Bildiriler

Ərəb Ədəbiyyatının Nəzəri Əsaslarının Formalaşmasında “Əş-Şeir və Əş-Şüəra” Əsərinin Rolu The Role of “Ash-Sheir wa Ash-Shuara” in the Formation of the Theoretical Foundations of Arabic Literature Роль произведения ""Китаб Аш-Шиар ва Аш-Шура"" в формировании теоретических основ арабской литературы

fil.f.d., dos. Könül Məmmədova Bakı Dövlət Universiteti Ərəb filologiyası kafedrası Müəllif

Xülasə

Əməvilər siyasətinin aparıcı xətti hesab olunan ərəb təəssübkeşliyi dövrünün sona çatdığı və şüubilik hərəkatının geniş vüsətlə inkişaf etdiyi Abbasilərin II dövründə ərəb düşüncə tərzinin məhsulu olan bədii yaradıcılıq nümunələrinin Cahiz tərəfindən formalaşdırılmış nəzəri əsaslarının daha da sabitləşməsinə ehtiyac duyulmuşdur. Dövrün mütərəqqifikirli, genişerudisiyalı və bədii zövqə malik şəxsiyyətlərindən biri olan İbn Qüteybə bunu hiss edərək, Cahiz tərəfindən əsası qoyulmuş ərəb ədəbi tənqidinin nəzəri əsaslarının inkişaf etdirilməsinə səy göstərmiş, həm ərəb, həm də ümumilikdə, dünya ədəbiyyatşünaslığı tarixində xüsusi yeri olan “Ədəb əl-Katib”, “Təvil müşkil əl-Quran”, “Kitab əl-məani əl-kəbir fi əbyat əl-məani”, “Əş-şeir va əş-şüəra” və s. əsərlərini qələmə almaqla ərəb ədəbi tənqidinin yeni dövrü olan – “inkişaf mərhələsi”nin əsasını qoymuşdur. Ədib ərəb ədəbiyyatında ilk dəfə olaraq elmi və bədii üslubların mühüm xüsusiyyətlərini təhlil etmiş, ədəbi tənqidin sabitləşmiş elmi terminlərini müəyyənləşdirmiş, Qurani-Kərimin ərəb ədəbi tənqidinin nəzəri əsaslarının öyrənilməsindəki rolunu göstərmiş və beləliklə, yeni bir yanaşma metodu ilə ərəb qəsidəsinin daxili və xarici strukturunu təhlil etmişdir. O, bədii nümunələrin təhlili zamanı tam obyektiv və qərəzsiz mövqedən çıxış edərək, həm Cahiliyyə və Sədri-İslam, həm də Əməvi və Abbasilər dövrü şairlərin yaradıcılıqlarını müqayisəli şəkildə araşdırmış, konkret dəlillər əsasında nəzəri fikirlərini təsdiqləməyə çalışmışdır. İbn Qüteybə “Əş-şeir və əş-şüəra” əsərində apardığı müqayisələr zamanı müxtəlif dövrlərdə yaşamış, lakin eyni janr və üslubda məşhurlaşmış şairlərin poetik nümunələrini təhlilə cəlb etməklə, onların qəsidələrinin bədii və tənqidi təhlilini verməyə çalışmışdır. Ədibin ərəb ədəbi tənqidi sahəsində ən böyük xidmətlərindən biri də ərəb qəsidəsininquruluşunun və onun tərtibinin sabit norma və prinsiplərini müəyyənləşdirməklə bağlıdır.
In the second period of the Abbasids, when the period of Arab fanaticism, which was considered the leading line of the Umayyad policy, ended and the Shubi movement gained widespread development, it became necessary to further stabilize the theoretical foundations laid by Jahiz. Feeling this, Ibn Gutaiba, one of the most progressive, erudite figures of that time with artistic taste, and having written such works as “Adab al-Katib”, “Tawil Mushkil al-Qur’an”, “Kitab al-Maani al-kabir fi abyat al-maani”, “Ash-sheir wa ash-shuara” and other works, sought to develop the theoretical foundations of Arab literary criticism, founded by Jahiz, and marked the beginning of a new period of Arab literary criticism – the “stage of development”. For the first time in Arabic literature, the writer analyzed the important features of scientific and artistic styles, defined the established scientific terms of literary criticism, showed the role of the Holy Qur’an in the study of the theoretical foundations of Arabic literary criticism, and thus, using a new method, analyzed the internal and external structure of the Arab qasida. He took a completely objective and impartial position in the analysis of artistic samples, comparatively studied the works of the poets of Jahiliyya and Sadri Islam, as well as the periods of the Umayyads and Abbasids, and tried to confirm his theoretical views on the basis of concrete evidence. During his comparisons in “Ash-sheir wa ash-shuara”, Ibn Gutaiba tried to give an artistic and critical analysis of the poems of poets who lived in different periods, but became famous in the same genre and style. One of the greatest merits of the writer in the field of Arab literary criticism is associated with the establishment of stable norms and principles for the construction of the Arab qasida and its composition.
Во II период Аббасидов, ознаменовавший завершение эпохи арабского фанатизма, считавшегося ведущей линией политики Омейядов, и распространение движения шуубия, возникла необходимость в дальнейшем упрочнении сформулированных альДжахизом теоретических основ образцов художественного творчества, являющихся продуктом арабского мышления. Понимая это, Ибн Кутайба, один из прогрессивно мыслящих, широко эру-
дированных и обладающих художественным вкусом людей того времени, приложил усилия к разработке теоретических основ арабской литературной критики, заложенных аль-Джахизом. Написав такие произведения, как ""Китаб адаб ал-катиб"" (Книга искусства писца), ""Тавиль мушкиль аль-Куран"" (Тавиль о ""Мушкиль аль-Куран""), ""Китаб аль-маани аль-кабира фи абйат альмаани"" (Книга поэтических мотивов), ""Китаб аш-шиар ва ашшуара"" (Книга поэзии и поэтов), занимающие особое место в истории как арабского, так и мирового литературоведения в целом, он заложил основу нового периода арабской литературной критики – ""этап развития"". Автор впервые для арабской литературы проанализировал существенные особенности научного и художественного стилей, определил устойчивые научные термины литературной критики, указал на роль Корана в изучении теоретических основ арабской литературной критики и, таким образом, методом нового подхода проанализировал внутреннее и внешнее строение арабской касиды. Выступая с абсолютно объективной и беспристрастной позиции при анализе художественных образцов, он сравнительно исследовал творчество поэтов периода Джахилия и Садри-ислам, а также Омейядов и Аббасидов, и пытался на основе конкретных фактов подтвердить свои теоретические взгляды. В своих сравнениях в произведении ""Китаб аш-шиар ва аш-шуара"", привлекая к анализу поэтические образцы поэтов, живших в разное время, но прославившихся в одном и том же жанре и стиле, Ибн Кутайба пытался дать художественно-критический анализ их касид. Одной из наибольших заслуг писателя в области арабской литературной критики стало определение устойчивых норм и принципов строения арабской касиды и ее составления.

Açar sözlər

Ədəbi tənqid, qəsidə quruluşu, şerin ölçüsü, tənqid meyarı, nəzəri əsaslar
Literary criticism, the structure of the qasida, the size of the poem, the criterion of criticism, the theoretical basis
литературная критика, структура касиды, стихотворный размер, критерий критики, теоретические основы

Referanslar

  • Məmmədəliyev V.M. (1985). Ərəb dilçiliyi. Bakı, (146 s.).