Материалы

İslamda Tolerantlıq Ideyasının Nəzəri Məsələləri və Tarixi Təcrübə İslamda Tolerantlıq Ideyasının Nəzəri Məsələləri və Tarixi Təcrübə

Elvüsal Azərbaycan İlahiyyat İnstitutunun dosenti, AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi Автор

Аннотация

İslamın tolerant məzmunu digər səmavi dinlərə – Yəhudilik və Xristianlığa münasibətdə öz əksini tapmışdır. Müsəlman nöqteyi-nəzərinə görə, bütün dinlər başlanğıcını eyni mənbədən götürür; Quran və Sünnə mətnlərində İslamın sonuncu din olması, digər peyğəmbərlərin ilahi missiya və təbliğ üsullarını ehtiva etməsi, əvvəlki peyğəmbərlikləri təsdiqləməi haqqında danışılır. Bu kontekstdə mühüm olaraq qeyd edilməlidir ki, islamın digər dinlərə münasibəti onların ləğvinə deyil, təsdiqinə əsaslanır. Məsələn, bir sıra ayələrdə Məhəmməd peyğəmbərə xitabən deyilir ki, Qurani-Kərim ona haqq olaraq, özündənəvvəlki kitabları təsdiq edən və qoruyan olaraq endirilmişdir.
Tolerantlıq İslamın ümumi prinsip və məqsədlərinə uyğundur. İslam nöqteyi-nəzərində insana münasibət, səmavi dinlərin eyni mənbədən meydana çıxması, etiqad və inancda ağlabatanlıq və inandırma üsullarına müraciət, yəni inanıb-inanmamaqda insan oğlunun azad olması – bütün bunlar İslamda tolerantlıq prinsipinin nəzəri tərəflərini əmələ gətirir.
Qurani-Kərimdə göstərilir ki, insan Allah tərəfindən hörmətli-izzətli yaradılmışdır. Odur ki düşüncəsi, inancı və dininə görə kimisə alçaltmaq, təzyiq altında saxlamaq İslamın insana humanist münasibəti prinsipi ilə ziddiyyət təşkil edir. Bu səbəbdən İslama görə, təlim-təbliğat, dini maarifləndirmə təhkimçilik və icbariliyə deyil, rasional arqumentlərə söykənməli, inandırma əsas götürülməlidir. Bununla yanaşı, səmavi dinlərin Allah tərəfindən göndərilməsi vahid başlanğıc məsələsini gündəmə gətirir ki, nəticə etibarilə digər səmavi dinlərin fiziki və icbari sıxışdırılması ilə səciyyələnən radikal münasibət forması İslama zidd hesab olunur. Nəhayət, zorakı və icbari yollarla subyektlərin din seçimi qarşısında qoyulması tolerantlıqla səsləşmir, təzyiq altında bu və ya digər inancın seçilməsi fərdlərdə seçdikləri dinə münasibətdə sevgi yaratmadığı, əksinə, riyakarlıq formalaşdırdığı üçün məqbul deyildir.
Tolerantlıq İslamın dini mətnlərində nəzəri məfhum olaraq qalmamış, həm də erkən tarixi təcrübədə təsdiqlənmiş, tarixin sonrakı əsrlərində qorunub saxlanmış, müsəlman coğrafiyasının dini-mədəni mənzərəsində bütün aydınlığı ilə ifadə olunmuşdur. Məhəmməd peyğəmbərin Mədinədə yəhudi və bütpərəst azlıqlara din münasibətini göstərən hüquqi sənəd – “Mədinə sənədi”, Nəcran xristianlarına məsciddə ibadət imkanının yaradılması, Peyğəmbərin yəhudi ailəsinə sədəqə verməsi, müqavilə əsasında yəhudi və xristianları himayəsi altına alması, Raşidi xilafətində xəlifələrin müsəlman ordularına monastırları dağıtmamaq, xristian dindarlarına toxunmamaq əmrini vermələri, II xəlifə Ömər ibn əl-Xəttabın Qüds əhalisi ilə müqaviləsi (tarixdə müqavilənin mətni “Ömər əhdnaməsi” adı ilə tanınır), Qiyamət kilsəsində namaz qılmaması, çoxəsrlik müsəlman tarixiboyu müsəlman coğrafiyasında xristian və yəhudi azlıqların yaşaması,monastır və sinaqoqların fəaliyyət göstərməsi, onların himayəsi məqsədilə dini – zimmilik institutunun müsəlman hüquq sistemində mövcudluğu – bütün bu və digər faktlar tarixi tolerantlıq təcrübəsindən xəbər verir.