Proceedings

Din və Siyasət: Siyasi Fəlsəfə Konteksində Din və Siyasət: Siyasi Fəlsəfə Konteksində

Ruşan AMEA Fəlsəfə və Sosiologiya İnstitutu Sosiologiya şöbəsinin böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Author

Abstract

Din və siyasət arasında münasibətlər, əlaqələr və proseslər siyasi fəlsəfənin əsas mövzularından və vacib problemlərindəndir. Bu mövzunun aktuallığı təkcə vicdan azadlığı istiqamətində deyil, bütövlükdə dinlərin ictimai-siyasi həyatdakı genişmiqyaslı təsirləri ilə əlamətdardır. Bir tərəfdən, dinlər insanların inam və etiqadı üzərində qərarlaşaraq, istər dünya xoşbəxtliyinə, istərsə də axirət səadətinə dair bir sıra müddəalarla çıxış edir. Digər tərəfdən isə ənənəvi olaraq bütün insanların ehkamlar sisteminə tabe olmasını şərt kimi qarşıya qoyur. Beləliklə, bir çox hallarda dini etiqadların siyasi sistemlərlə ziddiyyət təşkil etməsi qaçılmaz olur. Praktiki olaraq həmişə bu ziddiyyət olmuşdur və bundan sonra da olacaqdır. Deməli, siyasi fəlsəfənin vəzifəsi birə-beş artmaqdadır.
Din deyiləndə ilk olaraq hər kəsi belə sual düşündürür: din nədir və nəyə görədir? Bu sual müqabilində bir sıra cavablar verilə bilər. Həqiqi cavabın axtarışı mütləq epistemoloji-məntiqi istiqamətdədir. Deməli, din barədə verilən sualın əsaslı cavabını yalnız fəlsəfədən almaq olar. Həmçinin, dinin nəyə görə olmasını, heç şübhəsiz ki, siyasi elm kontekstində axtarmaq lazımdır.
Belə ki, dinin ən vacib təyinatı müxtəlifliklərin bütövlüyünü təmin etməkdən (fəlsəfənin əsasları ilə desək), əksliklərin vəhdətini yaratmaqdan ibarətdir. Səmavi dinlərlə siyasi sistemlərin qarşılıqlı əlaqəsi məhz həmin daimi prosesin nəticəsidir. Dünya sosiohumanitar elmində din və siyasət mövzusunda bir sıra əsərlər yazılmışdır. Bununla belə, bu həssas sahədə təhlil edilməli vacib məqamlar vardır və həmişə də olacaqdır. Ümumbəşəri tərəqqiyə aparan yolun müəyyənləşməsində din və siyasət mövzusu həmişə aktualdır və bu istiqamətdə yeni-yeni elminəzəri qənaətlərə, nəticələrə ehtiyac duyulacaqdır.
Din anlayışı təhlil edilərkən mahiyyəti üzrə diqqət mərkəzinə səmavi dinlər və din rəhbərləri (zahirdə müxtəlif olan) peyğəmbərlər gəlir. Ona görə ki, ardıcıllıq prinsipinin tələblərinə əsasən din barədə düşündükdə məntiqi olaraq əvvəlcə peyğəmbərlər barədə düşünməli oluruq. Bu istiqamətdə müxtəliflik və vahidıik kontekstində bir sıra vacib suallar yaranır. Cavab axtarışında təsadüfi fikirlərdən və qeyri-dəqiq fərziyyələrdən uzaq olmaq və rasional mühakimələr yürütmək üçün səmavi dinlərin mənşəyinə nəzər salmalıyıq. Suallara cavab axtarışında dinlərin mənşəyi və missiyası barədə ən mükəmməl cavabı (daxili kodlaşmastrukturlaşma və mövzu-məna etibarilə) Qurani-Kərimdən alırıq. “Sənə özündənəvvəlki (səmavi kitabları) təsdiq edən Kitabı, Quranı haqq olaraq O nazil etdi. Tövratı da, İncili də O nazil etdi” (3-cü surə, 3-cü ayə). Buradan açıq-aydın görünür ki, səmavi dinlər ardıcıl olaraq bir-birini təstiq və mükəmməl etmək üçün Vahid Allah tərəfindən təyinatlaşdırılıb.