Bildiriler

Orta əsrlərin Azərbaycan şəhərlərində fəaliyyət göstərən mədrəsələr Madrasas functioning in the medieval Azerbaijan cities Медресе, действующие в средневековых в городах Азербайджана

f.f.d., dos. Mətanət Şəkixanova AMEA Fəlsəfə İnstitutunun böyük elmi işçisi, İslam fəlsəfəsi şöbəsinin əməkdaşı, Bakı Qızlar Universitetinin dosenti Müəllif

Xülasə

Orta əsrlər müsəlman dünyasında mədrəsə İslam təhsili İnstitutu kimi müstəqil statusa malik idi...
Müsəlman Şərqinin böyük bir hissəsi olan Azərbaycanda da mədrəsə özündə həm dini, həm də elmi təsisatları birləşdirirdi. XIV əsrdə Təbrizdə yerləşən Əvbab əl-bir (Xeyir qapısı) adlanan müəssisə özündə məscid, kitabxana, həmçinin tədris, müalicə, sanitar, təsərrüfat təsisatlarından ibarət böyük bir şəhərciyi birləşdirmişdi. Bu mədrəsənin kitabxanası İran, Hindistan, Çin, Bizans və digər ölkələrdən toplanmış əlyazmalardan ibarət qiymətli kitablara malik idi.
Xatırlatmaq yerinə düşər ki, “Əvbab əl-bir” mədrəsəsi orta əsrlərin universiteti statusunda idi. Bu funksiyanı Şamaxıda 1312-1314-cü illərdə Şeyx Abutalıb Zakirşahın təşəbbüsü ilə tikilmiş mədrəsə də daşıyırdı. Bu universitet-mədrəsədə elmin müxtəlif sahələri – təbiət elmləri, Riyaziyyat, Astronomiya, Daş üzərində oyma, Təbiətşünaslıq, Fəlsəfə, Məntiq, İlahiyyat tədris olunurdu. Mənbələrin verdiyi məlumata görə, bu universitet-mədrəsədə hər qrupda 10 nəfər olmaqla 80 tələbə təhsil alırdı. Bu cür yüksək təhsilin müsbət nəticələrinə görə, Şamaxı mədrəsəsi dünyaya Kafiəddin Ömər, ibn Osman, Mahmud Təbib, Fazil Fəridəddin, Fələki Şirvani kimi alimləri, Əfzələddin Xaqani, İzəddin Şirvani kimi poeziya və ədəbiyyat nümayəndələrini bəxş etmişdir. Əgər həmin dövrdə Bağdadı “Darüs-səlam” (dünya evi Ş.M.), Təbrizi “Darüs-sultan” (sultanlar evi Ş.M.) adlandırırdılarsa, Şamaxını “Darül-ədəb” (ədəb-ərkan evi Ş.M.) adlandırırdılar.
Bu mədrəsələrdə özlərinin mövcudluğuna görə İslama borclu olan ənənəvi elmlərlə yanaşı, İslam hüquqşünaslığının köklü prinsiplərini əhatə edən üsul əl-fiqh və fiqh özü (bildiyiniz kimi, 4 sünni məktəbinə məxsus olan üsul əlfiqh İslam hüququnun əsas prinsiplərinə əsaslanırdı – Ş.M.). Quran estetikası Təfsir (Quranın izahı), Təcvid Quranın oxunuşunun əsas prinsipləri, Quranın düzgün oxunuşu Qiraət (İslamın Müqəddəs Kitabının qəbul olunmuş oxunuşu nəzərdə tutulur Ş.M.) ehtiva etməklə müqəddəs rəvayətlər, hədislər, ilahiyyat (tövhid və ya kəlam Ş.M.) islam mistisizmi – təsəvvüf də daxil idi.
Dilçilk fənləri də (elmi ilahiyyatla əlaqədar) dörd əsas bölmədən ibarət olaraq (qrammatika-nəhv, dilçilik lüğət, stilistika üslub-bəyan və ədəbiyyat-ədəb (ərəb dilindən) tədris edilirdi.
Ənənəvi İslam tədrisinin əsas üsulu onun bütün səviyyələrində mətnlərin əzbərlənməsi, mühazirə materiallarının əzbərlənməsi – təlqin və yüksək təhsil səviyyəsində disput üslubundan – münazaradan istifadə olunması idi. Bu üslublar təcrübədə ümumi bir üslub kimi, X əsrdə bütün təhsil sistemində istifadə olunurdu.
XIII-XIV əsrlərdə Azərbaycan şəhərlərində Naxçıvanda, Ordubadda və Qarabağda iki növ mədrəsə mövcud idi: “Mədrəsiyyə-irşadiyyə” (təhsil müddəti 14 il) və “Mədrəsiyyə-vəhdaniyyə” (təhsil müddəti 16 il). Bu mədrəsələrdə dini və dünyəvi elmlər birlikdə tədris edilirdi.
İftixarla qeyd edək ki, XIV əsrdə Təbrizin şimal-qərb hissəsində – Rabe-Rəşiddə nəinki Yaxın və Orta Şərqdə, eləcə də Qərbdə də ilk əsası qoyulan ali məktəb müəssisəsi – darülfun yaradıldı. Bu əzəmətli ali mədrəsədə oxuyan tələbələrin və fəaliyyət göstərən müəllimlərin sayı yeddi minə çatırmış. Müəllimlərin 450 nəfərdən çoxu Çindən, Hindistandan, Misir və Suriyadan dəvət olunmuşdular. Mərhum şairimiz Məmməd Araz “Azərbaycan xalqının ədəbiyyatı” kitabında qeyd edir ki, bir küçədə o qədər tələbə var idi ki, bu küçəni bütövlükdə “Tələbələr küçəsi” (məhəlleyi-tələbə) adlandırırdılar. Universitetdə Şərqşünaslıq, Fəlsəfə, Tarix, Təbabət, Astronomiya, Astrologiya, Məntiq şöbələri mövcud idi. Tələbələrin qəbulu 5 ildən bir həyata keçirilirdi. Universitet, həmçinin xəstəxana, əczaxana və kitabxanaya malik idi...
