Bildiriler

Ə.Ağaoğlunun “Sərbəst Insanlar Ölkəsində” Əsərində Azadlıq Və Demokratiya Axtarışları The quest for freedom and democracy in the work “In the country of free people”of A. Agaoglu Поиски свободы и демократии в произведении А. Агаоглу в «В стране свободных людей»

Bədirxan Əhmədlı Filologiya Elmləri Doktoru, Professor AMEA Nizami Gəncəvi Adına Ədəbiyyat İnstitutunun Şöbə Müdiri, Müəllif

Xülasə

A.Ağaoğlu “Sərbəst insanlar ölkəsində” fəlsəfi traktatını Azərbaycan və Türkiyənin respublika quruluşuna çatdıqdan, müəyyən dövlətçilik, cəmiyyət və fərd, sərbəstlik, azadlıq, bərabərlik yolunda qazandığı təcrübədən çıxış edərək yazır. Əsərdə bu ölkələrdə olacaq gələcək demokratiyanın konturları cızılır. Hətta əsər yazıldığı zaman Avropada belə bir demokratik cəmiyyət hələ tam olarak mövcud deyildi. A.Ağaoğlu şəxsi hakimiyətlə xalk hakimiyyətinin fərqliliklərini və ikincinin üstünlüklerini göstərir. Onun fikrincə, şəxsi hakimiyyət zamanı xalq tək şəxsin şıltaq və həvəsinə tabe olur, milyonlarca insan bu şıltaqlığa itaət edir. Konstitusiyalı monarxiiya zamanı hakimiyyət hökmdarla imtiyazlı bir sinfin əlində olur. Respublikalı quruluşda isə hakimiyyət bütövlükdə xalqa aiddir və hər kəsin idarəçiliyə qatılmaq haqqı olur.
Fəlsəfi traktatın “Mən bir əsir idim, azad olmaq istədim” epiqrafı ilə başlaması müəllifin Azadlığa nə qədər böyük önəm verdiyini göstərir. Zəncirlərini qıraraq əsirlikdən qurtaran insanın azad olduqdan sonra onun qarşısında iki yol ayrıca görünür: sol tərəfə gedən yol Azadlıq, sağ tərəfə gədən yol isə köləlik yoludur.
A.Ağaooğlu “Sərbəst insanlar ölkəsin”də əsərində Azadlığın və yeni cəmiyyətin obrazını yaradır. Xalqın yönəltdiyi dövlətin üstünlükləri, çox ciddi seçilən məmurların xalqa xidməti, nəzarət işi, insanların qorxaq doğulmaması, haqiqət və ləyaqət hissini aşılayır. Cəmiyyətdə ziyalı, ədib mövqeyindən danışarkən Batı-Doğu müqayisəsini aparır, ziyalının Doğu aləmində millət amilinə yabançı qalması məsələsinə toxunur. Beləcə, ilk dəfə olaraq Batı filosoflarının sıx-sıx toxunduğu azadlıq və demokratiya analyışlarının yeni toplumda necə olacağının analizini verir. Özü də bu analizlər heç də Batı düşünürlərinin əsərlərindən geri kalmır. Hətta A.Ağaoğlunun “Serbest insanlar ölkəsində” əsərində təsvir olunan cəmiyyət bir qədər də utopik xarakter daşıyır. Belə ki, əsərin yazılmasının üzərindən yüz ilə yaxın bir zaman keçməsinə rağmən, Batı toplumunun özü belə bəzi məsələlərdə həmin mərhələyə gəlib çatmamışdır. Bu da A.Ağaoğlunun gələcəyi görən böyük bir filosof, düşünür, cəmiyətşünas olduğunu göstərir.
A. Agaoglu writes the philosophical treatise “In the country of free people” after the Republic of Azerbaijan and Turkey reached the republican system, based on the experience gained on the path of a certain statehood, society and individuality, independence, freedom, inequality. The work outlines the contours of future democracy in these countries. Even when the work was written, Europe did not have such a democratic society. A. Agaoglu shows the differences between personal power and the power of the people and prefers the second. According to him, during personal rule, people submit to the whims and desires of one person, millions obey these whims. In a constituti- onal monarchy, power is in the hands of the privileged class and ruler. As for the republic, the power belongs to the people as a whole, and everyone has the right to participate in governance.
The fact that the philosophical treatise begins with the epigraph “I was a prisoner, I wanted to become free” shows how much the author appreciates freedom. When a person, breaking the chains, is freed from captivity, he faces two paths: the road to the left - the path to freedom, the road to the right - to slavery.
A. Agaoglu in his work “In the country of free people” creates the image of Freedom and the New Society. He welcomes the advantages of a state led by the people, the service of seriously elected officials, control, the birth of people fearless, and also instills a sense of truth and dignity. Speaking about the intellectual and literary position in society, he compares the East and the West and touches on the fact that the intellectual in the eastern world is alien to the factor of the nation. So, for the first time, gives an analysis of what the concepts of freedom and democracy will be in the new society, which are often affected by Eastern philosophers. And these analyzes do not lag behind the work of Western philosophers. Even society in the work of A. Agaoglu “In the country of free people” is utopian in nature. So, despite the fact that almost a hundred years have passed since the writing of the work, in some issues Western society has not yet reached this stage. This shows that A. Agaoglu, as a great philosopher and sociologist, saw the future.

