Bildiriler

Naxçıvanın görkəmli İslam alimləri Prominent Islamic scholars of Nakhchivan Видные исламские ученые Нахчывана

f.f.d., dos. Səbuhi İbrahimov AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondu Əlyazmaların kataloqlaşdırılması şöbəsinin müdiri Müəllif

Xülasə

Məqalədə Naxçıvanın görkəmli İslam alimlərinin həyatı və elmi yaradıcılığı ilə bağlı araşdırmalar aparılmış, onların dəyərli əsərləri təhlil edilərək yığcam məlumatlar verilmişdir. Həmçinin aparılmış axtarışlar xalqımızın milli-mənəvi dəyərlərinin tarixi köklərindən ətraflı məlumat verməklə nüfuzlu şəxslərin Azərbaycan xalqının milli ideologiyasında yaratdığı mühüm və əvəzedilməz bir sahəni ətraflı tərənnüm etmişdir.
Naxçıvanın görkəmli İslam alimləri, nəinki bölgə üçün, həmçinin bütün Şərq aləmi üçün əvəzedilməz simalara çevrilmişlər. Doğma Vətənimiz olan Azərbaycan milli mənsubiyyətindən asılı olmayaraq, hər bir xalqın, millətin nümayəndəsi üçün əziz və doğmadır. Xalqımız öz milli mədəniyyəti ilə digərlərinə örnək ola biləcək bir çox keyfiyyətə malikdir. O cümlədən islami dəyərləri, mənəvi amilləri, dini-əxlaqi dəyərləri olduğu kimi, həm də digər müsbətkeyfiyyətli prinsiplərə malik olan ən qədim xalqdır.
Qeyd etmək lazımdır ki, Naxçıvanın görkəmli İslam alimləri Azərbaycanda təşəkkül tapmış intibah dünya mədəniyyəti tarixinin ən parlaq görkəmli nümayəndələrinə çevrilməklə yanaşı, həm də xalqımızın çox böyük mənəvi uğurlarının nəticəsi kimi özlərinə yer almışlar.
Azərbaycanın ictimai-siyasi, ədəbi-fəlsəfi fikir tarixində naxçıvanlı ziyalıların, elm-sənət adamlarının xüsusi yeri var. Naxçıvan mənəvi-mədəni irsinin zənginləşməsində görkəmli İslam alimlərinin böyük xidmətləri danılmazdır. Mənəvi cəhətdən insanları maarifləndirən görkəmli elm-sənət adamları Naxçıvanın müqəddəs islami dəyərlərə sahib olduqlarından xəbər verir.
“Ayətüllah Şeyx Məhəmmədəli ibn Hacı Xudadad Naxçıvani hicri-qəməri tarixi ilə XIV (XIX-XX; 1848-1914) əsrin fəzilətli fəqihlərindən biri olmuşdur. «Əhsanül-vədiyyə» əsərinin müəllifi onun haqqında qeydlərdə göstərir ki, Ayətullah Şeyx Məhəmmədəli ibn Hacı Xudadad Naxçıvani arif, fəqih, fazil, hədis nəql edən və başqa-başqa elmlərə malik olan nüfuzlu şəxslərdən biri olmuşdur.
“Naxçıvanın tanınmış alimlərindən, dövrünün fiqh elminə sahib olan müctəhidi, zəka sahibi, fəzilətli insanı, böyük təfəkkürə malik, güclüyaddaşlı, hafizəli, lətifürəkli, səliqəli və gözəl əxlaq sahibi Ayətullah-ül-üzma Şeyx Əbül-Qasim Ordubadi kimi dəyərli ziyalısı olmuşdur”.
Dünyaya çoxlu sayda nüfuzlu ziyalı bəxş edən Ordubad torpağının yetirmələrindən biri də görkəmli əllamə Ayətullah Hacı Mirzə Məhəmmədəli Ğərəvi Ordubadidir. O, hicri-qəməri tarixi ilə 1312-ci il (1891) rəcəb ayının 11-də Ordubad şəhərində dünyaya göz açmışdır.
