Bildiriler

Ünsiyyət fəlsəfi problem kimi Communication as a philosophical problem Общение как философская проблема

f.f.d. Şölət Zeynalov AMEA Fəlsəfə İnstitutu Davamlı inkişafın fəlsəfəsi söbəsinin böyük elmi işçisi Müəllif

Xülasə

K. Marksın “bəşəriyyətin müəllimi” adlandırdığı Platon deyirdi ki, “dil – hər şeyin şahıdır”. Burada söhbət, sadəcə, səsli dildən deyil, cəmiyyətin tarix boyu hazırladığı sadədən-mürəkkəbə doğru inkişaf etdirdiyi nəhəng və sirli kommunikasiya sistemindən gedir. Bu münasibətlə bir şeyi də xatırlatmaq lazımdır; dil kommunikasiya hesabına yaranır. Ona görə də fəlsəfənin dialoqdan başlanması əbəs deyildir. Böyük yunan filosofu Platonun bütün əsərləri dialoq şəklində yazılmış, ilkin filosoflar fəlsəfi problemləri dialoq metodu ilə həll etməyə çalışmışlar. Bütün bunlar onu göstərir ki, dialoq metodu qədim tarixə malikdir. Bu, bir növ, dünya və insan rabitəsində hər şeyin ünsiyyət və dialoqla həll olunması ilə nəticələnən prosesdir.
Hərçənd, bu da fundamental reallıqlardan biridir ki, müasir insan, o cümlədən mədəniyyətlər, dinlər, sivilizasiyalar “başqaları” ilə ünsiyyətdə çox ciddi problemlərlə qarşılaşmışdır. O, tarixi prosesdə ünsiyyət hesabına yaranan insan məhz elə bil ki, münasibətlər sistemində yanlışlığa uğramaqla öz məzmunundan – ruhi başlanğıcından uzaq düşmüş və ünsiyyətdə faciəvi bir proseslə – “özgələşmə” problemi ilə iç-içə yaşamaqdadır.
Müasir ekzistensional fəlsəfədə filosoflar həyəcanla bildirirlər ki, ünsiyyətdən məhrumolma insanın fəlakəti ilə nəticələnir. Bu onu deməyə əsas verir ki, ünsiyyət insanın təbiətindən gəlir: insanın təbiətindən söhbət gedərkən onun dinə münasibətini də nəzərə almaq vacibdir; çünki dinin özü də insanın dünya ilə ünsiyyətini nizamlamaq vasitəsi kimi mədəniyyətin ən fundamental aktorlarından biri kimi çıxış edir. Bu baxımdan yanaşdıqda mübaliğəsiz qeyd etmək lazımdır ki, din bilavasitə fəlsəfi problemdir. Müşahidələr göstərir ki, müasir varlıq bir sıra aspektdə bu problemdən qaçmağa çalışsa da, onun problemləri azalmaq əvəzinə, daha da artmaqdadır. Hər halda dünyanın siyasi, etnik, milli və s. müasir mənzərəsinin təsviri qeyd olunan fikri təsdiq etməkdədir. Lakin ünsiyyət, din və varlıq məsələsi çox dərin məzmuna malik problem olduğundan, biz məqalədə ona yalnız fəlsəfə, bəzi məqamlarda isə dini-fəlsəfi aspektdə yanaşmaqla problemi Qərb təfəkkürü kontekstində mənalandırmağı nəzərtə tuturuq. Və hesab edirik, bu problem bizim nəzəri fikir üçün aktualdır. Söhbət ünsiyyət problemindən gedərkən, alman filosofu K. Yaspersin fikrirlərinin orijinallığı müasir nəzəri fikir üçün – “böhran epoxası” dövründə “texnikanınməngənəsində sıxılan və digər mədəniyyətlərə, dinlərə “təhlükə mənbəyi” kimi baxan insan üçün – daha aktual hesab oluna bilər.
Məqalənin sonunda müəllif nəzəri məsələlərin praktik həlli istiqamətində atılan addım kimi, tolerantlığın, multikulturalizmin Azərbaycan modelindən bəhs edir və bu nümunənin dünyada baş verən humanitar problemlərə cavab konsepsiyası olduğunu vurğulayır.
According to Plato, who was called “the teacher of mankind” by Karl Marx, language is the king of all. Here we are talking not only about the language of the sound, which is spoken, but about the giant and mysterious communication system going towards development, which throughout history had been transformed from a simple to a complex system. It should also be noted that language is the result of communication. Therefore, philosophy begins with dialogue, and this is inevitable. All the works of the great Greek philosopher Plato were written in the form of a dialogue, and aspiring philosophers sought to solve philosophical problems through the method of dialogue. All this showsthat the dialogue method has an ancient history: it is the link between the outside world and man, as a result of which dialogue and communication helps the communication process.
Although this is one of the fundamental realities, modern man, including culture, religion and civilization, is faced with a very serious problem in communicating with “others.”
