Материалы

İslamda Əhli-Beyt Nümunəsində Birgəyaşayış Metodları İslamda Əhli-Beyt Nümunəsində Birgəyaşayış Metodları

Hilal AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun kiçik elmi işçisi Автор

Аннотация

İslamın formalaşması Ərəb cahiliyyə mühitindən ali dəyərlərə doğru keçid mərhələsi idi. Bu mərhələni Uca Allah İslam peyğəmbəri Həzrət Məhəmmədin fərdi ali insani dəyərləri üzərində təsis etmişdir. Onun həm düşmən, həm də dost mühitində – Məkkə və Mədinə dönəmindəki davranış və əxlaqi xüsusiyyətlərini Qurani-Kərimin ayələri ilə təsdiqləmiş və buyurmuşdur: “Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!” və “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!”
Peyğəmbər ailəsini təmsil edən əhli-beyt üzvləri də bu ali dəyərlər üzərində tərbiyə edilmiş və üstün insani xüsusiyyətləri ilə bəşəriyyətə gözəl nümunələr bəxş etmişlər.
İmam Əlinin Misirə vali təyin etdiyi Malik Əştərə yazdığı məktubdakı sözləri bu gün beynəlxalq qanunlarda öz əksini tapmaqdadır. Rəiyyətlə davranışları barədə ona tövsiyələr verərək deyir: “İnsanlar iki qisimdir: bir qismi sənin din qardaşlarındır, digər qismi isə səninlə yaradılışda qardaşdırlar”. İmam Əli bu sözlərində insanları iki qismə bölərək üçüncüsünü istisna edir. Hər iki qismi isə qardaş olaraq təqdim edir, milli, dini, irqi, cinsi,mədəni, iqtisadi və siyasi durumuna nəzər salmadan onlarla öz qardaşları kimi rəftar etməyi buyurur.
Cəməl, Siffin və Nəhrivanda qarşı tərəfə göndərdiyi məktubları, onları moizə və nəsihətlə haqq-ədalətə çağırışları, ilk olaraq silaha əl atmaması, məsələni son anadək döyüşsüz həll etmək səyləri, müxalif qoşunu sudan məhrum etməməsi bunun bariz təzahürləridir.
Eyni rəftarı biz İmam Əlinin tərbiyə edib böyütdüyü İmam Hüseynin Kərbəla faciəsindəki davranışlarında da müşahidə edə bilərik.
İmam Həsənin və İmam Baqirin onları təhqir edən şəxslərə qarşı dözümlü rəftarları, ali əxlaq dəyərlərinə uyğun davranmaları həmin qardaşlıq yanaşmasının təzahürləridir.
İmam Sadiqin öz səhabələrinə verdiyi nəsihət isə dini baxışlarında insanla həmfikir olmayanlara, fərqli məzhəb nümayəndələrinə yanaşmanı və onlarla rəftarı müəyyən edir, belə şəxslərlə birlikdə onların məscidlərində namaz qılmağı, xəstələrinə baş çəkməyi və vəfat edənlərinin cənazələrini müşayiət etməyi buyurur.
Uca Allahın İslamdakı Həcc ibadətini əmr etməsi də bu birlik və birgəyaşayışın, bir-birini yaxından tanıyıb qardaşlaşmanın formalaşmasına xidmət edən amillərdən və vasitələrdən biridir.
Cəmiyyətdə birgəyaşayışa xələl gətirən səbəblərin başında əsasən insafsızlıq, mənəmçilik, özünü və öz rəyini sevmək, cəhalət (xüsusən dini məfhumları), yanlış anlama, ədalətsizlik və səbirsizlik kimi amillər gəlir.