İslam Dinində Gender Bərabərliyi
Xülasə
Müasir dövrdə gender bərabərliyi aktual mövzulardan biridir. İnsan hüquqları probleminə, cəmiyyətdə müxtəlif qrupların, cinslərin qarşılıqlı münasibətlərinə dair müzakirələr qədim tarixə malikdir. İnsan hüquq və azadlıqları ümumbəşəri köklərə malik olub, tarixi, dini, mədəni, ənənə və prinsiplərin zərrə-zərrə toplanmış ahəngdar sintezindən ibarətdir.
Tarixin bütün inkişaf mərhələlərində cəmiyyətdə kişi-qadın qarşılıqlı münasibətlərinə dair müəyyən baxışlar mövcud olmuşdur. Bu münasibətlər ilə bağlı baxışların formalaşmasında dinlərin də mühüm rolu vardır və təbii ki, heç bir təhrif olunmadan bu baxışların çatdırılması vacib amildir. Çox zaman İslamda qadın-kişi bərabərliyi ilə bağlı qeyd olunan fikirlər təhrif olunur və cəmiyyətdə din pərdəsi altında qadınlara göstərilən münasibətlərə haqq qazandırılır. İslamın qadına verdiyi dəyəri öyrənmək üçün İslamdanəvvəlki cəmiyyətlərdə qadının mövqeyini araşdırmaq lazımdır. İslam dini isə cinslər arasındakı uçurumu aradan qaldırdı. İslam dininin Müqəddəs Kitabı – Qurani-Kərim insan hüququnun mükəmməl qoruyucusu, müsəlmançılığın əxlaq kodeksidir. Qurani-Kərimdə bir sıra ayələr bütövlükdə kişi və qadın münasibətlərinə dairdir, o cümlədən qadına həsr olunmuş xüsusi «Nisa» və «Məryəm» surələri vardır. İslam dini qadına xüsusi hörmət qoymuşdur. Bu dində qadın və kişi biri digərindən ayrılmayan bütünün parçalardır: “Ey insanlar! Biz sizi bir kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır. Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır” (“Hucurat”, 49/13). İslam dini qadın cinsini də kişi ilə birgə Allah bəndəsi sayır. Elə bunun özü gender ideologiyası adlandırıla bilər. Qadının da kişi kimi cəmiyyətin istənilən fəaliyyət sahəsində məşğul kəlamının olduğunu «Nəmi» surəsinin 22-ci ayəsində görürük: “Orada bir qadın gördüm, məlikədir, hər şey verilmiş ona, böyük bir taxt yiyəsidir”. Quranda hakim qadın surətinə, idarəetmə taxtında əyləşən qadın hökmdar obrazına və onun idarəetmə üsuluna bu ayə dəyərli sübutdur. İslamda qadın və kişi arasında ayrı-seçkiliyin olmadığı doğum, ölüm və dahasonrakı həyatlarında bu iki cinsin bir-birindən üstün tərəf olmadığı qeyd edilmişdir.
Qurani-Kərimdə olan ayələr İslamda gender bərabərliyinin əyani sübutudur. İslam dininin əsas qayəsi olan bu görüşlər sistemini, cəmiyyətdə mövcud olan gender fərqi kimi sosial fəlsəfi anlayışları öyrənmədən dinin hər hansı fərdə münasibətini düzgün qiymətləndirmək mümkün deyildir.

Açar sözlər
İslam, din, qadın, kişi, problem