Şərq aləminin nüfuzlu Naxçıvan alimlərinin həyat və yaradıcılığı olduqca zəngin və maraqlı bir sahəni əhatə edir. Tədqiqat zamanı aydın olmuşdur ki, dövrünün nüfuzlu şəxslərindən biri də müctəhid Ayətullah Hacı Şeyx Məhəmmədşərif Ordubadi-Nəcəfidir. Məhəmmədşərif Ordubadi Naxçıvanın görkəmli elm nümayəndəsi, dövrünün sayılıb-seçilən şəxsiyyəti, müctəhidi, məharətli yaradıcılıq qabiliyyətinə malik alimi olmuşdur.
Naxçıvanın görkəmli elm-sənət adamları sırasında özünə layiqli yer tutan insanlarından biri də Şeyx Məhəmməd Qasim Ordubadi idi. O da müctəhid Ayətullah Hacı Şeyx Məhəmmədşərif Ordubadi kimi böyük rütbəyə çatmış və bütün ömrünü yaradıcılıq aləminə həsr etmişdir. Təəssüflər ki, onun haqqında daha geniş məlumat əldə etmək mümkün olmadı.
Digər görkəmli şəxslərdən biri isə Ayətullah Hacı Şeyx Möhsün Naxçıvani idi. “Mərhun Naxçıvaninin oğlu Ayətullah Hacı Şeyx Möhsün Naxçıvani də Nəcəfi-Əşrəfdə və Müqəddəs Məşhəddə məşhur alimlərdən biri hesab edilirdi”.
Naxçıvanın digər İslam alimi öz zəmanəsinin məşhur alimi, ədəbiyyatşünası və xətibi olmuş Mövla Məhəmməd Naxçıvanidir. İstedad və bacarığı ilə gözəl nitq söyləməklə insanların mənəvi aləminə təsiri olmuş naxçıvanlı alim Mövla Məhəmməd Naxçıvani 1852-ci ildə Naxçıvan şəhərində dünyaya gəlmişdir.
Naxçıvan torpağı Ayətullah Hacı Seyyid Əli Naxçıvaninin simasında digər bir yetirməsini də elm aləminə təqdim etmişdir. O, zəmanəsinin yüksəkmərtəbəli alimlərindən və fəqihlərindən olmuşdur.
“İslam aləminə çoxlu alim təqdim edən Naxçıvanda dini şəxsiyyətlərdən biri də Seyyid Mürtəza Naxçıvani-Nəcəfidir”. Naxçıvani, nəinki dini elmləri, hətta bütün elm sahələrinin vurğunu olmuşdur. Elmi göstəricisi, bacarığı, səmimiyyəti, nüfuzu, əxlaqi və mənəvi təmizliyi ilə seçilən Şərq alimləri sırasında özünəməxsus yeri olan Naxçıvani 1914-cü ildə Naxçıvan şəhərində dünyaya gəlmişdir.
Dünya elmi və mədəniyyətinin beşiyi hesab edilən Naxçıvan öz zəngin yaradıcı şəxsləri ilə ictimai mühitin ayrılmaz bir parçasıdır. Naxçıvanilər sülaləsinə mənsub olan görkəmli filosof Ayətullah Hacı İmamqulu Naxçıvani tarixin şərəf lövhəsində əbədiyaşar layiqli vətəndaşa çevrilmişdir. Zəmanəsinin tanınmış alimi, filosofu, arif və məruflarından olan Naxçıvani Şərq aləmində öz füsunkar bacarığı ilə şöhrət tapmışdır. Kəramət sahibi olmaqla o, ilk təhsilinibaşa vurduqdan sonra, daxilindən baş qaldıran müqəddəs mənəviyyat hissi onu nüfuzlu alimlər sırasına çəkib aparmışdır.
Ayətullah Şeyx Əbdüssəməd Naxçıvani zəmanəsinin dəyərli alimi, filosofu və yaradıcı şəxslərindən biri olmuşdur. O, dünyanın ilk şəhərsalma mədəniyyətinin mərkəzi hesab edilən Naxçıvan torpağında dünyaya göz açmışdır.
