Материалы

Роль местных и других научных деятелей исламского мира в воспитании средневековых азербайджанских преподавателей Orta əsrlər azərbaycanlı müdərrislərin yetişməsində yerli və İslam dünyasının digər elm xadimlərinin rolu Role of local and Islamic world scholars in the development of Azerbaijani educators of the medieval period

д-р ист. наук Наргиз Алиева заместитель директора Национального Музея Истории Азербайджана НАНА Автор

Аннотация

Азербайджан, будучи неотъемлемой частью мусульманского мира, на протяжении сотен лет создавал свои духовно-культурные ценности, опираясь на религиозные основы ислама. Эта религия занимала исключительное место в образовании народа в средние века. Местная интеллигенция с целью приобретения новых знаний наряду с медресе, находящимися в Азербайджане, посещала и другие учреждения науки и образования Халифата, порой преодолевая долгий путь. С целью выявления истины они проводили научный обмен и, помимо научного творчества, занимались обучением. Пользовавшихся авторитетом азербайджанских ученых приглашали в медресе Низамийе, чтобы они передавали свои знания. Занимая различные должности в учебных заведениях, они принимали непосредственное участие в их деятельности.
Неслучайно, что сразу после окончания строительства медресе Низамийе в Багдаде Нузамюлмюлк назначает азербайджанца Хатиба Табризи, имеющего глубокие знания в этот период и написавшего уникальные произведения в области арабского языка, директором библиотеки медресе, в то же время, выражаясь словами И.Ю. Крачковского, «профессором» факультета литературы, и повышает его зарплату с 10 до 15 динаров. Когда в Багдаде было открыто медресе Низамийе, Муинаддин Ахмад аль-Тантарани аль-Мараги был одним из преподавателей, приглашенных Низамулмулк в Университет. Аль-Мараги до конца жизни преподавал там вместе с Хатибом Тебризи.
Ширванский регион Азербайджана исторически славился как центр науки и культуры. Интеллигенция из Ширвана наряду с Азербайджаном также работала в других культурных центрах Халифата. Ас-Сафади, предоставивший информацию о ширванском ученом Мухаммеде ибнбен Ушейре ибн Маруфе Абу Бакре аш-Ширвани (547/1152), ставит его рядом с таким выдающимся ученым, как Хиббатуллах ибн Мубарак ибн ас-Сакти. Он отмечает, что Абу Бакр аш-Ширвани, наряду с другими учеными того периода, обучался науке у ученых Ширвана.
Также следует упомянуть одного из преподавателей, сыгравшего роль в обучении азербайджанской интеллигенции, Абу Абдуллу ат-Табари, который руководил обучением в гянджинском медресе. Шейх ас-Силяфи, который путешествовал из Египта в Азербайджан, высоко оценил и хвалил преподавательскую деятельность Абу Абдуллы, который преподавал фикх и литературу в медресе Гянджи.
Автор произведения «Тариху Азербайджан», о котором даются сведения в источниках, но не дошедшего до наших дней, Фахреддин Абульфаз Исмаил ибн аль-Мусанна из Тебриза читал лекции в Медресе Низамийе в Багдаде и умер в Тебризе в 580/1185 годах. Помимо преподавательской деятельности, азербайджанские преподаватели также занимались рассказыванием хадисов. Абу Мухаммед Джафар ибн Мухаммед ибн Джафар аль-Ардабили, который был помошником учителя в Багдаде, был одним из них.
Великие религиозные и образовательные деятели исламского мира, такие как Абу Хамид аль-Газали, Абу Исхак аш-Ширази, Илькия аль-Харраси, Абуттайиб ат-Табари, сыграли большую роль в развитии азербайджанских ученых. А наши местные ученые преподавали другим знания, которые они получили от ученых, внесших особый вклад в развитие исламской культуры. Абульвафа Халил ибн Мохсун ибн Мухаммед аль-Маранди, из урмийцев Абульганаим Ганим ибн Гусейн и Абульфазл Мухаммед ибн Омар, Абульгасим Махмуд Юсифи ибн Гусейн аль-Барзанди ат-Тифлиси, Абульгасан Али ибн Гасан ибн Али аль-Меянаджи, Абульфаз Мухаммед ибн Омар ибн Юсиф аль-Урмави аль-Лавзихамин были последователями видных образовательных деятелей.
İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycan öz mədəni-mənəvi dəyərlərini yüzillər ərzində İslam dini dəyərləri əsasında yaratmış, xalqın Orta əsrlərdəki təhsilinin inkişafında bu dinin müstəsna əhəmiyyəti olmuşdur. Yerli ziyalılar öz biliklərini artırmaq üçün Azərbaycanda olan mədrəsələrlə bərabər, uzun yollar qət edərək, xilafətin digər elm və təhsil ocaqlarını ziyarət edir, həqiqəti üzə çıxarmaq üçün elmi mübadilə aparır, elmi yaradıcılıqla yanaşı, tədrislə də məşğul olurdular. Hörmət sahibi olmuş azərbaycanlı alimləri mənimsədikləri elmi öyrətmək üçün “Nizamiyyə” mədrəsələrinə dəvət edir, onlar isə mədrəsələrdə müxtəlif vəzifələrdə çalışaraq, onun davamlı fəaliyyətində yaxından iştirak edirdilər.
Təsadüfi deyildir ki, Bağdaddakı “Nizamiyyə” mədrəsəsinin tikintisi başa çatan kimi, Nüzamülmülk bu dövrdə dərinbilikli, ərəb dili sahəsində kamil əsərləri olan azərbaycanlı Xətib Təbrizini mədrəsə kitabxanasının müdiri, eyni zamanda, İ.Y.Kraçkovskinin təbirincə desək, ədəbiyyat kafedrasının “professoru” təyin edir, onun maaşını 10 dinardan 15 dinara qaldırır. Bağdaddakı “Nizamiyyə” mədrəsəsi açılan zaman Nizamülmülkün universitetə dəvət etdiyi müdərrislərdən biri də Muinəddin Əhməd əl-Təntərani əl-Maraği olmuşdur. Əl-Maraği ömrünün sonunadək orada Xətib Təbrizi ilə birlikdə dərs demişdir.
Azərbaycanın Şirvan bölgəsi tarixən elm və mədəniyyət ocağı kimi məşhur olmuşdur. Şirvanlı ziyalılar Azərbaycanla bərabər, xilafətin digər mədəniyyət mərkəzlərində də fəaliyyət göstərmişlər. Bağdada köçərək, yaradıcılığını davam etdirən şirvanlı alim Məhəmməd ibn Üşeyr ibn Məruf Əbu Bəkr əş-Şirvani (v. 547/1152) haqqında məlumat verən əs-Safadi onu dövrünün Hibbətullah ibn Mübarək ibn əs-Sakti kimi görkəmli alimi ilə yanaşı qoyur. O qeyd edir ki, Əbu Bəkr əş-Şirvani dövrunun digər alimləri ilə yanaşı, Şirvan alimlərindən elm öyrənmişdir.
Azərbaycan ziyalılarının savadlanmasında rolu olmuş müdərrislərdən biri kimi, Gəncədəki mədrəsədə tədrisə rəhbərlik etmiş Əbu Abdulla ət-Təbəri də qeyd olunmalıdır. Misirdən Azərbaycana səyahət edən Şeyx əs-Siləfi Gəncə mədrəsəsində Fiqh və Ədəbiyyat fənlərindən dərs deyən Əbu Abdullanın tədris fəaliyyətini bəyənərək tərifləmişdir.
Mənbələrdə haqqında məlumat verilən, lakin günümüzədək gəlib-çatmayan “Tarixu-Azərbaycan” əsərinin müəllifi təbrizli Fəxrəddin Əbülfəz İsmayıl ibn əl-Müsannə Bağdaddakı “Nizamiyyə” mədrəsəsində mühazirələr oxumuş,
580/1185-ci illərdə Təbrizdə vəfat etmişdir. Azərbaycanlı müdərrislər müəllimlik fəaliyyəti ilə yanaşı, hədis söyləməklə də məşğul olmuşlar.
Bağdadda müəllim köməkçisi olan Əbu Məhəmməd Cəfər ibn Məhəmməd ibn Cəfər əl-Ərdəbili onlardan biri idi.
