Bildiriler

Azərbaycanin işğal olunmuş ərazilərində erməni vandalizminə məruz qalmış ilk Orta əsr maddi-mədəniyyət abidələri The first medieval material-cultural monuments exposed to Armenian vandalism in the occupied territories of Azerbaijan Первые средневековые материальные культурные памятники, подвергшиеся армянскому вандализму на оккупированных территориях Азербайджана

t.f.d., dos. Cavid Bağırzadə Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrası Müəllif

Xülasə

Qarabağın mühüm hissəsi – Yuxarı Qarabağ ərazisi erməni qəsbkarlarının işğalı altında olduğundan, buradakı abidələrimizin vəziyyəti haqqında danışmaq çox çətindir. O da sirr deyil ki, işğal altında olan Qarabağ ərazisindəki abidələrimiz ermənilər tərəfindən ya dağıdılır, ya da saxtalaşdırılaraq, “erməni abidələri” kimi təqdim olunur. Acınacaqlı hal ondan ibarətdir ki, işğal altında torpaqlarımızdakı ilk Orta əsrlər dövrünə aid yaşayış yerlərində, o cümlədən, şəhər yerlərində “erməni arxeoloqları” qanunsuz qazıntı işləri aparır, maddi mədəniyyətimizi qəsb edərək öz adlarına çıxır, tarixi saxtalaşdırır, əldə etdikləri arxeoloji materialları erməni maddi mədəniyyət nümunələri kimi təqdim edirlər. Erməni arxeoloqları qanunsuz qazıntı işləri zamanı aşkar etdikləri yaşayış yerlərini, həmçinin şəhər yerlərini “qədim erməni şəhərləri, yaşayış yerləri” kimi qələmə verir, yaxud hansısa “erməni hökmdarı” tərəfindən salındığını iddia edirlər. Bütün bunlar Qarabağ bölgəsinin ilk Orta əsr şəhərlərinin tarixi-arxeoloji baxımdan kompleks olaraq öyrənilməsi zərurətini ortaya qoyur, elmi baxımdan aktuallığını şərtləndirir, eyni zamanda, tədqiqatın elmi nəticələrinin siyasi əhəmiyyətinin də olmasını müəyyən edir.
Yazılı mənbələrin verdiyi məlumatlara görə, həmçinin aparılmış tarixi-arxeoloji tədqiqatlara əsasən, Qarabağ ərazisində ilk Orta əsrlər dövründə çoxlu sayda şəhər və şəhərtipli yaşayış yerlərinin mövcud olması ilə yanaşı, bu bölgədə ilk orta əsrlər dövründə bir çox mühüm tarixi-siyasi hadisələr baş vermişdir.
Erməni vandalizminə məruz qalmış Qarabağ abidələri arasında dini abidələr daha üstünlük təşkil edir. Azərbaycan xalqının islamaqədərki dini abidələri, yəni Alban xristian abidələri ya dağıdılır, ya da onların üzərində “əməliyyat” aparılaraq, erməni dini abidələri kimi qələmə verilir. İslam dini abidələri, qəbiristanlıqlar, türbələr, məscidlər isə vəhşicəsinə dağıdılaraq yer üzündən silinir.
Qarabağ bölgəsində ilk Orta əsrlər dövrünə aid zəngin dini abidələr mövcuddur. Bu abidələr, əsasən, Alban xristian abidələridir. Albaniyada xristianlığın ilk təşəkkül tapdığı, möhkəmləndiyi bölgələrdən biri də Qarabağ ərazisi olmuşdur. Qarabağ bölgəsində ilk Orta əsrlər dövründə mövcud olmuş şəhərlər, eyni zamanda, dini mərkəz rolunu oynamışdır. Bu dövrdə Bərdə şəhəri
Alban katolikosluğunun mərkəzi idisə, bölgədəki şəhərlərdən Aluen, Amaras, Tsri (Sri), Kaqankat (Kalankatuk), Bərdəkür (Berdakur, Berdakan) yeparxiya və ya dini təhsil mərkəzləri, mədəni mərkəzlər olmuşlar.
Məlumdur ki, Bərdə şəhərindən sonra Alban katolikosluğunun mərkəzi əvvəllər katolikosluğun yay iqamətgahı olmuş Bərdəkür şəhərinə köçürülmüşdür.
