Bildiriler

Azərbaycan İslam fəlsəfəsinin bir bölgəsi kimi Azerbaijan as a part of Islamic philosophy Азербайджан как регион исламской философии

Səadət Qarayeva AMEA RH-in baş mütəxəssisi, Fəlsəfə İnstitutunun dissertantı Müəllif

Xülasə

İslam dini fəlsəfi ideyanın inkişafı tarixində önəmli bir dövrü əhatə edir. İslam mənəvi dəyərlərinin təbliğatçısıdır və həmin dəyərlərin dərinliyini duymaq, anlamaq, mahiyyətini dərk etmək üçün o aləmə baş vurmaq lazımdır.
İslam dininin ən böyük özəlliklərindən biri elmin, tərəqqinin, maarifçiliyin inkişafına böyük təkan verməsidir. İslam fəlsəfi fikrinin formalaşmasında İslam dininin banisi, Məhəmməd Peyğəmbərin böyük təsiri olmuşdur. Məhəmməd Peyğəmbərin kəlamları xeyirxahlıq, ümumbəşərilik, ideyaları müdrik fikirlər ilə zəngindir. Məhəmməd Peyğəmbər elmi öyrənməyin vacibliyindən bəhs edərkən söyləmişdir: “Elm Çində belə olsa, arxasınca gedin!”; “Elmi öyrənmək beşikdən qəbrədək vacibdir”.
İslam dininin fəlsəfənin, elmin inkişafına töhfəsindən bəhs edərkən Səlahəddin Xəlilov yazır: “İslam yarandığı vaxtdan nəinki elmə qadağa qoymamış, hətta insanları elmi fəaliyyətə sövq etmişdir. Məhz buna görə də elm sürətlə inkişaf etmiş, əvvəlcə ərəb ölkələri, sonra isə bütün İslam dünyası elmin inkişaf səviyyəsinə görə, dünyada ən qabaqcıl mövqe tutmuşdur. Böyük din xadimləri, eyni zamanda, böyük elmi kəşflər etmiş, elmin bir sıra sahələrini inkişaf etdirmişlər”.
İslamın mərkəzində ən şərəfli, ən hörmətli, ən qiymətli varlıq olan insan durur. Buna xitabən Kənan Gürsoy yazır: “İslamiyyət bütün bir kainat üçün, kosmopolit insan üçün, yəni bütün insanlıq üçündür. Belə olduğu halda, İslam dini üzərində bir layihə hazırlasaq, onun gələcəyi haqqında danışsaq, bütün insanlığı təməl olaraq götürmək, bütün insanlığı söhbət mövzusu etmək məcburiyyətindəyik”.
İslam aləminin dünya fəlsəfəsinə bəxş etdiyi ən böyük filosoflar sırasında Aristotelin davamçıları hesab edilən Əbu Nəsr Fərabi, ibn Sina, ibn Rüşd, Nəsirəddin Tusi və başqaları olmuşlar.
Fransız filosof, araşdırmaçı Anri Korben İslamda fəlsəfi düşüncə barədə özünün “İslam fəlsəfəsi tarixi” adlı kitabında bunları bildirmişdir: “İslamda fəlsəfi düşüncənin mənası və davam etdirilməsi, ancaq Qərbdə bir çox əsrdən bəri “fəlsəfə” deyə adlandırılan amilin tam bir qarşılığının İslamda axtarılması şərti ilə həqiqətən dərk edilə bilər”.
Qədim dövrlərdən başlayaraq, yüksək sivilizasiyaların bir-birini əvəz etməsi, müxtəlif dil, din, həyat tərzlərinin çulğalaşması Azərbaycan fəlsəfi fikir və dünyagörüşünün təşəkkülünə gətirib çıxarmışdır. Azərbaycan fəlsəfi fikrinin inkişafında VII-X əsrləri xüsusi qeyd etmək lazımdır. Fəlsəfi fikrin təməl cərəyanları formalaşmağa başlamış, fəlsəfi düşüncənin sonrakı inkişafı Xristian və İslam mədəniyyətlərinin təsiri altında davam etmişdir. Həmin dövrlərdə İslamın möhkəmlənməsi və ölkənin İslam mədəni bölgəsinə fəal daxil olması Azərbaycan fəlsəfi fikrinin inkişafının İslam dini ilə bağlılığına şərait yaratmışdır. Fəlsəfi cərəyanların nümayəndələri öz düşüncələrini, fəlsəfi mövqelərini Quran ayələri ilə əsaslandırmağa cəhd göstərirdilər. Bu meyil bir çox cərəyanlar, o cümlədən mötəzililik, ismaililik, sufilik və digər cərəyanlar üçün səciyyəvi olmuş, onların əsasını təşkil etmişdir. Həmin cərəyanların fəlsəfi ideyaları ölkədə həm mənəvi mədəniyyətin, eyni zamanda, sosial həyatın müxtəlif sahələrinə fəal təsir göstərmişdir. Bu, İslam ideoloji cərəyanlarında əsas problem kimi, Xaliq (Allah) və məxluq münasibətini göstərmişdir.