İslam aləminin Əbu Həmid əl-Qəzali, Əbu İshaq əş-Şirazi, İlkiyə əl-Hərrasi, Əbuttayyib ət-Təbəri kimi nəhəng din və təhsil xadimlərinin azərbaycanlı alimlərin yetişməsində böyük rolları olmuşdur. Yerli alimlərimiz isə həm öyrədir, həm də İslam mədəniyyətinin inkişafında xüsusi dəst-xətti olmuş alimlərdən öyrəndikləri elmləri digərlərinə öyrədirdilər. Əbülvəfa Xəlil ibn Möhsün ibn Məhəmməd əl-Mərəndi, urməvilərdən Əbülqənaim Qanim ibn Hüseyn və Əbülfəzl Məhəmməd ibn Ömər, Əbülqasim Mahmud Yusifi ibn Hüseyn əl-Bərzəndi ət-Tiflisi, Əbülhəsən Əli ibn Həsən ibn Əli əl-Məyanəci, Əbülfəz Məhəmməd ibn Ömər ibn Yusif əl-Urməvi əl-Lavzi həmin görkəmli təhsil xadimlərinin davamçı nümayəndələri idilər.
Being an integral part of the Islamic world, Azerbaijan has shaped its cultural and spiritual values for centuries on the basis of Islamic values and this religion had exceptional significance in the development of the nation’s education in the medieval period. Local people visited science and education centers in various parts of the Islamic Caliphate along with madrasas in Azerbaijan, carried out scientific researches to find the truth and were involved in teaching along with their scholarly activity. The respected Azerbaijani scholars were invited to the Nizamiyya madrasas to teach the knowledge they have learned. These scholars were involved in various activities in the madrasas and took an active part in their continuous activities.
It is no coincidence that after the construction of the Nizamiyya madrasas in Baghdad was completed, Nuzamulmulk, appointed Khatib Tabrizi, a wellknown Azerbaijani writer creating his works in Arabic, as the head of the madrasa library and professor of literature section and raised his salary from 10 dinar to 15 dinar, as the literary critic I.Krachkovsky writes. When Nizamiyya Madrasa was opened in Baghdad, Muadhaddin Ahmad al-Tarantani al-Maraghi was another Azerbaijani educator invited to the madrasa. Al-Maraghi taught together with Khatib Tabrizi until his death.
Shirvan has historically been famous for being a scholarly and cultural center of Azerbaijan. Intellectuals from Shirvan worked in Caliphate’s cultural centers along with Azerbaijani ones. As-Safadi gives information about Shirvani educator Mohammad bin Ushayr ibn Marouf Abu Bakr al-Shirvani (p.547/1152), who continued his activity moving to Baghdad, comparing him to the prominent scholar Hibbatullah ibn Mubarak ibn al-Sakti. He notes that Abu Bakr al-Shirvani took classes from Shirvan scholars along with other scholars of the period.
One of the educators, who played a special role in the education of Azerbaijani intellectuals, is Abu Abdullah al-Tabari, headed a madrasa in Gandja. Sheikh al-Shafi, who traveled from Egypt to Azerbaijan, praised the teaching activity of Abu Abdullah, who taught fiqh and literature in the Ganja madrasa.
Fakhraddin Abulfaz of Tabriz, the author of The History of Azerbaijan which is mentioned in the sources but did not come up to date, delivered lectures in the Nizamiyya Madrasa in Baghdad, and died in Tabriz in 580/1185. In addition to his teaching activities, the Azerbaijani tutors were also involved in hadith narration. Abu Muhammad Jafar ibn Mohammed ibn Jafar al-Ardabili were one of these educators.
The giant religious and educational figures of the Islamic world such as Abu Hamid al-Ghazali, Abu Ishaq al-Shirazi, Ilkiya al-Herrasi and Abutayyeb alTabari played a great role in the development of Azerbaijani scholars. The local scholars were studying, at the same time teaching sciences they have learned from the scholars who have developed a special system in the development of Islamic culture. Abulwafah Khalil ibn Mohsen ibn Mohammed Al-Marandi, from the Urmians Abulqanaim Qanim ibn Hussein and Abulfazl Mohammed ibn Omar, Abulgasim Mahmud Yusuf ibn Hussein al-Barzandi at-Tiflisi, Abulhasan Ali ibn Hasan ibn Ali al-Mayanachi, Abulfaz Mahammad ibn Omar ibn Yusuf al-Urmawi al-Lavzi were the followers of these prominent educators.