Açar sözlər

Ə.Ağaoğlu, Xalq, Cəmiyyət, Fərd, Dövlət, Hakimiyyət, Azadlıq
A. Agaoglu, People, Society, İndividual, State, Power, Freedom

Referanslar

  • Quliyev V. Ön söz// Ağaoğlu Ə. Seçilmiş əsərləri. B., Şərq-Qərb, 2007, s. 108.
  • Ağaoğlu Ə. Sərbəst insanlar ölkəsində. Bakı, “Tutu” nəşriyyatı, 2001, s. 14.
  • Ağaoğlu Ə. Göstərilən əsər, s. 14.
  • Tezer Taşkıran. Ön söz// Ağaoğlu Ə. Üç mədəniyyət, Bakı, Kitabklubu, 2017, s. 24.
  • Fahri Sakal, Ağaoğlu Ahmet bey, Ankara, Türk tarih Kurumu Basım Evi.
  • Fahri Sakal, Ağaoğlu Ahmet bey, Ankara, Türk tarih Kurumu Basım Evi, 1999, 203.
  • Ağaoğlu Ə. Sərbəst insanlar ölkəsində. Bakı, “Tutu” nəşriyyatı, 20015, s. 14.
  • John Lokk. Dövlət idarəçiliyi haqqında ikinci traktat. Azad Düşüncələr Assosiasiyası, www.azadliqciragi.org
  • Şarl de Monteskyö. Hakimiyyətin bölünməsi haqqında //Hacızadə H. Demokratiya: gediləsi uzun bir yol (Antologiya). Bakı, Əbilov, Zeynalov və oğulları, 2001, s. 66.
  • Ağaoğlu Ə. Sərbəst insanlar ölkəsində. Bakı, “Tutu” nəşriyyatı, 20015, s.45.
  • Ağaoğlu Ə. Sərbəst insanlar ölkəsində. Bakı, “Tutu” nəşriyyatı, 20015, s.24.
  • Ağaoğlu Ə. Üç mədəniyyət. Bakı, Kitabklubu, 2017, s. 147.
  • Ağaoğlu Ə. Sərbəst insanlar ölkəsində. Bakı, “Tutu” nəşriyyatı, 20015, s.41.
  • Ağaoğlu Ə. Sərbəst insanlar ölkəsində. Bakı, “Tutu” nəşriyyatı, 20015, s. 28.
  • Ağaoğlu A. Demokrasi ve Devletçilik. Cümhuriyet, 1935, 6 Haziran.
  • Ağaoğlu Ə. Üç mədəniyyət. Bakı, Kitabklubu, 2017, s. 106.
  • Fahri Sakal, Ağaoğlu Ahmet bey, Ankara, Türk Tarih Kurumu Basım Evi, 1999, s. 201.
  • Ağaoğlu Ə. Sərbəst insanlar ölkəsində. Bakı, “Tutu” nəşriyyatı, 20015, s. 35.
  • Ağaoğlu A. Devlet ve Ferd, İstanbul, Sanayi-Nefise, 1933, s.96.