Tədqiqatlardan və mənbə məlumatlarından aydın olur ki, Qarabağ bölgəsindəki tarixi şəhərlər, əsasən, Tərtərçay, Xaçınçay və Qarqarçay hövzələrində yerləşmişdir. Təbii ki, bu da təbii-coğrafi amillərlə bağlı olmuşdur. Bunlardan başqa, Qarabağın digər ərazilərində də şəhərlər mövcud olmuşdur. Qarabağ bölgəsində, xüsusilə hazırda Rusiyanın dəstəyi ilə erməni qəsbkarlarının işğalı altında olan Yuxarı Qarabağda arxeoloqlarımız tərəfindən vaxtilə aparılmış arxeoloji tədqiqatlar nəticəsində çoxlu sayda ilk Orta əsrlər dövrünə aid müxtəlif tipli yaşayış yerləri aşkar edilmişdir. Qarabağ bölgəsində ilk Orta əsrlər dövrünə aid şəhər yerləri, o cümlədən şəhərgahlar Bərdə, Ağdərə, Ağdam, Xocavənd, Ağcabədi, Füzuli, Kəlbəcər rayonları ərazisində aşkar edilmiş, burada arxeoloji tədqiqatlar aparılmışdır. Tarixi-arxeoloji tədqiqatlar nəticəsində yazılı mənbələrdə adları çəkilmiş ilk Orta əsrlər dövrünə aid bir çox yaşayış yeri Qarabağ ərazisində lokallaşdırılmışdır.
“Böyük Ermənistan” xülyası ilə yaşayan bədnam “qonşularımız” (tarixi taleyimizin üzüdönüklüyündən torpaqlarımıza köçürüldükdən sonra “qonşularımız” oldular – C.B.) Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızı zəbt edib, ərazi iddialarını “əsaslandırmaq” məqsədilə maddi və qeyri-maddi mədəni irsimiz təcavüzkar tərəfindən xüsusi qəddarlıq və həyasızlıqla talan və məhv edilir. Ermənistanın (həmçinin Rusiyanın – C.B.) işğal etdiyi ərazilərdə 13 dünya əhəmiyyətli, 292 milli, həmçinin 330 yerli əhəmiyyətli abidə dağıdılıb və ya istifadəyə yararsız hala salınıb. 804 qəbiristanlıq və 10 məscid talan və təhqir edilib, 40 min eksponatın saxlanıldığı 22-si tarix, 5-i xatirə muzey (bütövlükdə muzeylərdə 77 mindən artıq zəngin eksponat olmuşdur) və dörd rəsm qalereyası vəhşicəsinə yerlə-yeksan olunub. Dağıdılmış və yandırılmış 927 kitabxanada 4,6 milyon nüsxə kitab və qiymətli əlyazmalar məhv edilib [1, s.5; 2, s.330; 3, s.41-42]. Nəzərə alsaq ki, qeyd olunan faktlar heç də Qarabağ abidələrinin, Qarabağın maddi mədəniyyətinin hamısını əhatə etmir.
1988-ci ildən başlayan məlum Dağlıq Qarabağ hadisələri və Birinci Qarabağ savaşı ilə əlaqədar olaraq, bu bölgədə arxeoloji tədqiqatlar aparmaq mümkün olmamışdır. Buna görə də tədqiqata cəlb edilməmiş, qeydə alınmamış abidələrin sayı haqqında da qəti fikir söyləmək çətindir. Birinci Qarabağ müharibəsi dövründə hərbi əməliyyatlar nəticəsində dağıdılaraq xarabazarlı-
ğa çevrilmiş müasir yaşayış yerləri ilə bərabər, Qarabağ ərazisindəki abidələrin də məhv olunması faktını nəzərdən qaçırmaq olmaz. Erməni vandalizminə və saxtakarlığına məruz qalan Qarabağ abidələrinin mühüm hissəsini, əsasən, ilk Orta əsr abidələri təşkil edir.
XIX əsrin ortalarına kimi Qafqazda, o cümlədən Azərbaycanın tarixi torpaqlarında, onun Qarabağ bölgəsində yaşamamış, bu torpaqlara məkrli siyasətin nəticəsi olaraq köçürülmüş erməni qəsbkarları tərəfindən dağıdılan, maddi mədəniyyəti qəsb edilən abidələr içərisində Qarabağın ilk orta əsr şəhər yerləri, dini abidələr üstünlük təşkil edir.