Naxçıvanın görkəmli İslam alimlərindən biri də tanınmış elm xadimi Ayətullah Seyyid Mustafa Naxçıvanidir. O, Şərqin qabaqcıl mütəfəkkirlərindən biri olmuş, öz elmi ixtiraları ilə bərabər, dəyərli tələbələr yetişdirmişdir.
1859-cu ildə könüloxşayan qədim Naxçıvan şəhərində dünyaya göz açan S.M.Naxçıvani uşaqlıq illərindən elmə və sənətə yiyələnmək arzusunda olmuşdur. Bu maraq onu Nəcəfül-Əşrəf şəhərində yerləşən elm mərkəzinə getməyə vadar etmişdir. Burada əxlaqlı, əsl insani sifətlərə yiyələnən alim yüksək dərəcəyə çatmışdır.
Mövla Hacı Hüseynağa Naxçıvaninin də həyatı, başqalarının həyatı kimi maraqlı olmuş, elm aləmi üçün şərəfli və mənalı keçmişdir. Naxçıvan torpağında dünyaya göz açan H.H.Naxçıvani ilk təhsilini doğma vətənində başa vuraraq İraqa getmiş, Şərqin elm mərkəzi olan müqəddəs Nəcəfül-Əşrəf şəhərində davam etdirərək yüksək istedad sahibi olmuşdur.
Naxçıvanın digər görkəmli İslam alimi müctəhid Mirzə Hacı Mehdi Nehrəmi Naxçıvanidir. XIX əsrin axırı – XX əsrin əvvəlləri Naxçıvan elm mədəniyyətinin inkişaf edən bir dövründə yaradıcılıq aləminə yeni töhfələr vermiş Hacı Mehdi Naxçıvani XIX əsrin axırlarında Nehrəm kəndində dünyaya göz açmışdır. Elmə olan marağı onu Nəcəfül-Əşrəf elm ocağına çəkmiş və orada yüksək səviyyədə təhsil alaraq vətənə qayıtmışdır. Əldə etdiyi uğurlar onun elm ocağında tanınmış alimlərdən aldığı dərs olmuşdur. Naxçıvanın mənəvi-mədəni, ictimai-siyasi mühiti üçün zəruri hesab edilən o dövrün alim və ziyalıları kimi, Hacı Mehdi Naxçıvani də öz bilik və bacarığını nümayiş etdirmişdir.
Güman etmək olar ki, Naxçıvanın mədəniyyət və ədəbiyyat, o cümlədən dinşünaslıq tarixini canlandırıb yaşadan görkəmli İslam alimləri bu gün ulu əcdadlarımızın bizə miras qoyduğu milli-mənəvi dəyərlərimizi qorumaq, yaşatmaq və gələcək nəsillərə çatdırmaq üçün bilik məbədimizdir. Naxçıvanı ziyarət edən hər bir qonağın qədim el yurdunu, onun tanınmış elm adamlarının sənət əsərlərini sevməsi və doğma Naxçıvanımızı razılıq hissi ilə tərk etməsi bir daha Vətənimizin, millətimizin ölkə hüdudlarından kənarda da tanınması və sevilməsi deməkdir.
The article examines the life and scientific creativity of prominent Islamic scholars of Nakhchivan, analyzes their valuable works and provides compact information. The conducted researches give detailed information about the historical roots of national and moral values of our people and detail the important and indispensable area created by influential people in the national ideology of the Azerbaijani people.
Notable Islamic scholars of Nakhchivan have become indispensable not only for the region, but also for the entire East. Our national homeland is dear and native to every nation, regardless of national affiliation. Because our people have many qualities their national culture that can be an example for others. We are the oldest people with Islamic values, moral factors, religious and moral values as well as other positive quality principles.
It should be noted that the distinguished Islamic scholars of Nakhchivan became the most prominent representatives of the history of the world culture in Azerbaijan, as well as the result of the great moral achievements of our people. Nakhchivan intellectuals, scientists and artists have a special place in the history of Azerbaijani public and political, literary and philosophical thought. The great services of prominent Islamic scholars in the enrichment of the spiritual and cultural heritage of Nakhchivan are undeniable. Outstanding scientists and educators who educate people in spiritual terms state that Nakhchivan possesses sacred Islamic values.
