Bildiriler

Şimali Azərbaycanda Çar Rusiyasının din siyasətinin sosial-psixoloji aspektləri Socio-psychological aspects of the religious policy of Tsarist Russia in North Azerbaijan Социально-психологические аспекты религиозной политики царской России в северном Азербайджане

p.f.d, dos. Ceyhun Alıyev Azərbaycan Dillər Universitetinin Psixologiya kafedrası Müəllif

Xülasə

Çar Rusiyasının Azərbaycan xanlıqlarını işğal etdikdən sonra, Şimali Azərbaycan torpaqlarında apardığı din siyasəti müstəmləkəçilik siyasətinin tərkib hissəsi olmuş və Rus imperiyasının mənafeyinə xidmət etmişdir.
Ölkə əhalisi işğala qədər şəriət qanunları ilə idarə oluduğu üçün əhali arasında dindar və ruhanilərin nüfuzu, eləcə də həmsərhəd İslam ölkələri olan Qacarlar dövləti və Osmanlı İmperiyasının təsir gücü çox böyük idi. Ona görə də ölkədə aparılan sosial siyasət bir tərəfdən, dindar və ruhanilərin, ikinci tərəfdən, Osmanlı Türkiyəsinin və Qacarlar dövlətinin təsir gücünün zəiflədilməsinə xidmət edirdi.
Çarizmin Şimali Azərbaycanda din siyasətində əsas məqsəd müsəlmanları mümkün olduğu qədər öz dinindən uzaqlaşdırmaq, ya da onun dini identikliyinin zəiflətmək idi. Dini identiklik identikliyin bir forması olub, fərdin koqnitiv və emosional cəhətdən dini mənsubiyyətini dərk etməsi, eləcə də düşüncə, hiss və davranış səviyyəsində ona əməl etməsidir. Çar Rusiyasının sosial siyasəti, əsasən, identikliyin heç də koqnitiv deyil, affektiv-motivasiya sahəsinin qarşısının alınması ilə bağlı olmuşdur. Müsəlman əhalisi arasında dini identikliyin zəiflədilməsi istiqamətində atılan ilk addımlar ölkənin demoqrafik tərkibi və təhsil sahəsində olmuşdur.
Rus imperiyası Cənubi Qafqazda, o cümlədən, Şimali Azərbaycan torpaqlarında öz mövqeyini möhkəmlətmək üçün xristianlığı yaymaq və müstəmləkə siyasətinə xidmət edəcək forpostların yaradılması məqsədilə İran və Türkiyədən ermənilərin, Rusiyadan rusların, Almaniyadan isə almanların köçünü təşkil etdi.
Qafqazda, o cümlədən, Azərbaycanda maarif və təhsil səviyyəsinin dövrün müasir tələblərinə cavab verməməsi, mütəxəssis hazırlığı işinin lazımi səviyyədə olmaması Çar Rusiyasına özünün işğalçı marağı və siyasətinə uyğun sosial siyasət yürütməsinə əlverişli şərait yaratmışdı. Buna uyğun çarizm, ilk növbədə, təhsil siyasəti vasitəsilə əhalinin dini görüşlərinə, əxlaqına və məişətinə təsir göstərməklə, onun dini identikliyinin zəiflədir, ya da onun formalaşmasının qarşısını alırdı.
Çar Rusiyasının açdığı məktəblərdə dini mənsubiyyət nəzərə alınmırdı. Bu, dini identikliyi güclü olan müsəlman ailələrində qəbul olunmadığı üçün onlar öz uşaqlarını rus, erməni, gürcü və digər qeyri-müsəlman uşaqlarla birlikdə oxumalarına razı olmurdular. Belə bir sosial-psixoloji vəziyyətdə ruslaşdırmavə dinsizləşdirmə siyasəti daha rahat gerçəkləşirdi. Xüsusilə cəmiyyətin referent təbəqəsinin məmur olmaq, daha yaxşı yaşamaq istəyi, savadlı şəxslərin irəli çəkilməsi müsəlmanların dini identikliyinin zəiflədilməsinə xidmət edirdi. Belə olduğu halda, referent qrupda təmsil olunan müsəlman ailələri də mövcud şəraitlə razılıaşmaq məcburiyyəti qarşısında qalırdılar. Referent qrup üzvlərinin müvafiq hərəkəti, davranışı əhalinin digər qrupları üçün bu işin mümkün hala gəlməsinə rahat şərait yaradırdı.
