Proceedings

İslamda Birgəyaşayış Nümunəsi Olaraq Qeyri-Müsəlmanların (Zimmi) Din və Vicdan Azadlığı İslamda Birgəyaşayış Nümunəsi Olaraq Qeyri-Müsəlmanların (Zimmi) Din və Vicdan Azadlığı

Qafqaz Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Author

Abstract

Bütün bəşəriyyətə göndərilmiş son din olan İslam QuraniKərimin ümumbəşəri Kitab olduğunu dəfələrlə vurğulamış, dində məcburiyyəti qəti surətdə qadağan etmiş və bunun müqabilində müsəlmanlarla birlikdə yaşayan qeyri-din mənsublarının müsəlman cəmiyyətində can, mal və inanc azadlıqlarına malik olaraq yaşamalarına icazə vermişdir.
Həzrət Peyğəmbər Məkkədən Mədinəyə hicrət etdikdən sonra, burada yaşayan bütpərəst ərəb və yəhudilərin haqq və hüquqlarını müsəlmanların ilk konstitusiyası hesab edilən Mədinə müqaviləsi ilə legitimləşdirmiş və bununla da fərqli din və mədəniyyətlərə mənsub zümrələrin birgəyaşayış modelinin əsasını qoymuşdur.
Erkən əsrlərdən etibarən, İslam hüquqçuları İslam dövlətinin sərhədləri içərisində yaşayan insanları müsəlmanlar və qeyrimüsəlmanlar (zimmilər) olmaqla iki qrupa ayırmışlar. Bununla bərabər, sözügedən hüquqçular malik olduqları hüquqi status baxımından İslam dövlətinin qeyri-müsəlman əhalisini bir neçə qrupa ayırmışlar. Bunlar arasında, xüsusilə İslam hüquq ədəbiyyatında əshab əz-zimmə vəya əhl-əz-zimmə olaraq zikir edilən qeyri-müsəlmanlar müstəsna rol oynayırlar. Belə ki, İslamhüquqçuları zimmi kateqoriyasına daxil olan bu qeyri-müsəlmanların can, mal, din və s. əsas haqq və hüquqlarını təfərrüatlı bir şəkildə tədqiq etmışlər. Bu mövzuda, müstəqil monoqrafiyalar yazılmış və nəhəng bir ədabiyyat meydana gəlmişdir.
Bu məqalədə qarşıya qoyulan əsas hədəf zimmi kateqoriyasına daxil olan qeyri-müsəlmanların malik olduğu din və vicdan azadlığının tədqiq edilməsidir. Məqalədə öncə, İslam dövlətində yaşayan qeyri müsəlmanların zimmi kateqoriyasına daxil olabilməsi üçün müsəlmanlarla imzaladıqları “zimmət əqdi” haqqında məlumat veriləcək daha sonra isə İslami mənbələrə istinad edilərək zimmilərə verilmiş din və vicdan azadlığından bəhs ediləcəkdir.