“Ayatullah Sheikh Mohamedali Bin Haji Hudadad Nakhchivan was one of the virtuous scholars of the 19th -20th (1848-1914) centuries. The author of the book Ahsan al-waliyya indicates that Ayatullah Sheikh Mohammadali bin Haji Hudadad was one of the influential figures of Nakhchivan who possessed arif, fiqh, virtue, ahadith and other sciences. “The well-known scholars of Nakhchivan, who possessed the jurisprudence of the period, the intelligent person, the virtuous man, had valuable intelligence, such as Ayatollah-ulUzma Sheikh Abu’l-Qasim Ordubadi, who possessed great thinking, strong, memorable, sensitive, delicate, neat and beautiful moral.”
One of the achievements of the Ordubad land, which has given a large number of influential intellectuals to the world, is also known as Allamah
Ayatollah Haji Mirza Mahammadali Gharavi Ordubadi. He was born in Ordubad, on the 11th of February, 1891 (1312 hijri date)
The life and creativity of the influential Nakhchivan scholars of the Oriental world cover a very rich and interesting area. It was understood during the study that one of the influential people of the period is Ayatollah Haji Sheikh Mohammad-Sharif Ordubadi Najafi. Mohammed Sharif Ordubadi was a prominent scientist of Nakhchivan, a well-known personality, talented scientist.
Sheikh Mohammed Qasim Ordubadi had gained a worthy place among outstanding scientists and artists of Nakhchivan. He also reached the great rank of Mujahid Ayatollah Haci Sheikh Mohammedsarif Ordubadi and devoted his whole life to the creative world. Unfortunately, it was not possible to find out more about him.
Another prominent figure was Ayatullah Haji Sheikh Mohsen Nakhchivani. “The son of Marhun Nakhchivani Ayatollah Haji Sheikh Mohsen Nakhchivani was one of the well-known scholars in Najafi-Ashraf and Holy Mashhad.”
Another Islamic scholar of Nakhchivan is Mawla Mohammad Nakhchivani, a well-known scientist, literary critic and writer of his time. Nakhchivan scientist Mavla Mohammad Nakhchivani, who was influenced by the moral world of talent, was born in 1852 in Nakhchivan.
The Nakhchivan land was presented by scientist Ayatollah Haji Seyyid Ali Nakhchivani as well. He was one of the high-ranking scholars and jurists of his time.
“One of the religious figures in Nakhchivan is Seyyid Murtaza Nakhchivani Najafi, who has presented many scholars to the Islamic world.” Nakhchivan was not only religious sciences, but also all the branches of science. Nakhchivan, who has a special place among the Oriental scholars chosen by his scientific capacity, abilities, sincerity, reputation, moral and spiritual cleanness, was born in Nakhchivan in 1914.
Nakhchivan, considered as the cradle of world science and culture, is an integral part of the social environment with its rich creative people. The prominent philosopher Ayatollah Haji Imamqulu Nakhchivani, a member of the Nakhchivan family, had become a worthy citizen of the history. Nakhchivan, a renowned scientist, philosopher, arif and martyr, has gained a reputation in the East with his exceptional ability. Having a noble character, he felt the sense of sacred spirituality that made him one of the influential scholars after completing his first education.
Ayatullah Sheikh Abdus-Samad was one of the valuable scholars, philosopher and creative person of his time. He had come to the world Nakhchivan, the center of the world’s first urban development culture.
One of the prominent Islamic scholars of Nakhchivan is Ayatollah Seyyed Mustafa Nakhchivani, a well-known scientist. He had been one of the foremost thinkers in the East and had educated worthwhile students along with his scientific inventions. In 1859, Nakhchivani, who was born into the world in ancient Nakhchivan, dreamed of acquiring knowledge and art from childhood. This interest led him to go to the science center in Najafi-Ashraf. Here, the scientist, who possesses moral values, has reached a high level.
The life of Mevlana Haji Huseynaga Nakhchivani, who was interested in the lives of others, has become a glorious and meaningful science for the world of science. H.H.Nakhchivani, who opened the world in Nakhchivan, completed his first education in his native land and went on to Iraq and continued his education in the holy city of Najafi-Ashraf in the East.