Azərbaycan fəlsəfi düşüncə tarixində sufi cərəyanının və sufilik fəlsəfəsi yaradıcılarının rolu xüsusi qeyd edilməlidir. XI–XII əsrlərdə Azərbaycanda sufilik fəlsəfəsinin yaradıcıları dünya mədəniyyəti tarixində tanınmış Baba Kuhi Bakuvi (948–1050), Eynəlqüzat Miyanəci (1099–1131), Əxi Əbül-Fərəc Zəncani və Şihabəddin Əbuhəfs Ömər ibn Məhəmməd Sührəvərdi (1145–1234) və b. fəlsəfi irsi olmuşdur. Eynəlqüzat Miyanəci sufi fəlsəfəsinin nəzəri əsaslarını “Həqiqətlərin seçilmişləri”, “Əsaslar”, “Aşiqlərin sevinci və təşnələrin bidəti” və başqa əsərlərində əks etdirmişdir. Sührəvərdi Şərqdə sufizmin dərsliyi kimi qəbul edilmiş “Mərifətlərin töhfələri” əsərinin müəllifidir.
VII–VIII əsrlərdə İlahiyyat fəlsəfəsi inkişaf etməyə başlamışdır. O dövrdə fikir ayrılıqlarına baxmayaraq, ilahiyyatçıların əsas vəzifəsi İslamın fəlsəfi şərhini vermək idi.
İntibah dövründə fəlsəfi düşüncənin əsas təzahür forması nəsr və nəzmlə ifadə edilirdi. Dövrün fəlsəfi və ictimai problemlərini əks etdirən fəlsəfi poeziyanın görkəmli nümayəndələri Məhsəti Gəncəvi, Əfzələddin Xaqani, Nizami Gəncəvi və başqalarını nümunə göstərmək mümkündür. Fəlsəfi poeziyanın zirvəsi Nizami irsi, onun “Xəmsə”si hesab edilir. “Xəmsə” XII əsrdə Azərbaycanın və İslam Şərqinin fəlsəfi təfəkkürünün poetik formada əksini tapmış nümunəsidir. Qədim Azərbaycan, Şərq fəlsəfəsindən qaynaqlanan Nizami “Xəmsə”sində şəxsiyyəti və cəmiyyəti kamilliyə aparan yollar tərənnüm edilmişdir.
Azərbaycan fəlsəfi düşüncə tarixində qadınların rolu xüsusi qeyd edilməli və danılmazdır. İslam Şərqində poeziya nəsrə nisbətən daha çox inkişaf etdiyinə görə, həmin dövrdə qadınlar da öz düşüncələrini daha çox şeirlərlə ifadə etmişlər. Onlardan biri – Məhsəti Gəncəvi XII əsr Azərbaycan intibahının
ən parlaq simalarından olan, lirik, fəlsəfi məna daşıyan rübailər müəllifi, musiqi ilə məşğul olmuş, Şərqin ən məşhur şahmatçı qadınlarından biri kimi tanınmışdır. Məhsəti Gəncəvi, əsasən, rübai janrına üstünlük verdiyi üçün Ömər Xəyyam məktəbinin davamçısı hesab edilir. Məhsəti Gəncəvi şeirlərində, əsasən, bəşəri sevgi, sufi düşüncələri öz əksini tapmış, humanizm, ləyaqət, nəciblik, alicənablıq onun rübailərinin ruhunu təşkil etmişdir. Şairə şeirlərində qadın hüquqsuzluğundan ürək yanğısı ilə bəhs etmişdir.
