır.

8. Elmi araşdırmaların yazılma üsullarına uyğun olaraq, daha sonra giriş, ən azı 2 (iki) yarımbaşlıq, nəticə və ədəbiyyat siyahısı olmalıdır.

9. Mövzu ilə bağlı elmi mənbələrə istinadlar vacibdir. Məqalədə istinadlar göstərildiyi yerdən sonra mötərizə içərisində müəllifin soyadı, nəşr ili və səhifənin nömrəsi ardıcıl verilməlidir. Nümunə: (Bünyadov, 2007, 17-21).

10. Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat bu formatda yerləşdirilməlidir: Müəllif (soyadı, inisialları). Nəşr ili. Əsərin adı. Şəhər: nəşriyyatın adı. (Həcmi). Nümunə: İsmayılov, G. (2014). Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz. Bakı: Nurlar NPM. (240 s.).

11. Mövzu ilə bağlı son 10 ilin elmi mənbələrinə istinadlar vacibdir.

Məqalələrin təqdim olunması üçün son tarix: 29.08.2025