Əhali arasında savadsızlığın ləğv edilməsi adı altında məscid məktəblərinə alternativ olan hökumət məktəblərinin açılması, əslində, müstəmləkə siyasətinin mədəni formada davamı idi. Çar hökuməti fəaliyyət göstərən məscid məktəblərinə maliyyə yardımı ayırmamaqla həmin məktəblərin bağlanmasına xidmət edirdi, əvəzində isə müstəmləkə siyasətinə uyğun gələn məktəblər çoxaldılırdı.
Çar Rusiyası məscid məktəblərində rus dili tədris olunmadığı üçün həmin məktəbləri təhsil müəssisəsi hesab etmirdi. Ona görə də Çar məmurları bu məktəblərə dövlət xəzinəsindən heç bir vəsait ayırmırdılar. Bununla da məscid məktəbləri dövlət xəzinəsindən faydalanmadığı üçün öz işini çətinliklə qurur, bəzi hallarda dövlət məktəblərinə çevrilirdilər. Bununla da çarizmin yürütdüyü təhsil siyasəti nəticəsində müsəlmanların məscid məktəblərinə olan marağın azalması əvəzinə, dövlət məktəblərinə olan marağın artmasına səbəb olurdu. Digər tərəfdən, dövlət məktəbini bitirənlərin cəmiyyətdə xüsusi imtiyaz sahibi olmaları, dövlət məmuru kimi vəzifələrdə çalışmaları və digər işlər bu tipli məktəblərə marağın artmasına səbəb olmuşdu. Həmçinin dövlət məktəblərində təhsilhaqqının çox olması, təhsilin rus dilində aparılması, dini və cinsi mənsubiyyətin nəzərə alınmaması, uşaqların bir yerdə təhsil alması dini identikliyi daha yüksək olan müsəlman ailələrinin öz uşaqlarını bu tipli məktəblərdə oxuda bilməsinin qarşısını alırdı.
Beləliklə, məscid məktəblərinə olan laqeyd münasibət, orada təhsil alanların, əsasən, əhalinin aşağı təbəqəsindən olması cəmiyyət arasında həmin məktəblərin sosial nüfuzunun aşağı düşməsi ilə nəticələndi. Belə bir münasibət nəticəsində, əhalinin yuxarı təbəqəsinin nümayəndələri məscid məktəblərindən rus dilinin tədris olunduğu dövlət məktəblərinə üz tutdular. Bu da əhalinin dini identikliyinin emosional tərəfinin zəifləməsinə səbəb oldu. Əvəzində beynəlmiləlçilik, dinsizləşdirmə, milli-etnik və dini identikliyin zəiflədilməsi prosesi baş verdi.
Ruhanilərin və yuxarı təbəqələrin cəmiyyət içərisində referent qrupa məxsus olduğunu bilən rus çarizmi həmin təbəqədən olan insanları öz tərəfinə çəkməyə çalışır, vəzifəyə təyin etməklə onları ələ alır və bu yolla öz adət-ənənələrindən yayındırmağa nail olurdular. Dövlət məktəblərində oxumaqla özününhəyati tələbatlarının ödənildiyini görən insanların məişəti dəyişirdi və artıq məişət səviyyəsində rusdan, ermənidən fərqlənmirdi. Çar hökumətinin yürütdüyü təhsil və sosial siyasəti əhalinin heç də bütün hissəsini deyil, əsasən, yuxarı təbəqəsini əhatə edirdi. Aşağı təbəqənin məscid və mədrəsələrdə təhsil almasına toxunmurdular. Əsas məqsəd yuxarı təbəqəni öz tərəfinə çəkmək idi.