Another prominent Islamic scholar of Nakhchivan was Haji Mehdi Nakhchivani. Haji Mehdi Nakhchivani, who had contributed to the development of scholarly creativity in the late 19th and early 20th centuries in Nakhchivan’s scientific culture, was born in Nehram village in the late 19th century. His interest in science led him to the Najafi-Ashraf Science Center and returned to his homeland with a high-level education. Knowledge that he received from the well-known scholars was his greatest achievement. Haji Mehdi Nakhchivani, as well as academics and intellectuals of that period, considered necessary for the moral, cultural and social-political environment of Nakhchivan, also demonstrated his knowledge and skills.
It is possible to assume that the well-known Islamic scholars of Nakhchivan, who revived the history and culture of Nakhchivan, as well as the history of religion, are our knowledge temple to protect, preserve and convey our nationalmoral values to our future generations inherited by our great ancestors. The fact that every visitor to Nakhchivan loves the ancient state of our country, its wellknown scientists, and leaves our native Nakhchivan with consent, is once again the recognition and love of our homeland, our nation beyond our borders.
В статье исследована жизнь и научное творчество выдающихся исламских ученых Нахчывана, проанализированы их ценные труды и предоставлена компактная информация. Проведенные поиски дали подробную информацию об исторических корнях национально-нравственных ценностей народа, подробно раскрыли важную и незаменимую область, созданную влиятельными людьми в национальной идеологии азербайджанского народа.
Известные исламские ученые Нахчывана стали незаменимыми не только для региона, но и для всего Востока. Наша родина Азербайджан является родной для представителя каждой нации, народа независимо от национальной принадлежности. Потому что наш народ имеет много качеств, которые могут быть примером национальной культуре других. Мы – древнейший народ с исламскими ценностями, моральными факторами, религиозно-моральными ценностями, а также с другими положительными качествами и принципами.
Следует отметить, что выдающиеся исламские ученые Нахчывана стали самыми яркими представителями истории мировой культуры возрождения в Азербайджане, а также заняли место как результат великих нравственных достижений народа.
Нахчыванская интеллигенция, ученые и творческие люди занимают особое место в истории азербайджанской общественно-политической, литературно-философской мысли. Огромная заслуга выдающихся исламских ученых в обогащении духовного и культурного наследия Нахчывана бесспорна. Выдающиеся ученые и творческие люди, которые обучают людей в духовном плане, подтверждают, что обладают священными исламскими ценностями Нахчывана.
Аятулла Шейх Мохамедали бин Хаджи Худадад Нахчывани был одним из превосходных ученых XIV (XIX-XX; 1848-1914) века по лунному календарю хиджри. Автор книги «Ахсануль-вадийя» указывает, что аятулла шейх Мохаммадали бин Хаджи Худадад был одной из мудрых, добродетельных, влиятельных фигур Нахчывана, владеющей и другими науками.
«Среди известных ученых Нахчывана был такой ценный интеллигент как Аятолла-уль-узма Шейх Абул-Касим Ордубади, являвшийся высшим духовным лицом, добродетельным человеком, обладавший ценным умом, сильной памятью, большим сердцем и нравственностью».
Одним из выходцев из Ордубада, подарившего миру большое количество влиятельных интеллегентов, стал видный мудрец Аятолла Хаджи Мирза Махаммадали Гарави Ордубади. Он родился в городе Ордубаде 11 раджаба 1312 года (1891) по лунному календарю хиджри.
Жизнь и творчество влиятельных нахчыванских ученых восточного мира охватывает очень богатую и интересную область. В ходе исследования выяснилось, что одним из самых влиятельных людей того периода являлся муджатихид Аятолла Хаджи Шейх Мохаммад-Шариф Ордубади-Наджафи. Мухаммед-Шариф Ордубади был выдающимся ученым Нахчывана, видной личностью и талантливым духовным лицом.
Шейх Мухаммед Касим Ордубади занял достойное место среди выдающихся ученых и творческих людей Нахчывана. Как муджатихид Аятолла Хаджи Шейх Мохаммад-Шариф Ордубади-Наджафи, он также достиг высокого звания и посвятил всю свою жизнь творчеству. К сожалению, не удалось получить о нем больше информации.
