İslam Dünyasında Dini Radikalizmin Yaranmasına Təsir Edən Məzhəblərarası Fərqliliklər
Xülasə
Dünyada mövcud olan bütün böyük dinlərin müxtəlif məzhəblərə bölündüyü bir reallıqdır. Əslində bu, insanın bilik əldə etmə prosesi baxımından normal haldır. Qneseoloji baxımdan bilik obyektlə-subyekt arasında xüsusi əlaqədir. Deməli, bilik əldə etmə prosesində obyektlə, yəni bilinənlə yanaşı, subyekt, yəni bilən insan da rol oynayır. İnsan hansısa obyekt haqqında bilik əldə edəndə, zehnində olan əvvəlki biliklər, ümumiyyətlə, onun dünyagörüşü və bu dünyagörüşün formalaşmasını şərtləndirən mədəniyyət də həmin bilik prosesində iştirak edir. Qısası, insanın keçmiş təcrübələri onun bilmək istədiyi obyektə yanaşmasında rol oynayır. Məhz bu səbəbdən, eyni kitabı oxuyan iki insanın o kitabdan anladıqları arasında fərqliliklər yarana bilər. Üstəlik, dinlərdə olduğu kimi, kitabın müəllifi bəşəri deyil, fövqəlbəşəri bir qüvvədirsə, ona yanaşmada fərqli baxışların meydana çıxması ehtimalı daha da çoxalır. Fiziki dünyanı aşan transsendental bir varlığın, yəni Tanrının bəşəri qəliblərdə ifadə olunan kəlamında simvolik ifadələrin istifadəsi qaçılmazdır. Simvolikaya isə müxtəlif mənalar verilə bilər. Bir sözlə, eynidinə müxtəlif yanaşmaların mövcud olması, yəni dinin tərkibində məzhəblərin yaranması təbii hal hesab olunmalıdır.
Qeyd etmək lazımdır ki, dinlərin tarixi boyunca məzhəblərə çox vaxt fikir müxtəlifliyi və zənginliyi prizmasından deyil, ədavət prizmasından yanaşılmış, bu isə hətta uzunsürən din və məzhəb müharibələri ilə nəticələnmişdir. Dinlər tarixində bunun nümunələri çoxdur. Bu nümunələrin ən məşhurlarından biri 1572-ci ildə Parisdə baş vermiş və “Varfolomey gecəsi” adı ilə tarixə düşmüş hadisədir.
Orta əsrlərdə İslam dünyasında Avropada olduğu kimi, yüzminlərlə insanın ölümü ilə nəticələnən məzhəb mübarizələri baş verməsə də, lokal xarakterli münaqişələr olmuşdur. Bu gün də Yaxın Şərqdə məzhəblərarası fərqliliklərə əsaslanaraq radikal mövqedən çıxış edən qruplar mövcuddur. Bu qruplar müxtəlif İslam məzhəbləri arasındakı fikir ayrılıqlarından istifadə edərək, özləri kimi düşünməyən müsəlmanları “kafir” və hətta “müşrik” elan edir, öz fikirlərini cəmiyyətdə qəbul etdirmək üçün zorakı metodlara müraciət edirlər.
Fikrimizcə, İslam məzhəblərinin bir-birinə baxışını konstruktiv istiqamətə yönəltmək üçün aşağıdakı məsələlərə diqqət yetirilməsi zəruridir:
1. Məzhəblər din deyil, dinin bəşəri yozumudur.
2. Təməl əqidə mövzularında İslam dininin başlıca mənbəsi olan Quranın açıq mətni əsas alınmalıdır.
3. Təməl olmayan əqidə və əməli-fiqhi mövzular qabardılmamalı və hər bir məzhəbin mənsubları digər məzhəblərin fərqli görüşlərinə hörmətlə yanaşmalıdırlar.
4. Məzhəb alimləri öz mənbə əsərlərində olan eksklüzivist baxışlara tənqidi yanaşmalıdırlar.
5. Məzhəb ədavətinin aradan qaldırılması üçün müxtəlif məzhəblərin tanınmış alimlərinin iştirakı ilə beynəlxalq səviyyəli konstruktiv elmi toplantılar keçirilməli və bu toplantılarda İslam məzhəbləri arasında düşüncə fərqliliklərinə dair fikir mübadiləsi aparılmalıdır.
Məruzədə yuxarıda qeyd olunan məsələlər daha geniş şəkildə təhlil ediləcəkdir.

Açar sözlər
İslam məzhəbləri, məzhəblərarası ixtilaflar, radikalizm