Çarizmin din siyasəti Cənubi Qafqaz üzrə Dini İşlər İdarəsinin Əsasnaməsində belə ifadə olunur:
– ruhani təbəqəsi arasında “cəm olma ruhu”nun möhkəmlənməsinin qarşısı alınsın;
– müsəlman ruhanilərinin fəaliyyət və nüfuz dairəsi məhdudlaşdırılsın;
– ən nüfuzlu ruhanilərin maddi maraqlarını hakimiyyətə xidmətlə
əlaqələndirmək yolu ilə hökumətdən bilavasitə asılı vəziyyətə salınasın. Maarifpərvər ziyalı H.Zərdabinin qız məktəbi açmaq üçün etdiyi müraciətə rus sinodu Pobedonosovun verdiyi cavab rus çarizminin Azərbaycanda İslam dininə olan münasibətini, o cümlədən müsəlman qadınlarının təhsil alması ilə bağlı həyata keçirdiyi sosial siyasətin psixoloji aspektlərini açıq şəkildə ifadə edir. Pobedonosovun cavabı belə olur: ”İslam yeddibaşlı div kimi bir heykəldir. Bu heykəlin bir başı kəsilərsə, əvəzində yüzü bitər. Bunların kişilərinin savadlanmasından qorxuruq. Qadınları savadlansa, onların öhdəsindən gəlmək olmaz”.
After the invasion of Azerbaijani khanates, Tsarist Russia conducted religious policy which was an integral part of its colonial policy and worked in favor of the Russian Empire.
As the country’s population was governed by Sharia rules until the occupation, the influence of the clergy, the Qajar states and the Ottoman Empire as neighboring Muslim countries were predominant among the population. Therefore, the social policy carried out in the country served to weaken the influence of the clergy on the one hand and the influence of the Ottoman Empire and the Qajar states on the other.
Religious policy of Tsarist Russia was directed at distancing Muslims from their belief as much as possible and weakening their religious identities. Religious identity is a form of identity which is realized by individuals from cognitive and emotional aspect and is reflected in their thoughts, feelings, and behaviors. The social policy of the Russian Empire concerned prevention of affective motivational part of identity rather than cognitive part. The first step towards weakening religious identity of Muslim population was taken in the fields of demographic composition and education.
The Russian Empire organized the migration of Armenians from Iran and Turkey, Russians from Russia and Germans from Germany aiming to build pillars by promoting Christianity in the South Caucasus, including Northern Azerbaijan.
Since the education and enlightenment in Azerbaijan did not meet the necessary requirements at that period and preparation of specialists was not in a proper level, there was a favorable condition for Tsarist Russia to pursue a social policy that coincided with its occupational interests. Accordingly, the Empire strived to weaken the religious identity of the population and prevent its formation through educational policy.
Religious affiliation was ignored in the schools of the Empire. As religious affiliation was stronger in Muslim families, they did not accept the idea of educating their children together with Russian, Armenian, Georgian and other non-Muslim children. In such a socio-psychological situation, the policy of Russianization and distancing from religion became more comfortable. Promoting literate people of referent group was directed at weakening the religiousidentification of Muslims. Thus, the Muslim families represented in the referent group had to compromise. The adequate behavior of the referent group members created favorable conditions for its possibility.
Opening government schools as an alternative to mosque schools under the name of the abolition of illiteracy among the population, was a continuation of the colonial policy in a polished way. Ceasing financial aid to the mosque schools, Tsarist government accelerated their collapse and increased the number of alternative schools.
