Материалы

Азербайджан во времена праведного халифа Али ибн Абу Талиба Raşidi xəlifəsi Əli ibn Əbu Talibin dövründə Azərbaycan Azerbaijan during the reign of the Rashidi caliph Ali ibn Abu Talib

д-р филос. по теол. Шахлар Шарифов ведущий научный сотрудник Института Истории им. А.Бакиханова НАНА Автор

Аннотация

Азербайджан, являющийся частью мусульманского мира, считается крупнейшей мусульманской республикой на Кавказе. Как и другие кавказские народы, азербайджанский народ исторически оставался верным своим национально-нравственным и религиозным ценностям, уважительно придерживаясь своих традиций. Распространение Ислама на Кавказе, в основном, начинается из Азербайджана и Азербайджан составляет большую часть истории. С этой точки зрения Азербайджан сыграл особую роль в развитии исламских ценностей и исламской цивилизации на Кавказе.
Во время правления халифа Али ибн Абу Талиба первые отношения с Азербайджаном начались с назначения его сюда наместником, потому, что во время конфликтов между мусульманами, как и в некоторых провинциях империи Сасанидов, в Азербайджане исламская власть была ослаблена и была на грани разрыва связи с центральным управлением.
Во времена халифа Али ибн Абу Талиба процесс переселения арабов в Азербайджан усилился. Он назначил халифа Али Ашаш ибн Гейси наместником в Азербайджане. Когда он приехал в Азербайджан, большинство населения приняло ислам и читало «Коран». Ашаш разместил арабов, получающих стипендию и являющихся судейскими чиновниками, в Ардебиле и построил здесь мечеть, которая впоследствии была расширена. После того, как арабы поселились в Азербайджане, их родственники из Куфы, Басры и Сирии стремились поселиться там же. Они приобретали как можно больше земель. Крестьяне, которые нашли у них убежище, стали зависимыми от арабов.
После убийства халифа Али ибн Абу Талиба в 661 году политический переворот в Халифате – приход на престол династии Амавидов заставил албанского правителя Джаваншира сменить свою политическую линию. Так как он потерял всю свою надежду на Византию, которая с трудом защищала себя от арабов, с целью предотвращения новых возможных походов на Азербайджан, он вел переговоры с первым амавидским халифом Муавией. В 667 и 670 годах он отправился в столицу Халифата Дамаск и встретился с ним. В результате, по просьбе Джаваншира, сумма налогов, поступающих из Албании в казну Халифата, была уменьшена до одной трети. Конечно же, на это влияли события, которые происходили в то время в Халифате и за его пределами, в том числе политические раздоры между Али ибн Абу Талибом и правителем Шама Муавией до прихода к власти Амавидов, а затем арабо-византийские войны, которые вел захвативший власть Муавия.
По мере продолжения вышеупомянутых процессов в истории Азербайджана начала играть роль совершенно новая сила. Недавно созданное исламское государство представляло эту власть. Перед этой новой и здоровой силой борьба между Византией и Сасанидами, которые ранее пытались добавить Азербайджан в сферу своего влияния, завершилась и они оставили поле боя мусульманам. В первые годы исламские армии не совершали сюда регулярных походов, но вскоре после этого мусульмане завоевали Восточный Кавказ и управляли этими землями через своих наместников.
Müsəlman dünyasının bir parçası olan Azərbaycan Qafqazda ən böyük müsəlman Respublikası sayılır. Digər Qafqaz xalqları kimi, Azərbaycan xalqı da tarixən milli-mənəvi və dini dəyərlərinə sadiq qalmış, öz adət-ənənələrinə ehtiramla yanaşmışdır. Qafqazda İslamın yayılması, əsasən, Azərbaycandan başlayır və Azərbaycan tarixinin böyük bir hissəsini təşkil edir. Bu baxımdan, Azərbaycan Qafqazda İslam dəyərlərinin, İslam sivilizasiyasının inkişaf etdirilməsində xüsusi rol oynamışdır.
Xəlifə Əli ibn Əbu Talibin xilafəti dövründə Azərbaycanla ilk münasibətlərin, buraya vali təyin etməklə başladığı müşahidə olunur. Müsəlmanlar arasında meydana gələn ixtilaflar əsnasında, Sasani İmperiyasının bəzi əyalətlərində olduğu kimi, Azərbaycanda da İslam hakimiyyəti zəifləyərək, mərkəzi idarədən qopma ərəfəsinə gəlmişdi.
Xəlifə Əli ibn Əbu Talibin dövründə ərəblərin Azərbaycana köçürülmələri prosesi gücləndi. Xəlifə Əli Əşəs ibn Qeysi Azərbaycana vali təyin etdi. O, Azərbaycana gələndə əhalinin çoxu İslamı qəbul etmişdi və “Quran” oxuyurdu. Əşəs təqaüd alan və divan əhli olan ərəbləri Ərdəbilə yerləşdirdi və sonralar genişləndirilən məscid inşa etdi. Ərəblər Azərbaycanda yerləşdikdən sonra, onların Kufə, Bəsrə və Suriyadan olan qohumları oraya can atdı. Onlar bacardıqları qədər torpağa sahib oldular. Qorunmaq üçün onlara sığınan kəndlilər ərəblərdən asılı vəziyyətə düşdülər.
