Bildiriler

Hikməti-mütəaliyə fəlsəfi cərəyanının azərbaycanlı nümayəndələri Azerbaijani representatives of the philosophical trend of transcendent theosophy Азербайджанские представители философского движения мудрого чтения

fil.e.d., prof. Zemfira İsxakova RF Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyası İctimai Elmlər İnstitutu Beynəlxalq siyasət və xarici regionşünaslıq kafedrasının müəllimi Müəllif

Xülasə

XVII əsrdən başlayaraq, hikməti-mütəaliyə fəlsəfəsi İslam fəlsəfi düşüncəsinin əsas aparıcı fəlsəfi cərəyanına çevrildi. Bu fəlsəfi məktəb Sədrəddin Şirazinin (1571-1640) adı ilə bağlıdır. O, “əsfarul-ərbəə” fəlsəfi ensiklopedik əsərində özündənöncəki peripatetizm və işraqilik fəlsəfələrinin nəzəriyyələrini tədqiq etmiş, sistemli formada işləmiş və bu sistematik fəlsəfi məktəbə hikməti-mütəaliyə adı vermişdir. O zamandan etibarən, İslam fəlsəfə düşüncəsində hikmətül-mütəaliyə fəlsəfəsi tədris, tədqiq, təhqiq və tərəqqi edilir. İslam fəlsəfəsində bu cərəyandan sonra sistemli və əsaslı bir fəlsəfi məktəb ərsəyə gəlməmişdir. Sonrakı filosoflar bu fəlsəfi cərəyandan yararlanmış, istifadə etmiş, daha gücləndirmiş və inkişaf etdirmişlər.
Azərbaycanlı filosoflar da bu fəlsəfi cərəyandan yararlanmış, inkişaf etdirmiş və hətta tənqid etmişlər. Bu məqalədə XVIII-XIX əsrlərdə yaşayıb-yaratmış hikməti-mütəaliyə fəlsəfəsinin azərbaycanlı nümayəndəsi görkəmli Seyid Hüseyn Badkubeyinin (1876-1939) fəlsəfi fikirlərindən nümunələr verəcəyik.
Məlumdur ki, tarix boyu Azərbaycanda fəlsəfə elminə xüsusi rəğbət olmuş və qədimdən bu elmin inkişafında böyük alimlər formalaşmışlar. Onlardan Seyid Hüseyn Badkubeyi (1876-1939) və Mirzə Cavad Fani Badkubeyinin (1821) adlarını çəkmək olar.
Seyid Hüseyn Badkubeyinin fəlsəfi düşüncə və yaradıcılığı hikməti-mütəaliyə fəlsəfi məktəbi ilə bağlıdır. O, elmi mərkəzlərdə dərin nüfuza malik olan adlı-sanlı filosoflar sırasına daxildir. Dövrünün görkəmli filosofları sırasında yer tutan Seyid Hüseyn Badkubeyi Azərbaycan Respublikası Bakı şəhərinin Xırdalan qəsəbəsində dünyaya göz açmış, uşaqlıqdan fəlsəfə və rasional elmlərə həvəs göstərmişdir. O, Sədr mədrəsəsində Məntiq, Riyaziyyat, Kəlam, Fəlsəfə və başqa elmləri mənimsədikdən sonra, hikməti-mütəaliyə fəlsəfəsi və bu məktəbin ən əsas ensiklopedik əsəri sayılan “Əsfar” kitabını dərindən öyrənir və həyatını o cərəyanın tədris, tərəqqi və inkişafına həsr edir. Sonradan rasional elmlərə daha dərindən yiyələnmək üçün dövrün elm mərkəzi sayılan İraqın Nəcəf Əşrəf dini-elmi mərkəzinə yollanır. Orada da bir müddət elmi fəaliyyətini davam etdirdikdən sonra, bu elmi ocaqda rasional elmlər üzrə tədrisə başlayır, dahi bir şəxsiyyət kimi məşhurlaşır. Ona, həmçinin Nəcəf Dini-Elmi Mərkəzində yüksək dərəcədə etimad göstərilir, fəzilətli və dərinbilikli ustad kimi dəyərləndirilir. O, Nəcəf Dini-Elmi Mərkəzində Aristotelin “Üsuluciya”, ibn Sinanın “Şifa”, Sədrəddin Şirazinin “Əsfar”, ibn Türkənin “Təmhidul-qəvaid”, ibn Miskəveyhin “Təharətul-Əraq”, Səbzvarinin “Mənzumə” kitablarını tədris etmişdir. Məşhurluğu o mərtəbəyə çatır ki, hətta Nəcəf Dini-Elmi Mərkəzinin tanınmış rasional elmlər sahəsindəki iki ustaddan biri olur. Seyid Hüseyn Badkubeyi uzun müddət Nəcəf Dini-Elmi Mərkəzinin rasional elmlər üzrə müəllimi, aparıcı mütəxəssisi və sonrakı nəsil filosofların formalaşmasında böyük rola malik olmuşdur. Onun tələbələri arasında hikməti-mütəaliyə fəlsəfəsini beynəlxalq və transmilli formada digər Avropa fəlsəfələri ilə müqayisə edən Seyid Məhəmmədhüseyn Təbatəbayini qeyd etmək mümkündür. Seyid Hüseyn Badkubeyi ömrünün çox hissəsini tədrislə yüklədiyindən, tədqiqat işlərini daha çox tələbələrinə həvalə etmişdir. Bu səbəbdən, yaradıcılığında fəlsəfi əsərlər azdır. Amma onun Sədrəddin Şirazinin “Əsfar” kitabına yazdığı traktat çox məşhurdur. Orada yeni fəlsəfi fikirlərini və arqumentlərə olan yeni təqrir və təshihlərini təfsilatlı şəkildə özündənsonraya yadigar qoymuşdur.
