Proceedings

Struggle for innovation by cultural enlightener Caucasian Sheikh-ul-Islam Akhund Mohamadali Farajulla Pishnamazzade Mədəni maarifçi Qafqaz şeyxi Şeyxülislam Axund Məhəmmədəli Fərəculla Pişnamazzadənin yenilik uğrunda mübarizəsi Борьба за новшество культурного просветителя, шейха Кавказа просветителя Кавказа, Шейхульислама Ахунд Магомедали Фараджулла Пишнамаззаде

Guler Gafgazli Institute of Oriental Studies named after academician Z.M. Bunyadov of ANAS Author

Abstract

Despite the fact that Farajulla Pishnamazzade was born in a family of a clergyman in the city of Ganja, he was more interested in secular sciences. He quickly gained great respect among the clergymen and opened ten new schools in Ganja along with the school named “Maktab-i kheyriyya”. Akhund did not hesitate to express his free views against Russian Tsarism, along with the sciences he taught at school. Mohammedali, who was arrested and exiled several times for his independent views, was elected the chairman of the “Difai” party established in Ganja in 1905. During his chairmanship, he worked shoulder to shoulder with Nasib Bey Yusifbeyov, Mirza Mahammad Akhundov, Alasgar Bey Khasmammadov and fought against Armenian atrocities. Despite his exile for these activities, Akhund did not stop his enlightenment work during this period. While living exile life in Astrakhan, he constantly wrote articles in newspapers.
Returning from exile Pishnamazzade moved to Tbilisi, and in 1909 he was elected a member of the Shia Clerical Department of Caucasian Muslims. The akhund, who had special respect was soon elected Sheikh-ul-Islam.
In 1915 Sheikh-ul-Islam housed refugees and children brought to Baku from Ardahan and Kars. Thus, he decided to open an “orphanage” for them in Tbilisi and turned to the people to help him in this matter.
The Caucasian Shia and Sunni clerical departments were located in the city of Tbilisi, where the Azerbaijan Democratic Republic was proclaimed in 1918. Along with the transfer of the temporary capital to Ganja, the clerical department was transferred there as well. Having received this good news, Sheikh-ul-Islam returned to his ancestral home and continued his activity here almost until the end of his life.
Pishnamazzade meets with the heads of both sides to unite the Shia and Sunni clergy. After this meeting, he prepares a proposal to create a new clerical office based on the example of Turkey. The proposal put forward by Sheikh-ul-Islam was accepted by the People’s Republic and the new clerical department begins to operate under the name “Mashikhat”. On September 15, 1918 Mashikhat was transferred to Baku, but Pishnamazzade did not leave his native city, resigned from the position of chairman of the Caucasian Muslims office and Sheikh-ul-Islam. Staying in Ganja, Akhund Mohammedali performs the position of Akhund of Juma Mosque.
Fərəculla Pişnamazzadə Gəncə şəhərində ruhani ailəsində dünyaya göz açsa da, dünyəvi elmlərə marağı daha çox olmuşdur. O, ruhanilər arasında tez bir zamanda böyük hörmət qazanaraq, Gəncədə “Məktəbi-xeyriyyə” adlı məktəblə yanaşı, on yeni məktəb açmışdır. Axund məktəbdə tədris etdiyi elmlərlə bərabər, rus çarizminə qarşı öz azad fikirlərini söyləməkdən çəkinmirdi. Müstəqil fikirlərinə görə, bir neçə dəfə həbs edilən və sürgün olunan Məhəmmədəli 1905-ci ildə Gəncədə yaradılan “Difai” partiyasının sədri seçilir. Sədrlik etdiyi müddətdə o, Nəsib bəy Yusifbəyovla, Mirzə Məhəmməd Axundovla, Ələsgər bəy Xasməmmədovla çiyin-çiynə çalışaraq, erməni vəhşiliklərinə qarşı mübarizə aparır. Axund bu kimi fəaliyyətləri səbəbindən yenidən sürgün olunsa da, həmin müddət ərzində maarifçilik işini dayandırmır. Həştərxanda sürgün həyatı yaşayarkən qəzetlərdə daim məqalələri ilə çıxış edir.
