Əhməd Ağaoğlunun Publisistikasina Bir Nəzər (Rusdilli “Kaspi” Qəzeti Əsasinda)
Təxminən 1990-cı illərə qədər Azərbaycan ədəbi tənqidində Əhməd bəy Ağaoğlu haqqında danışanda “burjua ideoloqu”1, “fəlsəfi idealizm və dini mistitizm” təbliğatçısı,2 “...tarixi saxtalaşdıran...”, “...mürtəce panislamist və pantürkist”3, bir sözlə, müxtəlif “izmlərlə” adı çəkilirdi.
1991-ci ildə Azərbaycan müstəqilliyini əldə etdikdən sonra 70 il müddə-tində adının çəkilməsinə belə yasaq qoyulan, çəkiləndə isə adına qara ləkələr yağdırılan Ə.Ağaoğlu kimilərin haqları özlərinə qaytarıldı. Bu gün onun barə-sində, həyat yolu və fəaliyyətindən bəhs edən kitablar və elmi məqalələr işıq üzü görür. Lakin hətta bu gün də Azərbaycanın görkəmli ədibinin publisistik yaradıcılığı layiqincə araşdırılmamışdı. Onun çoxsaylı məqalələrinin sərlöv-hələrini nəzərdən keçirəndə belə onların müəllifinin zəngin biliyi və prinsipial-lığı oxucunu heyran edir. Təsadüfi deyil ki, Ə.Ağaoğlunun savadına və biliyinə heyran olan Mustafa Kəmal Atatürk “bu qafa ancaq türkdə ola bilər” demişdi.4 Ə.Ağaoğlu Avropada təhsil almış ilk azərbaycanlılardandır. Müasirlərinin xa-tirələrindən aydın olur ki, Ə.Ağaoğlu bütöv xarakterli, mübariz ruhlu, kəskin qələmli bir publisist, alim və ictimai xadim olub. O, hər cür köhnəliyin, milli məhdudluğun, dini xurafatın qatı və barışmaz düşməni olmuşdur. Elmi-publisistik məqalələri və kitabları onun xarakter və dünyagörüşünü bütünlüklə açmağa kömək edir.
Endirin
Məqalə Məlumatları
- Məqalə Növü Bildiriler
- Təqdim Edildi avqust 21, 2019
- Yayımlanıb sentyabr 20, 2019
- Nömrə Cild. 1 Nömrə. 1 (2019)
- Bölmə Bildiriler
Əhməd Ağaoğlunun Publisistikasina Bir Nəzər (Rusdilli “Kaspi” Qəzeti Əsasinda). (2019). "Türk dünyasının görkəmli Ictimai-Siyasi Xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda Simpozium, 1(1), 301-321. https://symposium.ait.edu.az/ahmed-agaoglu/article/view/152