Azərbaycan fəlsəfi düşüncə tarixində mühüm rol oynamış qadınlardan biri də Heyran xanımdır. Heyran xanım, əsasən, aşiqanə şeirlər-qəzəllər, müxəmməslər, rübailər müəllifidir. Heyran xanım poeziyasında nəcib insani duyğular, saf məhəbbət tərənnüm olunmuşdur. Bir sıra şeirlərində qadın hüquqsuzluğundan şikayət motivləri də öz əksini tapmışdır. Onun poeziyası ictimai-fəlsəfi məzmuna malikdir. Heyran xanım Füzuli ədəbi məktəbinin davamçılarından hesab edilir.
Heyran xanım Şərqin böyük poeziya dühaları Rudaki, Həsənoğlu, Hafiz, Nəsimi, Nəvai, Füzuli, Qövsi Təbrizi və basqa şairlərə nəzirələr də yazmışdır.
İslam fəlsəfəsi çox zəngin və çoxşaxəlidir. Bütün dövrlərdə filosoflar İslamın mahiyyətini daha dərindən duyurmaq, İslamın əsas potensialını bütün bəşəriyyətə çatdırmaq naminə tədqiqatlar aparmış və bu gün də bu tədqiqatlar davam etdirilməkdədir.
The Islamic religion embraces an important period in the development of philosophical ideas. Islam promotes moral values, and to understand the depth of these values and comprehend their essence one needs to dive into this world.
One of the greatest peculiarities of Islam is that it gives impetus to the development of science, progress and enlightenment. Prophet Mohammad, the founder of Islam, had great impact on the development of the Islamic philosophical idea. His words are rich in kindness, universalism and wisdom. Speaking about the importance of science, the Prophet said, “Seek knowledge even though it be in China,” “Seek knowledge from the cradle to the grave.”
Selahaddin Khalilov writes about the contribution of Islam to the development of philosophy and science: “Islam has never forbidden science since its inception, on the contrary, it has incited people to scientific activity. Therefore, science has grown rapidly, and initially Arab countries and then the entire Islamic world have taken the leading position in the world for the level of scientific development. Great religious figures have also made great scientific innovations and contributed to the development of some scientific fields.”
Human stands in the center of Islam as the most honorable, most respected and most valuable being. Commenting on this, Kenan Gursoy writes: “Islam is for the entire universe, for a cosmopolitan man, namely for all humanity. That is, if we design a project on Islam and talk about its future, we have to take all humanity as the basis and talk about humanity.”
Among the greatest philosophers of the Islamic world, there are the names of the greatest philosophers such as Abu Nasr Farabi, Ibn Sina, Ibn Rushd, Nasirruddin Tusi and others who were the followers of Aristotle.
Henry Corbin, the French philosopher and researcher comments on philosophical thinking in Islam in his book The History of Islamic Philosophy: “The meaning and continuation of philosophical thought in Islam can only be understood through the search of philosophy in Islam which has been called philosophy for the centuries in the West.”
Starting from the ancient times, the substitution of high civilizations one another, the confrontation of different languages, religions and lifestyles led to the formation of philosophical views and outlook in Azerbaijan. The 7th and 10th centuries must be especially emphasized in the development of philosophical idea in Azerbaijan. The major trends of philosophical thought have already begun to form and the subsequent development of philosophical thought has continued under the influence of Christian and Islamic cultures. The strengthening of Islam and active involvement of the country in Islamic cultural area in that period conditioned the development of Azerbaijani philosophical thought on the basis of the Islamic religion. Representatives of the philosophical movements tried to refer to the Quranic verses of their thoughts and philosophical views. This tendency influenced on many trends, including mutazilah, ismailism, sufism, and others forming their basis. The philosophical ideas of these trends have had a profound impact on the spiritual culture of the country as well as various spheres of social life. The relations between the creator (Allah) and being is shown as the main problem in these Islamic ideological trends.
The role of sufism and its creators in the history of Azerbaijani philosophical thought must be especially emphasized. The creators of Sufi Philosophy in Azerbaijan in the 11th and 12th centuries were Baba Kuhi Bakuvi (948-1050), Eynalquzat Miyanachi (1099-1131), Ahi Abul Faraj Zanjani and Shihabaddin Abuhafs Omar ibn Mohammad Suhrawardi (1145-1234). Eynalquzat Miyanachi’s theoretical foundations of Sufi philosophy are reflected in his Selected Truths, The Basics, The Joy of the Lovers and the Blessing of Compassion and other works. Suhrawardi is the author of the Philosophy of Illumination was used as a Sufi textbook in the East.