The Empire did not regard mosque schools as an educational institution since they did not teach the Russian language. Therefore, the government did not allocate funds to these schools from the state treasury. Since mosque schools did not benefit from the state treasury, they had challenges to organize their work and, in some cases, they ended up turning to public schools. Thus, the educational policy of Tsarist Russia reduced the interest in Muslim mosque schools and increased interest in public schools. The privileges of public-school graduates and their position as government officials also increased the interest in public schools. On the other hand, higher tuition fee costs in public schools, Russian language based education, disregard for religious identity and mixed-sex education prevented Muslim families from sending their children to these schools.
Thus, disregard for mosque schools and the fact that the students in mosque schools came mainly from low-income families decreased the importance of mosque schools in society. Consequently, representatives of the upper class chose public schools where Russian was taught. As a result of this policy, the emotional side of the religious identity of the population began to weaken, the process of cultural assimilation and distancing from religion started.
Knowing that the clergy and upper-class people belonged to the referent group in the community, Tsarist Russia attracted these people by promoting them to better positions and this distanced them from their traditions. Seeing their needs are fulfilled after entering public schools, the people felt their life changed and they did not differ from Armenians and Russians. However, the education and social policy pursued by Tsarist Russia did not include all the classes of society; it was directed at upper class. The government did not intervene in the education of lower-class people in madrasas and mosque schools. The major goal was to attract the upper class.
The religious policy of Tsarist Russia is reflected in the Statute of the Religious Affairs of the Muslims of the South Caucasus as follows: prevent the strengthening of the “spirit of unity” among the religious people restrict the activity and influence of Muslim clerics control the clergy by ensuring their material interests making them serve to the government
The response of the Russian synod Pobedonosov to Azerbaijani enlightener
Hasanbay Zardabi’s appeal for opening a female school reflects the attitude of the Russian Empire towards Islam and the psychological aspects of the social policy concerning Muslim women. Pobedonosov replies: “Islam is like a statue of a seven-headed monster. If one head is cut, 100 will grow instead. We are afraid of their men. Women will be more irresitable if they are educated.”
Религиозная политика Царской России, проводимая на землях Северного Азербайджана после завоевания азербайджанских ханств, была составной частью колониальной политики и служила интересам Российской империи.
Так как до захвата население страны управлялось шариатскими предписаниями авторитет верующих и духовных лиц, а также влияние граничащих с ними государства Каджаров и Османской империи были велики. Поэтому социальная политика, проводимая в стране, служила ослаблению влияния, с одной стороны, верующих и духовных лиц, а с другой стороны, османской Турции и государства Каджаров.
Основной целью религиозной политики царизма в Северном Азербайджане являлось по мере возможности отдаление мусульман от своей религии или ослабление его религиозной идентичности. Религиозная идентичность, как одна из форм идентичности, это осмысление лицом своей религиозной принадлежности с когнитивной и эмоциональной точки зрения, а также ее соблюдение на уровне мышления, чувств и эмоций. Социальная политика царской России была связана в основном с предотвращением не когнитивной, а аффективно-мотивационной сферы идентичности. Первые шаги в направлении ослабления религиозной идентичности среди мусульманского населения были в области демографического состава страны и образования.
Для усиления своей позиции в Южном Кавказе, в том числе на землях Северного Азербайджана, Российская империя с целью создания форпостов, служащих распространению христианства и колониальной политике, организовала переселение армян из Ирана и Турции, русских из России и немцев из Германии.
То, что уровень просвещения и образования на Кавказе, в том числе в Азербайджане, не отвечал современным требованиям того периода, а также то, что работа по подготовке специалистов не была на нужном уровне создало выгодные условия для Царской России для внедрения социальной политики, соответствующей ее захватническим интересам и политике. В
соответствии с этим царизм, в первую очередь, оказывая влияние на религиозные взгляды, нравственность и быт населения посредством образовательной политики, ослаблял его религиозную идентичность или же препятствовал его формированию.