Sürgündən dönən Pişnamazzadə Tiflisə köçür, 1909-cu ildə Qafqaz Müsəlmanları Şiə Ruhani İdarəsinin üzvü seçilir. Xüsusi hörmətə sahib olan axund çox keçmədən şeyxülislam seçilir.
Şeyxülislam 1915-ci ildə Ərdəhan və Qars şəhərlərindən Bakıya gətirilən qaçqın və uşaqlara sahib çıxır. Belə ki, onlar üçün Tiflisdə Yetimlər evi açmaq qərarına gəlir və bu işdə ona köməklik göstərməsi üçün xalqa müraciət edir.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu Tiflis şəhərində Qafqaz Şiə və Sünni ruhani idarələri yerləşiridi. Paytaxtın müvəqqəti Gəncəyə köçürülməsi ilə yanaşı, Ruhani İdarəsi də buraya köçürülür. Bu sevincli xəbəri alan şeyxülislam öz ata-baba yurduna geri dönür və ömrünün sonunadək olan fəaliyyətini, demək olar ki burada davam etdirir.
Pişnamazzadə şiə və sünni ruhanilərini birləşdirmək üçün hər iki tərəfin başçıları ilə görüşür. Bu görüşdən sonra o, Türkiyə nümunəsi əsasında yeni ruhani idarəsinin yaradılması təklifini hazırlayır. Şeyxülislamın irəli sürdüyü təklif Xalq Cümhuriyyəti tərəfindən qəbul edilir, yeni ruhani idarəsi “Məşixət” adı altında fəaliyyət göstərməyə başlayır. 1918-ci il sentyabrın 15-də “Məşixət” Bakıya köçürülür, lakin Pişnamazzadə öz doğma şəhərini tərk etmir, Qafqaz Müsəlmanları İdarəsinin sədri və şeyxülislamlıq vəzifəsindən istefa verir. Gəncədə qalaraq Axund Məhəmmədəli Cümə məscidinin axundu vəzifəsini yerinə yetirir.
Фараджулла Пишнамаззаде, несмотря на то что родился в семье духовного служителя в городе Гянджа, больше интересовался светскими науками. Заслужив в кратчайшие сроки большое уважение среди духовенства, он открыл в Гяндже семнадцать школ, в том числе школу под названием «Мектеб-и хейрия» («Благотворительная школа»). Ахунд, занимаясь преподаванием науки в школе, не боялся высказывать свои мысли против царской России. Будучи несколько раз арестованным и высланным в ссылку, Магомедали был избран председателем партии «Дифаи» организованным в Гяндже в 1905-м году. Во время председательства партии он вместе с Насиб бек Юсифбековым, Мирза Магомед Ахундовым, Алескер бек Хасмамедовым боролся с армянскими зверствами. Несмотря на то, что из-за этой деятельности ахунд был снова сослан в ссылку, он все равно продолжал просветительскую работу. Находясь в ссылке в Астрахани, он постоянно выступал со статьями в газетах.
Вернувшись из ссылки, Пишнамаззаде переехал в Тифлис и в 1909 году был избран членом Духовный администрации Шиитов Мусульман Кавказа. Пользуясь особым уважением, ахунд в кратчайшее время был избран Шейхульисламом.
После провозглашения Азербайджанской Народной Республики в 1918 году Администрация Духовенства Шиитов и Суннитов Кавказа находилась в городе Тифлис. В связи с переводом временной столицы в Гянджу, сюда переселилась также и Духовная администрация. Получив эту радостную весть, Шейхульислам вернулся в свой родной город и до конца жизни продолжал свою деятельность здесь.
Шейхульислам взял под опеку беженцев и детей, которые были привезены в Баку в 1915 году из Эрдахана и Карса. Он задумал открыть «Дом сирот» в Тифлисе, и по этому поводу обратился за материальной помощью к народу.
Для объединения духовенства шиитов и суннитов Пишнпмаззаде встретился с руководителями обоих сторон. После этой встречи он подготовил предложение о создании новой Духовной администрации по образцу Турецкой Республики. Предложение Шейхульислама было принято Народной Республикой и новая Духовная администрация начало свою деятельность под названием «Машихат». 15 сентября в 1918 году «Машихат» был переведен в Баку, но Пишнамаззаде не покинул свой родной город и подал в отставку, отказавшись от должности председателя администрации Мусульман Кавказа и должности Шейхульислама. Оставаясь в Гяндже, Ахунд Магомедали занял должность ахунда Джума мечеть.