Since the greater part of the territory has been occupied by the Armenian invaders, mentioning the monuments in Daghlig Garabagh region remains as a troublsome issue. It is not a secret that the majority of the monuments in the occupied territory are destroyed and some are presented by the Armenian invaders as the “Armenian monuments”. The disappointing fact is that “Armenian archeologists” carry out illegal excavations in the settlements of the occupied lands belonging to the early medieval period, extort our material culture and falsify historical facts. Armenian archaeologists introduce the places which they unearthed during their illegal excavations as “ancient Armenian towns and settlements”, or claim that they were settled by some “Armenian ruler”. All these facts evince the necessity for a complex study of the historical and archaeological aspects of the early medieval cities of Daghlig Garabagh region, condition its relevance from the scholarly aspect and determine the political significance of the research outcomes.
Apart from the existence of many cities in the territory, written sources and archeological researches reveal that a large number of important historical and political events occurred in the region in the Middle Ages. Religious monuments are predominant among the destroyed monuments. Pre-Islamic religious monuments belonging to Azerbaijani culture, namely Alban Christian churches, are either destroyed or distorted and introduced as the Armenian religious monuments. Islamic religious monuments, cemeteries, tombs and mosques are destroyed and eradicated. There are rich religious monuments dating back to the early medieval period in Garabagh. These monuments belong to Alban Christian culture. Garabagh was one of the regions where Christianity was first spread and strengthened. The cities that existed in the early medieval period in Garabagh played the role of religious centers. While Barda was the center of the Alban Catholicism in the region, Aluen, Amaras, Tsri (Sri), Kaqankat (Kalankatuk), Bardaqur (Berdakur, Berdakan) were considered religious, educational and cultural centers. The center of the Alban Catholicism was moved to the city of Bardaqir, which was the former summer residence of the Catholicism after the city of Barda.
Researches and sources reveal that historical cities in Garabagh region were mostly located in the basins of Tartarchay, Khachinchay and Gargarchay. It is certainly connected with natural and geographical factors. Apart from this, the other parts of Garabagh also included cities. Most settlements belonging to the early medieval period have been discovered by Azerbaijani archeological researches in Garabagh region, especially in Upper Garabagh, occupied by Armenian invaders with the support of Russia. The settlements of the early mediaeval period were discovered mainly in the areas of Barda, Agdere, Agdam, Khojavand, Agjabadi, Fuzuli and Kalbajar. Many settlements dating back to the first medieval period which are mentioned in the historical sources thanks to the archaeological excavations and researches have been localized in Garabagh.
Our dishonorable neighbors (“They became “our neighbors” after they were moved to our lands intentionally.” J.B.) who live with great Armenian Dream, occupied our lands as a result of Daghlig Garabagh conflict between Azerbaijan and Armenia, destroyed our tangible and intangible cultural heritage with special cruelty in order to ground their area claims. A total of 13 worldwide, 292 national and 330 local monuments have been destroyed or made useless in the lands occupied by Armenia (or Russia, J.B.). 804 graveyards and 10 mosques were destroyed and insulted, 22 historical with 40000 exhibits and 5 memorial museums (total number of exhibits for all museums is 77000), and 4 painting galleries were brutally destroyed. 4.6 million copies of books and valuable manuscripts were destroyed in 927 destroyed and burned libraries [1, p.5; 2, p.330; 3, p.41-42]. It should be taken into account that these facts do not cover all Garabagh monuments and material culture. It is impossible to carry out archaeological investigations in this area due to the Daghlig Garabagh events and the first Garabagh war since 1988. Therefore, it is difficult to say a definite idea about the number of unregistered monuments that are not involved in the research. The destruction of monuments in Garabagh along with modern settlements, which had been destroyed by military operations during the first Garabagh War should also be taken into account. Most of the Garabagh monuments exposed to Armenian vandalism and belong primarily to the early medieval period.
By the middle of the 19th century, the first medieval urban areas of Garabagh and religious monuments are predominant among the historical monuments of the Caucasus, including the Azerbaijani lands destroyed by Armenians who never inhabited there and moved to these regions as a result of a purposeful policy.
В связи с тем, что основная часть территории Карабаха, Нагорный Карабах, оккупирована армянскими захватчиками, о состоянии наших памятников здесь говорить очень сложно. Также не секрет, что наши памятники, находящиеся на оккупированной карабахской территории либо разрушены, либо сфальсифицированы армянами и представлены как «армянские памятники». Досадным является и тот факт, что «армянские археологи» проводят незаконные раскопки в поселениях сельского и городского типа раннего средневековья на наших оккупированных землях, узурпируя нашу материальную культуру, фальсифицируя историю, и представляют добытые археологические материалы, как образцы материальной культуры армян. Армянские археологи представляют поселения, а также останки городов, обнаруженных ими при незаконных раскопках как «древние армянские города и поселения», или, утверждают, что они были основаны неким «армянским правителем». Все это выявляет необходимость комплексного изучения раннесредневековых городов Карабахского региона с историко-археологической точуи зрения, обуславливает его ак-
туальность с научной точки зрения и в то же время определяет политическую значимость научных результатов исследований.
