Bildiriler

İslam Mədəniyyətində İlk Birgəyaşayış Nümunəsi Olaraq Muahat – Qardaşlaşdırma – Təcrübəsi İslam Mədəniyyətində İlk Birgəyaşayış Nümunəsi Olaraq Muahat – Qardaşlaşdırma – Təcrübəsi

Vüqar Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Yazar

Öz

Ərəb dilində “uxuvvə” kəlməsindən meydana gələn muaxat biri ilə qardaş olmaq, birini özünə qardaş etmək mənasına gəlir. Həzrət Məhəmməd (s) Mədinəyə ilk gəldiyi vaxt qarışıq ünsürlərdən yeni bir toplum inşa etməsinin zəruriliyi həqiqəti ilə üz-üzə qaldı. Şübhəsiz ki, bunun birinci mərhələsi Məkkədəki ilk inananlar arasında olmuşdur. Daha sonra Mədinədə əvvəllər illərdir döyüşə-döyüşə yaşayan Övs və Xəzrəc qəbilələri İslam inancı altında qardaşlaşdırılmışdı. Hicrətdən sonra Həzrət Peyğəmbərin (s) gördüyü ilk işlərdən biri bu iki qardaş qrupu məkkəli mühacir və mədinəli ənsarı yeni bir (s) müqavilə ilə birləşdirib qaynaşdırmaq olmuşdur. Həzrət Peyğəmbər (s) malmülkünü Məkkədə buraxaraq, gələn mühacirləri mədinəli ənsarla qardaş elan edərək, yenidən həyata bağlanmalarını təmin etmişdir (İbn Səd, 2001, I, 204; İbn Hişam, 1992, II, 129; Hamidullah, 1980, 196-197; Aydın, 1991, 115116; Cabiri, 1997, 180). Ənəs ibn Malik bu qardaşlaşmanı (muaxat) belə dilə gətirmişdir: “Allah Rəsulu (s) bizim evdə ənsarla mühacir arasında iki və yaxud üç dəfə müqavilə bağladı” (Əbu Davud, Fəraiz, 17). Mədinədə həyata keçirilən bu qardaşlıq (muaxat) ictimai xarakter daşıyan bir proses idi. Bunun ərəb adətlərində yeni bir adət olmadığı, İslamdanəvvəlki “hilf” (Ərəbi, 1988, 165) əqdnaməsindən ilhamlanaraq baş verdiyi də qeyd olunur (Aydın, 1991, 116). Bu hadisə İslam tarixində “muaxat” adlandırılmışdır. Həzrət Məhəmməd öncə Əqəbə beyətlərindən başlayaraq, müsəlmanlardan özünə itaət etmələri üçün söz almışdır. Həmçinin müsəlmanlar arasında da bir-birlərinə qardaş olacaqlarına dair and içdirmişdir. Buxaridə qeyd olunan hədisə əsasən, hicrətdən, təxminən, 5 ay sonra Məscidi-Nəbəvinin inşası günlərində Həzrət Peyğəmbər mühacirlərlə ənsardan qırx beş nəfəri Ənəs ibn Malikin evinə dəvət etmiş və “İslam dinində hilf yoxdur, din qardaşlığı vardır”, – deyərək onları iki-iki olmaqla qardaş elan etmişdir. Onların bir-birlərinə qarşı vəzifə və məsuliyyətlərini açıqlamışdır (Buxari, Mənaqibül-ənsar, 5,7; Səvm, 76). Qardaş olunanların sayının 90, 100 və 186 olduğuna dair məlumatlar mövcuddur. Qardaşlaşdırma İslam toplumunda bütünləşmənin reallaşmasını, ictimai və iqtisadi problemlərin həllini asanlaşdırmışdır. Həmçinin mühacirlər Mədinəyə alışıb qəriblik duyğularından qurtulmuş, ənsarda yeni dini öyrənmək üçün özünə müəllim tapmışdır. Həzrət Məhəmməd (s) hər iki qrupu ortaq nöqtədə birləşdirərək zehniyyət vəhdətini təmin etmişdir. Beləliklə, düşmənlər qardaşlıq hissi ilə birləşən müsəlmanlar qarşısında təsirsiz hala gəlmişlər. Eyni zamanda, ərəblər arasında hər zaman qəbiləçilik, əsəbiyyət (təəssübkeşlik) duyğusu ilə xortlaya biləcək təfriqənin də qarşısı alınmışdır. Bu mövzu Qurani-Kərimdə öz əksini tapmışdır (Algül, 2005, XXX, 308). Bəzən problemlər yaşansa da, Həzrət Peyğəmbərin (s) aradakı ixtilafları həll etməsi ilə məsələ ortadan qaldırılmışdır.