Əhməd Ağaoğlunun Publisistikasina Bir Nəzər (Rusdilli “Kaspi” Qəzeti Əsasinda)

Yazarlar

  • Lalə (Yazar) Filologiya Üzrə Fəlsəfə Doktoru, Bakı Dövlət Universitetinin Dosenti,
Təxminən 1990-cı illərə qədər Azərbaycan ədəbi tənqidində Əhməd bəy Ağaoğlu haqqında danışanda “burjua ideoloqu”1, “fəlsəfi idealizm və dini mistitizm” təbliğatçısı,2 “...tarixi saxtalaşdıran...”, “...mürtəce panislamist və pantürkist”3, bir sözlə, müxtəlif “izmlərlə” adı çəkilirdi. 1991-ci ildə Azərbaycan müstəqilliyini əldə etdikdən sonra 70 il müddə-tində adının çəkilməsinə belə yasaq qoyulan, çəkiləndə isə adına qara ləkələr yağdırılan Ə.Ağaoğlu kimilərin haqları özlərinə qaytarıldı. Bu gün onun barə-sində, həyat yolu və fəaliyyətindən bəhs edən kitablar və elmi məqalələr işıq üzü görür. Lakin hətta bu gün də Azərbaycanın görkəmli ədibinin publisistik yaradıcılığı layiqincə araşdırılmamışdı. Onun çoxsaylı məqalələrinin sərlöv-hələrini nəzərdən keçirəndə belə onların müəllifinin zəngin biliyi və prinsipial-lığı oxucunu heyran edir. Təsadüfi deyil ki, Ə.Ağaoğlunun savadına və biliyinə heyran olan Mustafa Kəmal Atatürk “bu qafa ancaq türkdə ola bilər” demişdi.4 Ə.Ağaoğlu Avropada təhsil almış ilk azərbaycanlılardandır. Müasirlərinin xa-tirələrindən aydın olur ki, Ə.Ağaoğlu bütöv xarakterli, mübariz ruhlu, kəskin qələmli bir publisist, alim və ictimai xadim olub. O, hər cür köhnəliyin, milli məhdudluğun, dini xurafatın qatı və barışmaz düşməni olmuşdur. Elmi-publisistik məqalələri və kitabları onun xarakter və dünyagörüşünü bütünlüklə açmağa kömək edir.

Makale Bilgileri

  • Makale Türü Bildiriler
  • Gönderildi Ağustos 21, 2019
  • Yayım Tarihi Eylül 20, 2019
  • Sempozyum Cilt 1 Sempozyum 1 (2019)
  • Bölüm Bildiriler
  • Dosya İndirmeleri 5
  • Özet Görüntülemeler 6
  • Paylaş
İndirme verisi henüz mevcut değil.
Əhməd Ağaoğlunun Publisistikasina Bir Nəzər (Rusdilli “Kaspi” Qəzeti Əsasinda). (2019). Doğumunun 150. Yılında Türk Dünyasının Görkemli İçtimaî Siyasî Hadimi Ahmet Ağaoğlu Sempozyumu, 1(1), 301-321. https://symposium.ait.edu.az/ahmed-agaoglu/article/view/152