Bildiriler

Orta əsrlər müsəlman Şərqində hürufilik təliminin ideya-siyasi və fəlsəfi aspektlərinə yenidən baxış A new approach to the ideological, political and philosophical aspects of hurufism in the medieval Muslim East Повторный взгляд на идейно-политические и философские аспекты хуруфизма на мусульманском Востоке в средние века

f.f.d., dos. Radif Mustafayev AMEA Fəlsəfə İnstitutu İslam fəlsəfəsi şöbəsinin böyük elmi işçisi Müəllif

Xülasə

Azərbaycan fəlsəfi fikir tarixində və ümumiyyətlə, orta əsrlər müsəlman Şərqində mühüm istiqamətlərdən biri kimi hürufiliyin ideya-siyasi və fəlsəfi aspektləri ilə əlaqədar aşağıdakı tezisləri qeyd edə bilərik:
– hürufilik hərəkatının meydana çıxdığı ərazilərdə xalqların keçmiş tarixlərində baş vermiş ideya-siyasi hadisələrin, o cümlədən, Şərq və Qərb sivilizasiyalarına aid ideya-fəlsəfi istiqamətlərin ona təsiri danılmazdır. Fikrimizcə, sözügedən fenomen hermenevtik metodologiyaya əsasən daha çox İslam dini ilə əlaqədar müsəlman sivilizasiyasında cərəyan etmiş inkişafın nəticəsi kimi nəzərdən keçirilməlidir;
– istər hürufizm meydana çıxmazdan öncə, istər intişar tapdığı dönəmlərdə, o cümlədən də ondan təsirləndikləri danılmaz fakt olduğu baxışların təhlili deməyə əsas verir ki, bütün bunlar şiəliyin müxtəlif istiqamətləri, əsasən də Mehdi inancının sosial ədaləti bərpa etmək, yerli və işğalçı qüvvələrə qarşı etiraz dalğaları kimi oxşar ideya-siyasi şüarlar altında baş vermişdir;
– hürufilik hərəkatı ideya-siyasi təlim olaraq, İslam fəlsəfəsinin növ müxtəlifliyi, yaxud hikmət kimi özlüyündə mistik ontoloji, idraki, o cümlədən sosial-etik və estetik dünyagörüşü ehtiva edərək, orta əsrlər müsəlman Şərqinin inkişafına mühüm töhfələr bəxş etmişdir. Xüsusən də hürufilikdə yer almış insana Tanrının yaratdığı ən kamil məxluqat kimi yanaşıb, onun haqları baxımından ilahiləşdirilmələri (başqa sözlə desək, Allahın bəxş etdiyi haqların sahibitək insana münasibət) müasir dövrün multikulturalizm və ümumiyyətlə, tolerantlıq ideologiyalarının inkişafında mühüm ideya əsası kimi istifadə edilə bilər;
– fikrimizcə, hürufilik heç də bidətçi və ya panteist (o cümlədən, panenteist) bir təlim olmayıb, sözügedən baxışlar, əslində, istənilən hürufi mənbələrində ifadə edilmiş dialektik yanaşmanın kifayət qədər nəzərə alınmadığı, yaxud lazımi şəkildə anlaşılmadığı hallar nəticəsində ortalığa çıxmışdır;
– Orta əsrlər müsəlman Şərqinin bir çox aspektləri ilə əlaqədar olduğu kimi, hürufilik hikmətinin anlaşılmasında da elmi faktuallıqla yanaşı, fəlsəfi-hermenevtik yanaşma olduqca vacibdir.
Hurufism is one of the most important aspects in the history of Azerbaijani philosophical thought and, in general, in the medieval Muslim East. The ideological, political and philosophical aspects of Hurufism can be emphasized as follows:
– The influence of the ideological and political events occurring in the history of peoples who live in the areas that hurufism emerged and the ideological and philosophical aspects of the civilizations of the East and the West, on the Hurufi movement is undeniable. However, in our opinion, based on the phenomenon of the hermeneutic methodology, it should be considered as a result of the development in Muslim civilization with the influence of Islam;
– Analysis of views before and after its emergence as well as the views that have influenced on Hurufism, suggest that it was a similar ideology that had analogous ideas, a place under political slogans of various phenomena of Shi’ism, in particular, the restoration of social justice in connection with the belief in Mehdi and his advents, and the wave of protests against indigenous and foreign forces;
– Hurufism, as an ideological and political movement, contributed to the development of the medieval Muslim East combining mystical, ontological, cognitive, socio-ethical and esthetic views, like diversity or wisdom in Islamic philosophy. In particular, the idea of relating to human, as a manifestation of God’s perfect creation or as a divine essence (in other words, relating to man, as God’s creation and having rights from God) in Hurufism can be used in the development of multiculturalism and, in general, ideologies of tolerance of the modern era;
– In our opinion, Hurufism was not heretical or pantheistic (and even panentheistic) teaching. These relations were caused by the underestimation of the dialectic aspects or with inadequate understanding expressed in every Hurufits sources;
– Bearing in mind that Hurufism is associated with many aspects of the medieval Muslim East it is necessary to introduce the modern philosophicalhermeneutical approach, along with a scientific factual attitude in order to understand it.
Мы можем подчеркнуть следующие тезисы в связи с идеологическими, политическими и философскими аспектами хуруфизма как одного из наиболее важных аспектов в истории азербайджанской философской мысли и, вообще, средневекового мусульманского Востока:
– Влияние идеологических и политических событий, происходящих в истории народов, включающие и идеологические, и философских аспектов цивилизаций Востока и Запада на хуруфитское движение неоспоримо. Но, по нашему мнению, данный феномен следует рассматривать как результат развития мусульманской цивилизации в связи с исламской религией на основании герменевтической методологии;
– Анализ взглядов до и после возникновения хуруфизма, а также взглядов, на которые бесспорно повлиял хуруфизм, позволяет предположить, что они имели место под идейно-политическими лозунгами, схожими с различными направлениями шиизма, гланым образом, с верой в восстановление Мехди социальной справедливости, волнами протестов против местных и захватнических сил;
– как идеологическое и политическое течение, движение хуруфизма включало в себя разнообразие исламской философии и мистические, онтологические, когнитивные, в том числе социально-этические и эстетические взгляды, и внесло важный вклад в развитие средневекового мусульманского Востока. В частности, идея отношения к человеку как проявлению совершенного творения Бога в хуруфизме и обожествление его прав (иными словами, отношение к человеку как к владельцу прав, наделенных Богом) может быть использована как важная идейная основа в развитии идей мультикультурализма и, в целом, идеологии толерантности современной эпохи;
– По нашему мнению, хуруфизм не был еретическим или пантеистическим (и даже панентеистическим) учением. Эти взгляды были вызваны в связи с недооценкой или же с неадекватным пониманием диалектических аспектов, выраженных в любом хуруфитском источнике;
– как и многие аспекты средневекового мусульманского Востока, наряду с научным фактическим отношением для понимания хуруфизма очень важен философско-герменевтический подход.