He a man born in the historical process of communication, mistaken in the system of relations, alienates from his very content spiritual principle and lives in the tragic process of communication problem of “alienation”. In modern existential philosophy, philosophers are anxiously warning that depriving a person of communication leads to tragedy. This suggests that communication comes from the nature of man: when it comes to the nature of man, it is important to consider his attitude to religion; because religion itself acts as one of the most fundamental factors of culture, as a means of regulating human communication with the world. From this point of view, it should be noted without exaggeration that religion is a philosophical problem. Observations show that, trying to avoid the problems of the modern entity in a number of its aspects, they do not decrease, but, on the contrary, increase. In any case, the political, ethnic, national, etc. world confirms the idea of a modern view on this issue. But since the problem of “communication”, “religion” and «existence» is a very deep problem, in the article we can only present this problem in the context of the Western mentality, focusing exclusively on philosophy, and also consider it in the religious-philosophical aspect. And we believe that this problem is relevant for our theoretical idea. When considering the problem of communication, the originality of the ideas of the German philosopher K.Jaspersis considered more relevant for modern theoretical thought: in the “era of crisis” a person “is compressed in technology and considers other cultures and religions as a source of danger.”
At the end of the article, the author talks about the Azerbaijani model of tolerance, multiculturalism as a step towards the practical solution of theoretical issues and emphasizes that this example is the concept of the response of humanitarian problems in the world.
Как говорил Карл Маркс словами Платона, которого он называл «учителем человечества»: «Язык является царем всего». Здесь речь идет не только о звуковом языке, на котором говорят, а об гигантской и таинственной системе коммуникации, которая на протяжении всей истории развивается от простого к сложному. Следует также отметить, что язык возникает в результате коммуникации. Поэтому философия начинается с диалога, и это неизбежно. Все работы великого греческого философа Платона были написаны в форме диалога, а начинающие философы стремились решать философские проблемы посредством метода диалога. Все это показывает, что метод диалога имеет древнюю историю: это связь между внешним миром и человеком, в результате которого все решается в процессе диалога и общения.
Хотя это одна из фундаментальных реальностей, современный человек, в том числе культуры, религии и цивилизации, столкнулись с очень серьезной проблемой в общении с «другими». Он человек, рожденный в историческом процессе общения, ошибясь в системе отношений, отдалился от своего содержания духовного начала и живет в трагическом процессе общения проблеме «отчуждения».
В современной экзистенциональной философии философы с волнением предупреждают, что лишение человека общения приводит к трагедии. Это говорит о том, что общение происходит от природы человека: когда речь идет о природе человека, важно учитывать его отношение к религии; потому что религия, сама по себе, действует как один из самых
фундаментальных факторов культуры, как средство регулирования общения человека с миром. С этой точки зрения необходимо без преувеличения отметить, что религия это философская проблема. Наблюдения показывают, что, пытаясь избежать проблемы современной сущности в ряде ее аспектов, они не уменьшаются, а, наоборот, увеличиваются. В любом случае, описание политической, этнической, национальной и пр. обстановки мира подтверждает идею современного взгляда на данный вопрос. Но поскольку проблема «общения», «религии» и «существования» является очень глубокой, в статье мы можем только представить эту проблему в контексте западного менталитета, сосредоточившись исключительно на философии, а также рассмотреть ее в религиозно-философском аспекте. И мы считаем, что эта проблема актуальна для нашей теоретической идеи. При рассмотрении проблемы общения оригинальность идей немецкого философа К. Ясперса считается более актуальной для современной теоретической мысли: в «эпоху кризиса» человек «сжат в технике и рассматривает другие культуры и религии как «источник опасности».
В конце статьи автор говорит об азербайджанской модели толерантности, мультикультурализма как шаг к практическому решению теоретических вопросов и подчеркивает, что этот пример является концепцией реагирования на гуманитарные проблемы в мире.