Bildiriler

Əhməd Bəy Ağaoğlunun Siyasi Fəaliyyətinin Mühüm Mərhələsi: “Difai” Partiyasinin Yaradilmasi Və Proqrami Əhməd Bəy Ağaoğlunun Siyasi Fəaliyyətinin Mühüm Mərhələsi: “Difai” Partiyasinin Yaradilmasi Və Proqrami An Important Stage in Ahmad Bey Agayev’s Political Activity: The Establishment and Program of the 'Difai' Party Важный Этап Политической Деятельности Ахмед Бея Агаоглу: Создание и Программа Партии 'Дифаи'

Cavid Cavid Cavid BAĞIRZADƏ Yazar

Öz

“Difai” partiyasının yaranması tarixi ilə bağlı mövcud ədəbiyyatda müxtəlif fikir və rəylər vardır. Doğrudur, “Difai” partiyası ilə bağlı məlumatlar heç də kifayət qədər deyil. Bununla belə, partiyanın yaranma tarixini dəqiqləşdirmək mümkündür. Hüseyn Baykara, Yusif Akçura və Mirzə Bala Məmmədzadə “Difai” partiyasının 1905-ci ildə yaradıldığını qeyd etmişlər. Tədqiqatçılardan A.Balayev, T.Svyatoxovski partiyanın 1905-ci ildə, D.Seyidzadə, X.Məmmədov, İ.Bağırova, S.Süleymanova isə 1906-cı ildə yaradıldığı fikirini irəli sürmüşlər. T.Əzizov “Difai” partiyasının 1905-ci ilin axırlarında Gəncədə təsis olunduğunu göstərmişdir. 1905-ci ilin payızında “Milli müdafiə cəmiyyəti və müsəlman zadəganlarının, ziyalılarının və yuxarı təbəqələrinin ittifaqı” yaradıldı. “Kaspi” qəzetinin 27 noyabr 1905-ci il tarixli sayında bu təşkilat “Birləşmiş müsəlman ziyalılarının xalq müdafiəsi komitəsi” adlandırılmışdı. Eyni müraciətin “Kaspi” və “Həyat” qəzetlərində müxtəlif təşkilatlar adından dərc olunması isə onların eyni təşkilat olduğuna şübhə doğurmurdu.
Təşkilatın “Həyat” qəzetinin 30 noyabr 1905-ci il tarixli sayında getmiş adı bu cəmiyyətdə iştirak etmiş sosial qüvvələri açıb göstərirdi.
Adından da göründüyü kimi, bu cəmiyyətdə Azərbaycanın sosial cəhətdən yuxarı təbəqələrinin və ziyalılarının nümayəndələri birləşmişdilər. Yusif Akçura bu təşkilatı Əhməd bəy Ağaoğlunun Bakıda gizli olaraq 1905-ci ildə yaratdığı “Fədai” cəmiyyəti adlandırmışdı. Yeddicildlik “Azərbaycan tarixi”nin V cildində göstərilir ki, “Difai” partiyası 1906-cı ilin avqust və sentyabr aylarında Bakı və Yelizavetpol quberniyalarında meydana çıxmışdır. 1964-cü ildə çap olunmuş üçcildlik “Azərbaycan tarixi”nin II cildində isə partiyanın 1905-ci ilin payızında Şuşa, Cavanşir, Karyagin və başqa qəzalarda meydana çıxdığı qeyd edilmişdir.
Beləliklə, XX əsrin əvvəllərində fəaliyyət göstərmiş, Milli Azadlıq Hərəkatının önündə getmiş, bu dövrdə ictimai-siyasi məfkurənin formalaşmasında və təşəkkülündə mühüm rol oynamış, Azərbaycanın azadlıq hərəkatının təşkilatlanmasını həyata keçirmiş “Difai” partiyasının yaranması ilə bağlı elmi ədəbiyyatda fərqli fikirlərin olmasına baxmayaraq, partiya görkəmli ictimai xadim Əhməd bəy Ağaoğlunun rəhbərliyi və məsləkdaşlarının iştirakı ilə 1905-ci ilin payızında Bakıda yaradılmışdır.

In the available historical literature there are different views in connection with the history of the creation of the “Difai” party. True, there is not enough information about the “Difai” party. However, we can specify the date of creation of the party. Huseyn Baykara, Yusif Akchura and Mirza Bala Mammadzada noted that the “Difai” party was founded in 1905. Researchers A.Balayev and T.Svyatokhovsky suggested that the party was founded in 1905, and D.Seidzada, Kh.Mamedov, I.Baghirova and S.Suleymanova suggested that the party was founded in 1906. T.Azizov noted that the “Difai” party was established at the end of 1905 in Ganja. The “National Defense Society and the Union of Muslim Nobles, Intellectuals and the Upper Society” was created in fall of 1905. In the issue of the Caspian newspaper of November 27, 1905, he called this organization the Committee of the United Muslim intellectuals for the protection of the people. And the fact that the same appeal was published in the “Caspian” and “Hayat” newspapers on behalf of various organizations did not raise doubts that they are the same organization. The name of the organization, published in the “Hayat” newspaper on November 30, 1905, even more openly showed the social forces that participated in this society. As the name implies, representatives of the higher social strata and intellectuals of Azerbaijan were united in this society. Yusif Akchura named the “Fadai” organization, secretly created by Ahmad Aghaoghlu in 1905 in Baku. And in the V volume of the seven-volume “History of Azerbaijan” book it was shown that the party “Difai” was formed in August and September 1906 in the Baku and Yelizavetpol provinces. In the second volume of the three-volume “History of Azerbaijan” book published in 1964, it was noted that the party was created in the fall of 1905 in Shusha, Javanshir, Karjaginsky and other counties.
Thus, despite the various views in the scientific literature on the emergence of the “Difai” party, which operated at the beginning of the 20th century, led the national liberation movement and played an important role in the formation and organization of the sociopolitical ideology during this period, which organized the liberation movement in Azerbaijan, it was founded in the fall of 1905 in Baku under the leadership of a prominent public figure Ahmad Aghaoghlu and the participation of his like-minded people.

Referanslar

  • Azərbaycan tarixi. (2008). 7 cilddə, V c., Bakı: Elm nəşriyyatı, İllüstrasiya, (696 səh.+40 səh.).
  • Bağırzadə C.V. (2006). Difai partiyası: yaranması və fəaliyyəti. Bakı: Nurlan nəşriyyatı, (116 s.).
  • Baykara Hüseyn. (1992). Azərbaycan istiqlal mübarizəsi tarixi. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, (276 s.).
  • Əzizov T.Ə. (1997). Azərbaycan XX əsrin əvvəllərində. Bakı: Zaman, (256 s.).
  • Məmmədzadə Mirzə Bala. (1992). Milli Azərbaycan hərəkatı. Bakı: Nicat nəşriyyatı, (248 s.).
  • Seyidzadə D.B. (1998). Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar. Bakı: Azərbaycan Respublikası Kitab Cəmiyyəti nəşri, (256 s.).
  • Süleymanova S.Y. (1999). Azərbaycanda ictimai-siyasi hərəkat (XIX yüzilliyin sonu-XX yüzilliyin əvvəlləri). Bakı: Azərbaycan Dövlət Kitab Palatası, (422 s.).
  • Багирова И.С. (1997). Политечиские партии и организации Азербайджана в начале ХХ века. Баку: Элм, (336 с.).