The philosophy of theology started to develop in the 7th and 8thcenturies. At that time, despite differences of opinion, the main task of theologians was to give a philosophical interpretation of Islam.
In the Renaissance period, philosophical thought was expressed in prose and poetry. Famous representatives of philosophical poetry, reflecting the philosophical and social problems of the period, were Mahsati Ganjavi, Afzaladdin Khagani, Nizami Ganjavi and many others. The peak of philosophical poetry was considered Nizami’s heritage and his Khamsa. Khamsa is a poetic reflection of the twelfth century philosophical thinking of Azerbaijan and the Islamic East. The paths that take humans to perfection were glorified in Nizami’s Khamsa which took its source from Ancient Azerbaijani and Oriental philosophy.
The role of women in Azerbaijani history of philosophical thought is undeniable and should be emphasized. Since poetry was more developed in Islamic East prose, women also expressed their thoughts in poems. Mahsati Ganjavi was known as one of the brightest figures of the 12th century Azerbaijani reneissance, the author of lyrical quatrains (ruba’is), engaged in music and one of the most famous chess players of the East. Mahsati Ganjavi is considered a follower of Omar Khayyam school as she preferred writing in quatrain genre. In the poems of Mahsati Ganjavi, mostly human love and sufi thoughts were reflected. Humanism, dignity, nobility and generosity formed the spirit of her lyrical ruba’is. The poet mentioned the women’s rightlessness with heartbreak in her poems.
One of the women who played an important role in Azerbaijan’s philosophical history is Heyran khanim. Heyran khanim is known as the author of love poems, ghazals, muhammass, ruba’is. Heyran khanum glorifies gentle human feelings and pure love in her poetry. In some poems, motives for complaining about female rightlessness are also reflected. The subject matter of her poetry has social and philosophical character. Heyran khanim is considered one of the followers of Fuzuli literary school.
Heyran khanim wrote nazeeras (similar poems) to the poems of great poets of the East such as Rudaki, Hasanoglu, Hafiz, Nasimi, Navai, Fuzuli, Govsi Tabrizi and other poets.
Islamic philosophy is very rich and diverse. Philosophers have always conducted researches to deepen the essence of Islam and convey the essential potential of Islam to all mankind, and these studies are continuing today.
Ислам охватывает значительный период в истории развития религиозно-философской идеи. Ислам пропагандирует духовные ценности и, чтобы ощутить и осознать глубину этих ценностей, осознать суть, нужно окунуться в этот мир.
Одной из величайших особенностей исламской религии является большой стимул для развития науки, прогресса и просвещения. Большое влияние на формирование исламской философской мысли оказал основатель исламской религии пророк Мухаммеда (с.а.с.). Изречения Пророка Мухаммеда (с.а.с.) богаты идеями доброты, гуманности и мудрыми мыс-
лями. Говоря о важности изучения науки, пророк Мухаммед сказал: «Ищи знания, даже если для этого придется отправиться в Китай!», «Приобретение знаний обязательно от колыбели до могилы». Говоря о вкладе Ислама в развитие философии и науки, Салахадин Халилов пишет: «Ислам с момента его создания не только не запрещал науку, но даже подталкивал людей к научной деятельности. Именно поэтому наука быстро развивалась, и сначала арабские страны, а затем и весь исламский мир стали лидерами в мире по уровню развития науки. В то же время великие религиозные деятели сделали великие научные открытия и развили ряд областей науки».
Центральное место в Исламе занимает человек, являющийся самым почетным, самым уважаемым, самым ценным существом в мире. В связи с этим Кенан Гюрсой пишет: «Ислам создан для всей вселенной, для космополитического человека, то есть для всего человечества. В таком случае, если мы разработаем проект на основе исламской религии, мы будем говорить о его будущем, нам придется взять человечество за основу всего сущего, сделать человечество основным предметом исследования».
Среди величайших философов, предоставленных исламским миром мировой философии можно отметить Абу Насра Фараби, Ибн Сину, Ибн Рушда, Насирреддина Туси и других последователей Аристотеля.