Согласно письменным источникам, а также проведённым историко-археологическим исследованиям, наряду с тем, что на Карабахкой территории в средние века существовало много городов и поселений городского типа, в средние века в этом регионе произошли многие важные исторические и политические события. Среди карабахских памятников, подверженных армянскому вандализму преобладают религиозные памятники. Доисламские религиозные памятники азербайджанского народа, а именно албанские христианские памятники, либо разрушаются, либо после проведения «операции» над ними представляются как армянские религиозные памятники. А исламские религиозные памятники, кладбища, гробницы, мечети зверски уничтожаются и стираются с лица земли. В Карабахском регионе существуют богатые религиозные памятники раннего средневековья. Эти памятники в основном албанские христианские памятники. Одним из регионов, где христианство впервые сформировалось и укрепилось в Албании, была территория Карабаха. Города, существовавшие в раннесредневековый период в Карабахском регионе, также играли роль религиозного центра. В то время как Барда была центром албанского каталикосства в регионе, Алуен, Амарас, Цри (Сри), Каканкат (Каланкатук), Бардакур (Бердакур, Бердакан) были епархиями или центрами религиозного образования, культурными центрами в регионе. Известно, что после города Барда центр албанского каталикосства был перенесен в город Бардакур, бывшую летнюю резиденцию каталикосства.
Исследования и исходные данные показывают, что исторические города в Карабахе в основном были расположены в бассейнах Тертерачая, Хачинчая и Гаргарчая. Конечно, это было связано с природно-географическими факторами. Кроме того, на других территориях Карабаха также существовали города. Во время археологических исследований проводимых ранее нашими археологами в Карабахском регионе, особенно на территории Верхнего Карабаха, оккупированного армянскими захватчиками при поддержке России, было обнаружено множество различных поселений периода раннего средневековья. Городские поселения, относящиеся к раннему средневековью, а также города были обнаружены в Карабахском регионе на территориях Бардинского, Агдеринского, Агдамского, Ходжавендского, Агджабединского, Физулинского, Калбаджарского районов, здесь были проведены археологические исследования. В результате историкоархеологических исследований выявлено, что многие поселения
раннего средневековья, упомянутые в письменных источниках, были локализованы в Карабахе.
Наши пресловутые «соседи» (из-за измены нашей исторической судьбы стали нашими «соседями» после переселения на наши земли), живущие с мечтой о «Великой Армении», оккупировав наши земли в результате Армяно-Азербайджанского Нагорно-Карабахского конфликта, с целью «обоснования» своих территориальных требований, с особой жестокостью и наглостью грабят и уничтожают наше материальное и нематериальное культурное наследие. На территориях оккупированных Арменией (а также Россией) были разрушены или стали бесполезными 13 памятников мировой значимости, 292 памятника национального значения, в том числе 330 памятников местного значения. 804 кладбища и 10 мечетей были разграблены и оскорблены, 22 исторических, 5 мемориальных музеев, содержащих 40 тысяч экспонатов (в целом в музеях было свыше 77 тысяч экспонатов) и 4 картинные галереи были жестоко разрушены. В 927 уничтоженных и сожженных библиотеках было уничтожено 4,6 миллиона экземпляров книг и ценных рукописей (1, с.5; 2, с.330; 3, с.41-42). Следует учесть, что эти факты не охватывают все Карабахские памятники, всю материальную культуру и памятники Карабаха. К сожалению в этом районе невозможно проводить археологические исследования в связи с событиями в Нагорном Карабахе и Первой карабахской войной с 1988 года. Поэтому сложно однозначно сказать о количестве непривлечённых к исследованию, незарегистрированных памятников. Стоит также отметить, что во время Первой карабахской войны в результате военных действий в Карабахе наряду с современными поселениями, уничтожались и памятники. Важную часть Карабахских памятников, подвергшихся армянскому вандализму и фальсификации составляют памятники раннего средневековья.
К середине ХIХ века на Кавказе, в том числе на исторических Азербайджанских землях, среди материальной культуры уничтоженной армянскими оккупантами, проживающими в Карабахском регионе, которые были переселены сюда в результате коварной политики, доминируют раннесредневековые поселения и религиозные памятники.