Alim 1939-cu ildə 65 yaşında Nəcəf şəhərində vəfat etmiş və orada da torpağa tapşırılmışdır.
Since the 17th century, the philosophy of Hikmetul-mutaaliya (transcendent theosophy) has become the main leading philosophical trend of Islamic philosophical thought. This philosophical school is associated with the name of Sadraddin Shirazi (1571-1640). In his philosophical encyclopedic work asfarul-arbaa he studied the theories of peripatetism and ishraqism philosophies before him and worked systematically and named this systematic philosophical school Hikmetul-mutaaliya. Since then, the transcedent theosophy in Islamic philosophy has been taught, studied, investigated and promoted. After this trend another such systematic and fundamental philosophical school was not established in Islamic philosophy. Later philosophers benefited from this philosophical trend, used, strengthened and developed it.
Azerbaijani philosophers also benefited from this philosophical trend, developed and even criticized it. In this article, we will give examples of the philosophical ideas of the Azerbaijani representative of the philosophy of Hikmetul-mutaaliya, who lived and created in 18-19th centuries, the prominent Seyid Husseyn Badkubeyi (1876-1939). It is clear that throughout history, philosophy has been especially popular in Azerbaijan and great scientists have been formed in the development of this science since ancient times. From them we can mention the names of Seyid Husseyn Badkubeyi (1876-1939) and Mirza Javad Fani Badkubeyi (1821).
The philosophical thought and creative work of Seyid Husseyn Badkubeyi is connected with the philosophical school Hikmetul mutaaliya. He is one of the eminent philosophers who has a deep influence in scientific centers. Seyid Huseyn Badkubeyi, who was one of the prominent philosophers of his time, was born in Khirdalan settlement of Baku City of the Republic of Azerbaijan and from his childhood showed interest in philosophy and rational sciences. After mastering logic, mathematics, kalam, philosophy and other sciences at Sadr madrasah, he deeply studies the philosophy of Hikmatul-mutaaliya and the book “Asfar”, which is the main encyclopedic work of this school, and devotes his life to the teaching,progress and development of that trend. Later, he goes to Najaf Ashraf religiousscientific center of Iraq, which was considered the science center of the period, in order to learn more deeply the rational Sciences. After continuing there his scientific activity for a while, he began to teach rational Sciences in this scientific institution and became famous as a genius. He was also highly respected in the Najaf religious and scientific center and was regarded as a skilled master with deep knowledge. He taught Aristotle’s Theology, Ibn Sina’s Shifa, Sadreddin Shirazi’s Asfar, Ibn Turka’s Tamhidul-gavaid, Ibn Miskaveyh’s Taharetul-Araq, Sabzvari’s Manzuma and other books in Najaf religious-scientific center. His popularity reaches that level when he becomes one of the two well-known masters of the Najaf religious-scientific center in the field of rational Sciences. For a long time he was a teacher, a leading specialist of rational Sciences of Najaf religious-scientific center and had a great role in the formation of subsequent generation of philosophers. Among his students we can mention Seyid Mahammadhuseyn Tabatabayı, who compares the philosophy of Hikmatul-mutaaliya with other European philosophies in international and transnational form. Seyid Husseyn Badkubeyi has entrusted the research work to his students since he has spent most of his life teaching. For this reason, there are few philosophical works in his creative work. But his treatise on Sadraddin Shirazi’s book Asfar is very popular. There, he left his new statements and corrections on new philosophical ideas and arguments in detail for the next generation. In 1939, he died in the city of Najaf at the age of 65 and was buried there.
