Qəzzalinin Təkfir Məsələsinə Ontoloji-Hermenötik Yanaşma
Xülasə
İslam dini meydana çıxdığı tarixdən etibarən, insanlara birliyi, bərabərliyi və sülhü əmr etmiş, onların ortaq dəyərlər ətrafında birləşərək tək olan Tanrıya yönəlmələrini istəmiş, cəmiyyəti parçalayacaq və insanı Tanrıya qulluq vəzifəsindən yayındıracaq ixtilaflardan və qarşıdurmalardan çəkindirmişdir. Bu çağırış, sadəcə, müsəlmanlara deyil, bütün bəşəriyyətə şamil edilmiş, insanların Adəm və Həvvadan yarandığı, bu baxımdan dində olmasa belə, yaradılışda qardaş olduqları vurğulanmış, Tanrının birliyinin insanlar arasındakı münasibətlərə əks etdirilməsi tövsiyə edilmişdir. Bununla yanaşı, İslam fikir müxtəlifliyini inkar etməmişdir. Qurani-Kərimin və Həzrət Peyğəmbərin çoxsaylı çağırışları bu əsas prinsipi özündə əks etdirir. Buna baxmayaraq, din əsaslı fikir müxtəlifliyi erkən dövrlərdən etibarən meydana çıxmış, siyasi, dini, hətta irqi amillərə söykənən bəzi radikal fikir ayrılıqları İslam tarixi boyunca müşahidə olunmuşdur. Bir çox müsəlman alim və mütəfəkkir bu fikir müxtəlifliyinin praktik fəsadlara yol açmaması üçün müxtəlif elmi yanaşmalar və nəzəriyyələr irəli sürmüşlər.
Belə şəxsiyyətlərdən biri də Əbu Hamid əl-Qəzzalidir. Qəzzali (v. 505/1111) etiqadi qarşıdurmaların geniş vüsət aldığı bir dövrdə yaşamışdır. Onun əsərlərindəki ifadələrdən də görünür ki, o, İslam etiqadı içərisinə kənardan daxil olub müsəlmanlar arasında təfriqə yaradan, parçalanmaları dərinləşdirən fikir və düşüncələrə qarşı mübarizə aparmağı qarşısına məqsəd qoymuşdur. Əbu Hamid əl-Qəzzalinin yaşadığı dönəmdə etiqadi qruplar arasında mübahisələrin əsas mövzusu kəlami məsələlərə əsaslanırdı. Kəlami mübahisələrin mərkəzində yer alan bəzi Qurani-Kərim ayələri və hədislər mövcud qruplar tərəfindən müxtəlif şəkillərdə yozumlanır, tərəflər bir-birlərini bu yozum fərqliliklərinə görə kafirliklə ittiham edəcək həddə qədər çatırdılar. Xüsusilə Tanrının zatı və sifətləri ilə əlaqələndirilən bəzi ayələr və hədislər müzakirələrin əsas mövzusunu təşkil edirdi. Quran ləfzlərinə qrupların bu fərqli baxışı ayrılığı dərinləşdirən ən önəmli məqamlardan biri idi. Qəzzali bu yozumlama probleminə ontoloji-hermenevtik nöqteyi-nəzərdən yanaşaraq təkfirə qədər gedib-çıxan fikir ayrılıqlarına dair bir həll variantı ortaya qoymağa çalışmışdır. Belə ki, ayə və hədislərdə keçən ləfzləri varlıq mərtəbələri baxımından araşdıran Qəzzali ayələrin yozumunun sərhədlərini genişləndirərək təkfir imkanını məhdudlaşdırmağa çalışmışdır. Bundan başqa, ümumilikdə Qəzzalinin təkfirə dair fikirləri və müəyyən etdiyi kriteriyalar bu günə qədər öz aktuallığını qoruyur.
Qəzzali öz dövründəki məzhəblərarası müxtəlifliyin radikal nəticələr doğurmasına qarşı dövrünün kəlam anlayışına uyğun şəkildə ontoloji həll variantı ortaya qoymuş, təkfirə dair ölçü və kriteriyalar müəyyən etmişdir. Bu təşəbbüslərin tarixi cəhətdən uğurlu olub-olmaması və ya müasir dövrün tələblərinə uyğun olub-olmaması bir tərəfə, ancaq İslam dünyasındakı intellektual zənginliyin ölçülərini göstərməsi baxımından mühüm nümunə olaraq dəyərləndirilə bilər.

Açar sözlər
Qəzzali, təkfir, varlıq, hermenevtika, məzhəb, birgəyaşayış