Bildiriler

Azərbaycanda Ərəb İdarəsi və İskan Siyasəti (h.132-232/, m.750-847) Arabian administration and resettlement policy in Azerbaijan (132–232 Hijri date/ 750–847 Gregorian date) Арабское управление и политика переселения в Азербайджане (132-232 / 750-847)

t.f.d. Abbas Qurbanov Bakı İslam Universitetinin müəllimi Müəllif

Xülasə

Məhəmməd Peyğəmbərin vəfatından sonra hakimiyyətə gələn xəlifələr İslam dinini yaymaq məqsədi ilə başladılan fəth hərəkətlərini davam etdirmişlər. Bu fəaliyyətin bir hissəsi də Azərbaycan ilə əlaqədar olmuşdur. Hər bir dövlətin olduğu kimi, Ərəb xilafətinin də özünəməxsus idarə sistemi var idi ki, bu idarə sistemi bütün bölgələrdə aşağıdan-yuxarı eyni idi. Ərəb xilafətinin, xüsusən köç və iskan siyasətini araşdıraraq aşağıdakı qənaətə gəldik.
Araşdırmamızın nəticəsi olaraq və göstərdiyimiz tarixi qaynaqları da dəyərləndirərək, belə nəticəyə gəlmək olar ki, ərəblərin Azərbaycana gəlişini və onun nəticələrini iki mərhələyə bölmək mümkündür. Birinci mərhələ raşidi xilafəti zamanında olan hərəkətlərdir ki, bu zaman ordunun gəliş forması, buradakı hərəkətləri, xalqla olan münasibətləri, buraxdıqları təəssüratlar, dini həssaslıq və idarə metodlarıdır. Belə ki, bunun nəticəsində ilk dövrlərdə yerli əhali onları çox yaxşı qarşılamış, qısa bir zaman kəsiyində aralarında bərabər yaşamağa başlamış, hətta onların dillərini və dinlərini öyrənmişdilər. Yəni bir sözlə, bu ilk mərhələdə siyasi, mədəni və iqtisadi bir problem olmamışdır.
İkinci mərhələ adlandırdığımız Əməvilər və Abbasilər zamanı yerli əhalinin ərəb idarəsinə münasibəti və baxışı tamamilə dəyişilmişdir. Bunun da səbəbi gələn ordunun buradakı hərəkətləri, təyin olunan valilərin özbaşınalığı, xilafətin tətbiq etdiyi vergi, idarə, sosial və köç siyasəti idi. Həmçinin buraya gələn ərəblərin bir müddət sonra yerli əhalini həm dini, həm də insani baxımdan ikinci sinif insanı olaraq görmələri və ona görə dəyər-qiymət vermələri cəmiyyətdə etirazlara gətirib çıxarmışdır.
The caliphs, who came to power after the death of the Prophet Muhammad, continued their conquest activities to spread Islam. Some of these activities were associated with Azerbaijan. As in every state, the Arab Caliphate also had its own administrative system, which was almost the same in all regions. Exploring the Arab Caliphate, especially the resettlement and settlement policies, we came to the following conclusion:
As a result of our research, as well as the assessment of the mentioned historical facts, it can be concluded that the arrival of the Arabs in Azerbaijan and its results can be divided into two stages. The first stage covers the actions during the time of the Rashidun Caliphate, the arrival of the army, their actions in the region, their relations with people, the impression left by them, religious sensitivity and administration methods. The local population met them very well, started coexist with them in a short period of time and even learned their language and religion. In other words, there were no political, cultural and economic problems in the first stage.
However, during the Umayyad and Abbasid period, which we call the second stage, the attitude and views of the local population towards Arab administration completely changed. The reason was the actions of the army in this territory, the tyranny of the appointed governors, tax, administrative, social and immigration policies applied by the Caliphate. In addition, after a while, the Arabs who came here started to treat local peoples as second-class people, both from a religious, and a human point of view, and this led to protests in the community.
Халифы, пришедшие к власти после смерти пророка Мухаммеда, продолжали совершать захватнические действия, начатые для распространения ислама. Некоторые из этих действий были также связаны с Азербайджаном. Как и в каждом государстве, арабский халифат также имел свою собственную административную систему, которая была практически одинаковой во всех регионах. Исследуя арабский халифат, особенно переселенческую и поселенческую политики, мы пришли к следующему выводу:
В результате наших исследований, а также оценив указанные нами исторические источники, можно сделать вывод, что прибытие арабов в Азербайджан и его результаты можно разделить на два этапа. Первый этап – это действия во времена Праведного халифа, а именно форма прибытия армии, их действия здесь, их отношения к людям, оставленное ими впечатление, религиозная строгость и методы администрации. В результате этого местное население очень хорошо встретило их и за короткое время начало жить вместе и даже выучило их языки и религии. Другими словами, на этом первом этапе не было никаких политических, культурных и экономических проблем.
Однако в период Омейядов и Аббасидов, который мы называем вторым этапом, отношение и взгляды местного населения к арабской администрации полностью изменилось. Причиной этого стали действия армии на этой территории, произвол назначенных наместников, налоговая, административная, социальная и иммиграционная политика, применяемая Халифатом. Кроме того, через некоторое время пришедшие сюда арабы начали относиться к коренным народам, как с религиозной, так и с человеческой точки зрения, как к людям второго сорта, и это привело к протестам в обществе.