Другой видной фигурой был Аятолла Хаджи Шейх Мохсун Нахчывани. «Сын Мархуна Нахчывани Аятолла Хаджи Шейха Мохсен Нахчывани также был одним из известных ученых в Наджафи-Ашрафе и священном Мешхеде».
Еще одним исламским ученым Нахчывана был Мовла Мохаммад Нахчывани известный ученый, литературовед и писатель своего времени. Нахчыванский ученый Мовла Мохаммед Нахчывани, который повлиял на моральный мир людей своим талантом и умением, прекрасной речью, родился в 1852 году в городе Нахчыване.
Нахчыванская земля подарила ученому миру еще одного воспитанника в лице Аятоллы Гаджи Сейид Али Нахчывани. Он был одним из высокопоставленных ученых своего времени.
«Одним из религиозных деятелей Нахчывана, который представил исламскому миру многих ученых, являлся Сейид Муртаза Нахчывани-Наджафи». Нахчывани интересовался не только религиозными науками, но и всеми отраслями науки. Нахчывани, занимающий особое место среди восточных ученых, отличавшихся своими научными способностями, умениями, искренностью, репутацией, моральной и духовной чистотой, родился в городе Нахчыване в 1914 году.
Своими творческими людьми Нахчыван, считающийся колыбелью мировой науки и культуры, является неотъемлемой частью социальной среды. Выдающийся философ из рода Нахчывани Аятолла Хаджи Имамкулу Нахчывани стал достойным гражданином на доске почета истории. Известный ученый, философ и мудрец своего времени Нахчывани зара-
ботал репутацию на Востоке благодаря своим исключительным способностям. Обладая благородным характером, после завершения начального образования он почувствовал чувство священной духовности, которое сделало его одним из влиятельных ученых.
Аятулла Шейх Абдуc-Cамад Нахчывани был одним из ценных ученых, философов и творческих деятелей своей эпохи. Он родился на земле Нахчывана, считающегося центром первой в мире культуры градостроительства.
Один из выдающихся исламских ученых Нахчывана был известный ученый Аятолла Сейид Мустафа Нахчывани. Он был одним из передовых мыслителей Востока и наряду с научными изобретениями воспитал достойных учеников. С. М. Нахчывани, родившийся в 1859 году в древнем и прекрасном Нахчыване, с детства мечтал овладеть наукой и искусством. Этот интерес побудил его отправиться в научный центр в городе Наджафи-Ашраф. Здесь ученый приобщился к подлинным моральными ценностями и достиг высокого уровня.
Жизнь Мовлы Хаджи Гусейнаги Нахчывани была такой же интересной как жизнь остальных и прошла славно и значимо для мира науки. Х. Г. Нахчывани, родившийся в Нахчыване, завершил первое образование на родине, уехал в Ирак, продолжил свое образование в священном городе Наджафи-Ашраф, считавшемся научным центром Востока, и отличился высоким талантом.
Другим выдающимся исламским ученым Нахчывана был муджатхид Мирза Гаджи Мехди Нехрами Нахчывани. Гаджи Мехди Нахчывани, который внес свой вклад в творческий мир в конце XIX – начале ХХ веков, когда развивалась научная культура Нахчывана, родился в конце XIX века в селе Нехрам. Его интерес к науке привел его в научный центр Наджафи-Ашраф, откуда он вернулся на родину, получив высокий уровень образования. Своими успехами он был обязан занятиям с известными учеными в научном центре. Как ученые и интеллектуалы того периода, необходимые для моральной, культурной и социально-политической обстановки Нахчывана, Гаджи Мехди Нахчывани также продемонстрировал свои знания и навыки.
Можно предположить, что известные исламские ученые Нахчывана, возрождившие культуру и литературу, в том числе историю религиоведения Нахчывана, являются храмом знаний для сохранения и передачи будущим поколениям национальных и духовных ценностей, которые унаследованы от великих предков. Тот факт, что каждого посетителя Нахчывана интересуют древняя земля, произведения искусства её известных ученых, и каждый гость уезжает отсюда довольным это еще раз признание и любовь к нашей родине и народу за пределами страны.