В школах, открытых Царской Россией, не учитывалась религиозная принадлежность. Так как это не воспринималось в мусульманских семьях с сильной религиозной идентичностью, они не соглашались, чтобы их дети учились с русскими, армянскими, грузинскими и другими детьми, которые не являлись мусульманами. В такой социально-психологической обстановке политика русификации и антирелигиозная политика осуществлялась еще легче. В особенности, желание референтной прослойки населения стать чиновниками, жить еще лучше, продвижение вперед грамотных людей служило ослаблению религиозной идентичности мусульман. В такой ситуации и мусульманские семьи, представляемые в референтных группах, были вынуждены согласиться с существующими условиями. Соответствующие действия, поведение членов референтной группы создавало удобные условия для того, чтобы это стало возможным для других групп населения.
Открытие государственных школ, являющихся альтернативой школам-мечетям, под предлогом устранения невежества среди населения на самом деле было культурным продолжением колониальной политики. То, что Царское правительство не оказывало финансовой помощи школам-мечетям, служило тому, что эти школы закрывались, а вместо этого увеличивалось количество школ, соответствующих их колониальной политике.
Царская Россия не считала школы-мечети учебными заведениями так как там не преподавали русский язык. Поэтому царские чиновники не выделяли средства из государственной казны этим школам. Таким образом, так как школы-мечети не пользовались государственной казной, они с трудом продолжали свою работу и иногда превращались в государственные школы. Таким образом, в результате образовательной политики, внедряемой царизмом, уменьшение интереса мусульман к школам-мечетям поспособствовало увеличению интереса к государственным школам. С другой стороны, то, что лица, окончившие государственные школы пользовались специальными льготами, работали на должностях государственными деятелями и другое стало причиной увеличения интереса к школам этого типа. А также то, что образование в государственных школах было дорогое, уроки проводились на русском языке, не учитывались религиозные и половые принадлежности и дети получали образование вместе,
препятствовало тому, чтобы мусульманские семьи с высокой религиозной идентичностью отправляли детей учиться в школах такого типа.
Таким образом, безразличное отношение к школам-мечетям, а также то, что получавшие здесь образование были в основном из низшей прослойки населения поспособствовало тому, что социальный авторитет этих школ среди общества понизился. В результате такого отношения представители высшей прослойки населения из школ-мечетей направились в государственные школы, где преподавался русский язык. В результате такой политики эмоциональная сторона религиозной идентичности населения стала ослаблять, а взамен начался процесс интернационализма, антирелигиозной пропаганды и ослабления национально-этнической и религиозной идентичности.
Узнав о том, что духовенство и высшие прослойки относились к референтной группе, русский царизм старался привлечь на свою сторону людей из этой прослойки, приручал их, назначив их на должности, и этим путем добивались того, чтобы они отошли от своих традиций. Быт людей, которые видели, что получение образование в государственных школах способствовало осуществлению их жизненных потребностей, изменялся и уже на бытовом уровне они не отличались от русских и армян. Образовательная и социальная политика, внедряемая царским правительством, охватывала не все прослойки населения. Она охватывала в основном высшую прослойку населения. Они не мешали тому, чтобы низшие прослойки получали образование в мечетях и медресе. Их главной целью было привлечение высшей прослойки на свою сторону.
Религиозная политика царизма в «Положении» управления по делам религии Южного Кавказа выражалась таким образом:
– предотвратить усиление «духа единства» среди духовенства;
– ограничить сферу деятельности и влияния мусульманского ду-
ховенства;
– поставить в зависимое положение самых авторитетных духов-
ных лиц путем направления их материальных интересов на службу правительству.
Ответ русского Синода Победоносова на просьбу интеллигентного просветителя Г. Зардаби о том, чтобы открыть женскую школу, открыто выражает отношение русского царизма к Исламу а Азербайджане, а также психологические аспекты социальной политики, осуществляемой в связи с получением образования мусульманских женщин. Ответ Победоносова был таков: «Ислам подобен статуе семиголового чудовища. Если отрубить одну голову этой статуе, то на его месте появятся сто таких голов. Мы боимся просвещения их мужчин. Если просветятся их женщины, то перед ними не устоять».