Французский философ, исследователь Анри Корбен в своей книге «История исламской философии» заявил следующее о философской мысли в Исламе: «Значение и продолжение философской мысли в Исламе может быть действительно воспринято только с условием того, что значение понятия, которое на Западе называли философией, будут искать в Исламе».
Начиная с древних времен, то, что великие цивилизации заменяли друг друга, распад разных языков, религий и образа жизни привело к формированию философских взглядов и мировоззрений Азербайджана. В развитии философской мысли Азербайджана особенно следует отметить VII-X века. Уже начали формироваться основные направления философской мысли, и последующее развитие философской мысли продолжалось под влиянием христианской и исламской культур. Усиление ислама и активное вовлечение страны в исламский культурный регион в этот период способствовали связи азербайджанской философской мысли с исламской религией. Представители философских течений пытались обосновать свои мысли и философские позиции аятами Корана. Эта тенденция была характерна для многих течений, в том числе для мутазилизма, исмаилизма, суфизма и др., и составила их основу. Философские идеи этих направлений оказали сильное влияние на духовную культуру страны, а также на различные сферы общественной жизни. В качестве основной проблемы
в этих исламских идеологических течениях показано отношение Творца (Аллаха) и творения.
Особо следует подчеркнуть роль создателей такого религиозного течения как суфизм и суфийской философии в истории азербайджанской философской мысли. Создателями суфийской философии в Азербайджане в XI-XII веках были известные в мировой культуре Баба Кухи Бакуви (948-1050), Эйнелгузат Миянечи (1099-1131), Ахи Абуль-Фарадж Занджани и Шихабаддин Абухафс Омар ибн Мухаммед Сухраварди (1145-1234) и их философское наследие. Эйнелгузат Миянечи отразил теоретические основы суфийской философии в таких своих работах как «Избранные истины», «Основы», «Радость влюбленных и нововведение воздыхателей» и др. Сухраварди является автором «Вкладов учтивости», принятого как суфийский учебник на Востоке.
В VII-VIII веках начала развиваться Философия богословия. Несмотря на разногласия, в тот период главной задачей богословов было дать философское толкование Ислама.
В эпоху Возрождения основное проявление философской мысли выражалось в прозе и стихах. В качестве примера можно привести известных представителей философской поэзии, отражающих философские и социальные проблемы того периода, Мехсети Гянджеви, Афзаладдин Хагани, Низами Гянджеви и другие. Пиком философской поэзии считается наследие Низами его «Хамса» («Пятикнижие»). Хамса является поэтической формой философского мышления Азербайджана и исламского Востока в XII веке. В «Хамсе» Низами, исходящей из древней азербайджанской, восточной философии, воспеты пути, ведущие личность и общество к совершенству.
Роль женщин в истории философской мысли Азербайджана является неоспоримой и также должна быть особо подчеркнута. Из-за того, что на исламском востоке поэзия была более развита, чем стихи, в то время женщины в основном выражали свои мысли в стихах. Одна из них Мехсети Гянджеви, являющаяся одной из самых ярких фигур азербайджанского Возрождения XII века, была автором рубаи с лирическим и философским смыслом, занималась музыкой, была известна как одна из самых известных женщин-шахматистов на Востоке. Так как Мехсети Гянджеви предпочитала жанр рубаи, она считается последователем школы Омара Хайяма. В стихах Мехсети Гянджеви, в основном отражалась человеческая любовь, суфийские мысли, суть ее рубаи составляли гуманизм, достоинство, благородство и щедрость. Поэтесса в своих стихах с горечью пишет о женском бесправии.
Хейран ханум является одной из женщин, сыгравших важную роль в истории философской мысли Азербайджана. Хейран ханум в основном является автором любовных стихов газелей, мухаммасов, рубаи. В поэзии Хейран ханум воспеты благородные человеческие чувства, чистая любовь. В некоторых стихах также отражены мотивы жалобы на женское бесправие. Ее поэзия имеет социально-философское содержание. Хейран ханум считается одной из последователей литературной школы Физули.
Хейран ханум также писала назира (подражательное стихотворение) великим гениям поэзии Востока Рудаки, Гасаноглу, Хафизу, Насими, Наваи, Физули, Говси Тебризи и другим поэтам.
Исламская философия очень богата и разнообразна. Во все времена философы проводили исследования для того, чтобы глубже объяснить сущность ислама и донести до всего человечества основной потенциал Ислама. Эти исследования продолжаются и сегодня.