İslamda Təhsil və Onun Birgəyaşayış Ənənəsinə Töhfələri İslamda Təhsil və Onun Birgəyaşayış Ənənəsinə Töhfələri
Аннотация
İctimai şüurun bir forması olan din müxtəlif zamanlarda, fərqli coğrafiyalarda bir sıra adlarla təzahür edir, müəyyən əhatə dairəsinə sahib olur, yayılır və cəmiyyətlərin həyatında mühüm rol oynayır. Dünya dinləri içərisində yayılma dairəsinə görə Xristianlıqdan sonra ikinci din olan İslamın din təhsili Quranın nüfuzu ilə başlamış və təhsil bütün komponentləri ilə yayıldığı coğrafiyada öz sözünü demişdir. Bu komponentlərdən biri də təbii ki, birgəyaşayış ənənəsidir. İstər Azərbaycan dinşünaslığında, istərsə də fəlsəfə tariximizdə uzun tarixi dövrə mənsub olan İslam və onun mənəvi dəyərləri, ideya, əxlaq prinsipləri, İslamın elmə və mədəniyyətə, bütövlükdə bəşəriyyətə verdiyi töhfələr yenidən araşdırılır və tədqiq edilir. Ayrı-ayrılıqda İslamın erkən mərhələlərində, həmçinin Orta və Yeni dövr düşüncə tarixində təhsil, Şərq və Qərb düşüncə tarixi ilə qarşılıqlı müqayisələr, Qərbin İslam düşüncə tarixinə təsiri məsələləri araşdırılsa da, Ən yeni dövr İslam düşüncə tarixi, Qərbin İslam düşüncəsinə bugünkü təsiri, İslam düşüncə tarixinə milli kökün təsiri və İslam düşüncəsində islahatlar və onun təhsilə təsiri barədə fikirlər müasir dövrümüz baxımından metodoloji cəhətdən, planlı və hərtərəfli aspektdə təhlil olunmuşdur. Uzun illər Çar Rusiyası, daha sonra isə Sovetlər birliyinin tərkibində yaşamış olan Azərbaycan xalqının vicdan və əqidə azadlığına qoyulan qadağalar içərisində boğulması nəticəsində, insanların inanc və etiqad məsələlərində böyük çətinliklər meydana çıxmışdır. Buna görə də tariximizin bir çox dönəmləri, onun etiqad göstərdiyi dinlərin tədqiqi uzun müddət unudulmuşdur. Azərbaycan yenidən müstəqilliyini əldə etdikdən sonra, istər Azərbaycan dinşünaslığında, istərsə də fəlsəfə tariximizdə uzun tarixi dövrə mənsub olan İslam və onun mənəvi dəyərləri, ideya, əxlaq prinsipləri, İslamın elmə və mədəniyyətə, bütövlükdə bəşəriyyətə verdiyi töhfələr yenidən araşdırılır və tədqiq edilir. Gətirdiyi elmi-mədəni prinsipləri ilə tarix səhnəsində önəmli dəyişikliklər yaradan İslam dini bütün sahələrdə olduğu kimi, təhsildə də müəyyən çevrilişlərə səbəb olmuşdur. Müqayisə məqsədilə tarixin İslamöncəsi və İslamdansonrakı dövrü üçün təhsil məsələlərindəki dəyişiklikləri, İslam dininin, eləcə də İslam düşüncəsi insanlarının təhsilə münasibətləri geniş şəkildə araşdırıla və göstərilə biləcək qədər zəngindir ki, bu zənginlik məhz birgəyaşayış ənənəsinini zəminini təşkil edir. İslamdanöncəki mərhələni tarix Cahiliyyə dövrü adlandırsa da, bu cəmiyyət sosial həyatın bəzi təzahürləri, ibadət şəkilləri, inanc əsasları, həyat tərzləri və eyni zamanda, sadaladıqlarımızın elmi səviyyəsinin qıtlığı ilə müşahidə olunsa da, tamamilə yoxsul da adlandırıla bilməz. Ərəbistan üçün dövrə xas olan “cahillik” anlayışı İslamın gəlişi ilə əsas fərqi ortaya qoydu. Əsasən, qadınların hüquqsuzluğu, ailə-nikah məsələlərindəki qarışıqlıq, qız uşaqlarına ədalətsiz münasibət qəbilələrarası qan davaları, xəncəri belindən düşməyən ərəblər üçün xarakterik idi. Ammabu saydıqlarımız, sadəcə, İslamöncəsi Ərəbistan üçün deyil, bütün dünya üçün fərqli anlamlarda eyni idi. Son dövrlər dünyanın müasir mənzərəsi dəyişdiyi kimi, onun vacib atributlarından biri olan təhsilə olan maraq cəmiyyətin böyük tərəqqi fonunda təhsil inkişafyönümlü xarakter alaraq, müxtəlif ideyaları təbliğ edərək irəliləyişlərə yol açır, cəmiyyətin həyatındakı dəyişikliklərə təkan verir. Müxtəlif dövrlərdə, fərqli coğrafiyalarda İslam düşüncə adamlarının fikir və görüşlərini incələmək, bir din olaraq İslamın bu kontekstdə təhsilə münasibətini araşdırmaq hər kəs üçün maraqlı olardı. İslamın gəlişi həyatın hər sahəsində olduğu kimi, elm və təhsil sahəsində də əsaslı dəyişikliklər yaratdı. İslamöncəsində Ərəbistanda, əsasən də Məkkədə yazmaq-oxumaq bilənlərin sayı az olsa da sonralar istər Quranın gətirdiyi prinsiplər, istərsə də Quranın özünün yayılmasındakı yazılı təbliğat ehtiyacları elm və təhsilin inkişafında böyük rol oynamağa başladı. Quranın ilk nazil olan ayəsində belə insanlığa “Oxu” əmri olması bu dinin elmə münasibətinin bariz nümunəsidir. İslamın səmavi dinlər arasında üçüncü – sonuncu din olaraq qəbul edilməsi bu yöndə, ilk növbədə, dinin təbliğatçısı olan Peyğəmbər və onun dövründəki təhsil incələməsi tədqiq olunmalıdır. Peyğəmbər dövrünün təhsil baxımından xüsusi incələnməsi əvvəlcə onun cəmiyyət üzərindəki təsirinin olmasından və bu təsir vasitəsilə fərqli, zəngin təhsil fəaliyyəti yaratması ilə bağlıdır. Həqiqətən atalardan övladlarına təqlidi yolla keçən ibtidai bir mədəniyyətin Peyğəmbər vasitəsilə birdən-birə yeni dəyər və qanunların mənimsədilməsi və öyrədilməsi ilə necə dəyişikliklər yaratdığını görərik. Bu yeniliklərin ən böyük nümunəsi isə ictimaiyyətə bəxş edilən birgəlik dəyərləridir.