661-ci ildə xəlifə Əli ibn Əbu Talibin şəhid edilməsindən sonra, xilafətdə baş verən siyasi çevriliş – Əməvilər sülaləsinin hakimiyyət başına gəlməsi Alban hökmdarı Cavanşiri siyasi xəttini dəyişməyə vadar edir. Ərəblərdən özünü zorla qoruyan Bizansdan əli üzüldüyü üçün o, Azərbaycana ola biləcək yeni yürüşlərin qarşısını almaq məqsədilə ilk Əməvi xəlifəsi Müaviyə ilə danışıqlar apararaq, 667 və 670-ci illərdə xilafətin paytaxtı Dəməşqə gedərək onunla görüşmüşdür. Nəticədə, Cavanşirin xahişi ilə Albaniyadan xilafət xəzinəsinə axan vergilərin miqdarı da əvvəlkinin üçdəbiri qədər azaldılmışdı. Buna əlbəttə, o dövrdə xilafətdə və onun hüdudlarından kənarda baş verən hadisələr, o cümlədən Əməvilər hakimiyyət başına gələnədək Əli ibn Əbu Talib ilə Şam hakimi Müaviyə arasında baş verən siyasi çəkişmələr, sonralar isə hakimiyyəti ələ alan Müaviyənin apardığı Ərəb – Bizans müharibələri də təsir edirdi.
Qeyd etdiyimiz proseslər davam etdikcə, Azərbaycan tarixində tamamilə yeni bir güc rol oynamağa başlamışdır. Yeni qurulan böyük İslam dövləti bugücü təmsil edirdi. Bu yeni və sağlam güc qarşısında əvvəllər Azərbaycanı öz nüfuzu sahəsinə qatmaq istəyən Bizans və Sasani mübarizəsi sona çataraq, meydanı müsəlmanlara tərk etmişdi. İlk dövrlərdə İslam ordularının buralara gəlişi müntəzəm olmayıb, yavaş görünsə də, qısa bir zaman sonra müsəlmanlar Şərqi Qafqazı fəth etmiş və valilər vasitəsilə bu torpaqları idarə etmişlər.
Azerbaijan, which is a part of the Muslim world, is considered to be the largest Muslim republic in the Caucasus. Like other peoples of the Caucasus, the Azerbaijani people have historically remained loyal to their national-moral and religious values and have always adhered to their traditions with deference. The spread of Islam in the Caucasus, originally, begins with Azerbaijan and is embodied in the history of Azerbaijan. From this point of view, Azerbaijan played a special role in the development of Islamic values and Islamic civilizationin the Caucasus.
Caliphate’s first assosication with Azerbaijan is assumed to start with the appointment of the governor for the region during the reign of Caliph Ali ibn Abi Talib. The reason for this was that the emergence of conflicts among Muslims weakened Islamic power in some provinces of the Sassanid Empire including Azerbaijan.
The process of transferring the Arabs to Azerbaijan during the reign of Caliph Ali ibn Abi Talib strengthened. Caliph Ali appointed al-Ashʿathibn Qays governor to Azerbaijan. When he came to Azerbaijan, most of the people accepted Islam and read the Quran. al-Ashʿath sent Arabs who belonged to diwan (high government circles) to Ardabil and built a mosque for them which was later enlarged. After the Arabs settled in Azerbaijan, their relatives from Kufa, Basra and Syria were also striving to move to the country. They possessed majority of the lands in the region. The peasants who expected protection from them fell under their supremacy.
After the killing of the Caliph Ali ibn Abi Talib in 661, the political turmoil in the Caliphate and the rise of the Amavi dynasty led Albanian ruler Javanshir to change his political line. Since he expected no help from Byzantines which was protecting itself from Arabs, he visited Damasqus, the capital of the Caliphate in 667 and 670 and met with the first Amavi caliph Mu’awiyah to prevent new invasions in Azerbaijan. As a result, at Javanshir’s request, the amount of taxes collected from Albania for the Caliphate treasury was reduced to one-third of the previous one. This was also affected by the events occurred in the Caliphate and beyond its borders, including the political controversy between Ali ibn Abi Talib and Mu’awiya, the ruler of Sham, and later Arabian-Byzantine wars carried out by Mu’awiya who took possession of authority.
As the processes continued, a completely new power emerged in the history of Azerbaijan. This power was represented by the newly established Islamic state. Facing this mighty force, the Byzantine and Sassanid empires, which previously tried to invade Azerbaijan, left the arena for Muslims. In the early years, the arrival of the Islamic armies was not regular, however, afterwards, Muslims conquered the East Caucasus and ruled the land through the governors.