Начиная с XVII века, философия «Хикматуль-мутаалия» превратилась в основное философское течение исламской философской мысли. Эта философская школа связана с именем Садраддина Ширази (1571-1640). В философском энциклопедическом произведении «асфаруль-арбаа» он изучил теории философий перипатетизма и ишракизма существоваших до него, систематически трудился и назвал эту систематическую философскую школу «Хикматуль-мутаалия». С тех пор в исламской философской мысли изучается, исследуется, и прогрессирует трансцендентальная теология. После этого течения в исламской философии не было создано другой такой систематической и основательной философской школы. Последующие философы воспользовались, использовали, укрепляли и развивали это философское течение.
Азербайджанские философы также воспользовались, развили и даже критиковали это философское течение. В этой статье мы приведем примеры философских мыслей видного азербайджанского представителя философии Хикматуль-мутаалии, жившего в 18-19 веках Сеида Гусейна Бадкубейи (1876-1939). Очевидно, что на протяжении всей истории в Азербайджане была особая симпатия по отношению к философской науке и с древности в развитие этой науки формировались великие ученые. Среди них можно назвать Сеида Гусейна Бадкубейи (1876-1939) и Мирзу Джавада Фани Бадкубейи (1821).
Философское мышление и творчество Сеида Гусейна Бадкубейи связано с философской школой «Хикматуль-мутаалия». Он входит в число знаменитых философов, обладающих глубоким авторитетом в научных центрах. Сеид Гусейн Бадкубейи, занявший место среди знаменитых философов своего времени, родился в поселке Хырдалан города Баку Азербайджанской Республики и с детства увлекался философией и рациональными науками. После освоения логики, математики, кялама, философии и других наук в медресе Садр, он глубоко изучает философию Хикматуль-мутаалии, а также книгу «Асфар», которая считается самым главным энциклопедическим произведением этой школы и посвящает свою жизнь преподаванию,
прогрессу и развитию этого течения. Затем он направляется в религиозно-научный центр Наджаф Ашраф, являющимся научным центром эпохи, для более глубокого освоения рациональных наук. И там, некоторое время продолжив свою научную деятельность, он начинает преподавать в этом научном заведении рациональные науки и становится известным как гениальная личность. Ему также высоко доверяют в религиозно-научном центре Наджаф и расценивают как совершенного учителя с глубокими знаниями. В религиозно-научном центре Наджаф он преподавал «Теологию» Аристотеля, «Шифа» Ибн Сины, «Асфар» Садраддина Ширази, «Тамхидул-гаваид» Ибн Туркана, «Тахаратул Араг» Ибн Мискавейха, «Мензума» Сабзувари. Его популярность достигает такой степени, что он становится одним из двух известных учителей религиозно-научного центра Наджаф в области рациональных наук. Он долгое время был учителем, ведущим специалистом религиозно-научного центра Наджаф по рациональным наукам и сыграл большую роль в формировании философов следующего поколения. Среди его студентов можно отметить Сеида Мухаммедгусейна Табатабайи, который сравнивал философию Хикматуль-мутаалии с другими европейскими философиями в международной и транснациональной форме. Сеид Гусейн Бадкубейи, доверил исследовательские работы своим студентам, так как большую часть своей жизни был загружен преподаванием. Поэтому в его творчестве мало философских произведений. Но трактат, написанный им о книге Садраддина Ширази «Асфар», очень популярен. Там он оставил свои новые подробные заявления и исправления новых философских мыслей и аргументов для будущих поколений. Он скончался в 1939 году в 65-летнем возрасте в городе Наджаф, где и был похоронен.