Bildiriler

Nadir şahın din siyasətinə Osmanlı Dövlətinin münasibəti The attitude of the Ottoman state to the religious policy of Nadir shah Afshar Отношение Османской империи к религиозной политике Надир шаха

t.f.d., dosent İlhami Əliyev AMEA Naxçıvan Bölməsi Qədim və Orta əsrlər tarixi şöbəsinin müdiri Müəllif

Xülasə

1736-cı ilin yanvar-mart aylarında Nadir şahın Muğanda keçirdiyi tacqoyma mərasimi bir neçə yeniliyin yazılması ilə tarixə həkk olunmuşdur. Bunlardan Səfəvilər dövlətinə son qoyulması, Əfşarlar sülaləsinin hakimiyyətə gətirilməsi, Nadirin dini siyasətdə dəyişiklik etmək istəyi və digər baş verənlər yeni siyasi mənzərənin yaranmasına rəvac vermişdir.
Sonununcu qeyd etdiyimiz məsələ də Nadirin taxta çıxması ilə eyni vaxtda gündəmə gətirilmişdi. Belə ki, zahirdə özünün şah seçilməsini istəməyən Nadir xan, əslində, bir neçə şərtini ətrafındakılara qəbul etdirdikdən sonra, tacqoymanı həyata keçirmişdir. Onun qəbul etdirdiyi hakimiyyətinin irsən keçməsi, Səfəvi xanədanından heç kimə etibar edilməməsi və məzhəbçiliyin aradan qaldırılması şərtlərinin ikisinin yerinə yetirilməsi öz-özlüyündə labüd idi. Yəni monarxiya dövlətində onsuz da hakimiyyət irsi keçirdi, devrilmiş Səfəvi xanədanına mənsub heç kəs, şübhəsiz ki, Əfşarların hakimiyyəti zamanı üstün tutula bilməzdi. Amma üçüncü şərt – sünni və şiə məzhəbləri arasındakı münasibətlərdə dəyişiklik etmək məsələsi tamamilə yeni bir ideyanın gerçəkləşdirilməsi idi. Bu həm də çətin həll olunası bir məsələ idi. Daxildə qəbul etdirilsə də, bunu qonşu Osmanlı Dövləti ilə həll etmək ilk baxışdan mümkün sayılmayacaq bir iş idi. Yəni qurultayda Nadirin ətrafına toplaşmış bəzi yüksəkvəzifəli hakimiyyət dairələri digər iki şərt kimi, bu məzhəb məsələsini də qəbul etdilər. Təkcə mollabaşı Mirzə Əbülhəsən buna etiraz edərək bildirmişdi ki, məzhəb məsələlərində şübhəli görünən iddialar qəbul edilə bilməz və onlar möminlərin etirazı ilə qarşılaşa bilərlər. Lakin onu tezliklə ölümə aparan bu fikirlər heç nəyi dəyişdirə bilməmişdi.
Qeyd etmək lazımdır ki, məzhəbçiliyin aradan qaldırılması məsələsi ilə bağlı Nadir şahın əsas məqsədi o zaman Türk dünyasının aparıcı dövlətlərindən olan Osmanlı imperiyası ilə məzhəbçilik müharibələrinə son qoymaq, türk xalqları arasında milli və dindaxili birlik yaratmaq olmuşdur.
Mövzu ilə bağlı aparılan araşdırmalarda Osmanlı və Əfşarlar dövlətinin tarixi bağlı mənbələrə istinad edilmiş, Qərb müəlliflərinin məsələ ilə bağlı fikirləri təhlil edilmişdir. Uzaqgörənliklə atılmış bu addımın gələcək üçün nəzərdə tutulduğu öz təsdiqini tapmışdır.
Simpozium üçün maraqlı olacaq bu mövzuda çıxış daha ətraflı məsələləri əhatə edəcək.
Nadir Shah Afshar’s coronation ceremony in Mughan district entered history with several historic changes in January-March 1736. These include the abolition of the Safavids state, bringing the Afshar dynasty to power, Nadir’s desire to change religious policy and other events that gave rise to the emergence of a new political scene.
The latter was brought to the agenda simultaneously with Nadir’s coronation. Nadir Khan, who formally did not want to be elected as a king, actually carried out the crowning ritual after accepting several conditions. The conditions included inheritance of the position by right of birth, distancing Safavid members from the state and elimination of sectarian divide. The fulfillment of two of the conditions was inevitable. That is, the inheritance of the throne by birth was a rule in the monarchy unconditionally, and nobody belonging to the overthrown Safavid dynasty could have been superior during Afshar’s rule. However, the third condition, which was the change of relations between the sects of Sunni and Shiites, was a completely new idea. This was also a difficult problem for solution. Although it was accepted internally, it was not possible to settle this with the neighbouring Ottoman Empire at first sight. That is, the high-level government circles convened around Nadir on the national assembly had accepted this sect problem as the other two conditions. Only Molla bashi (chief cleric) Mirza Abulhasan objected to this and stated that claims that were suspected for sectarian matters could not be accepted and they could face the challenge of believers. However, these ideas that led him to death soon could not change anything.
It should be noted that Nadir Shah Afshar’s main purpose on the issue of elimination of sectarianism was to end the sectarian wars with the Ottoman Empire, one of the leading states of the Turkish world, and to create national and religious unity among Turkish peoples.
Researches held on the topic have referred to the sources related to the history of the Ottoman and Afshar state, the views of Western authors on the issue were analyzed as well. It is confirmed that this perspicacious step had been intended for the future.
Коронация Надир-шаха в Мугане в январе-марте 1736 года вошла в историю несколькими нововведениями. Падение Сефевидcкого государства, приход к власти династии Афшаров, желание Надира изменить религиозную политику и так далее породило новую политическую сцену.
Последний упомянутый пункт произошел одновременно с вступлением Надира на престол. Надир-хан, который внешне не хотел быть избранным шахом, в действительности выполнил коронацию, вынудив свое окружение принять несколько условий. Выполнение двух из его условий о наследовании власти, недоверии к династии Сефевидов и ликвидация сектантства было неизбежно. То есть при монархии власть и без того наследовали, и никто, принадлежащий к сверженной династии Сефевидов, не мог возвыситься при Афшарах. Но третьим условием было изменение отношений между суннитскими и шиитскими направлениями, что было совершенно новой идеей. Это было также сложное решение. Хотя оно было принято внутренне, на первый взгляд, было невозможно урегулировать его с соседней Османской империей. То есть собравшиеся на курултае вокруг Надира правительственные круги высокого уровня приняли это решение как два других условия. Только глава мулл Мирза Абулгасан возразил и заявил, что подозрительные для религиозных дел утверждения не могут быть приняты, и они могут столкнуться с недовольством верующих. Однако эти заявления, которые вскоре привели его к смерти, не могли ничего изменить.
Следует отметить, что основной целью Надир-шаха в вопросе ликвидации сектантства было прекращение сектантских войн с Османской империей одним из ведущих государств тюркского мира, и создание национального и религиозного единства среди тюркских народов.
Исследования по этой теме относятся к источникам, связанным с историей османского и афшарского государства; были проанализированы взгляды Западных авторов по этому вопросу. Этот дальновидный шаг подтвердился в будущем.