Tezisin məzmunundan aydın olduğu kimi, məqalədə orta əsrlərin universitetlər statusunda fəaliyyət göstərmiş mədrəsələri barəsində söhbət açmağı qarşımıza məqsəd qoymuşuq. Bu mövzunun məğzini açmaq üçün isə müasir tədqiqatçılarımızdan Məmmədəli Babaşlının, Samirə Mirbağırzadənin, Mübariz Süleymanlının, Elsevər Səmədovun bu mövzuya aydınlıq gətirəcək elmi tədqiqatlarından istifadə etməyi nəzərdə tutmuşuq.
In the medieval Muslim world madrassa had an independent status as an Institute of Islamic education.
In Azerbaijan, which is a large part of the Muslim East, madrassa combined both religious and scientific institutions. An institution called Avbab al-bir (Gates of Goodness), which existed in the 14th century in Tabriz incorporated a large town, consisting of a mosque, library, educational, medical, sanitary and economic institutions. The library of this madrassa had valuable books consisting of manuscripts collected from Iran, India, China, Byzantium and other countries.
It is worth recalling that madrassa Avbab al-bir had the status of the medieval University. In Shamakhi this function also belonged to madrassa, built in 1312-1314 on the initiative of Sheikh Abutalib Zakirshah. In this University-madrassa various fields of science were taught: natural sciences, mathematics, astronomy, stone carving, natural science, philosophy, logic, theology. According to the sources, 80 students, with 10 people in each group, were studying in this madrassa-University. According to the positive results of such higher education, Shamakhi madrassa gave the world such scientists as Kafiaddin Omar, Ibn Osman, Mahmud Tabib, Fazil Faridaddin, Falaki Shirvani, and such representatives of poetry and literature as Afzaladdin Hagani, Izzaddin Shirvani. While Baghdad was called “Darus-Salaam” (home of the world-S.M.) during that period, Tabriz was called “Darus-Sultan” (home of the sultans-S.M). Shamakhy was called “Darul adab” (house courtesy-S.M).
In these madrassas, along with the traditional sciences, which owe to Islam for their existence, were also taught the sacred narratives hadiths, theology (Kalam or Tauhid-S.M) Islamic mysticism-tasawwuf, which included usul alfiqh or fiqh itself, involving fundamental principles of Islamic law (as you know, usul al-fiqh belonging to 4 schools of junnu, was founded on the basic principles of Islamic law-SM), the aesthetics of the Quran Tafseer (explanation of Quran), Tajweed basic principles of reading Quran, The correct reading of Quran Giraat (refers to the generally accepted reading of the Holy book of Islam-S.M).
Linguistic disciplines (in connection with scientific theology) were taught in four main sections (grammar-nahv, linguistics dictionary, stylistics uslubbayan, and literature-adab (in Arabic)).
The basic method of traditional Islamic learning was cramming of texts at all levels, cramming lecture materials-talgin and the use of the method of debatemunazara at the level of higher education. These styles were used in practice throughout the education system in the 10th century as a general method.
In the 13th -14th centuries there were two types of madrassas in the cities of Azerbaijan in Nakhchivan, Ordubad and Karabakh: “Madrasiyya-Irshadiyya” (duration 14 years) and “Madrasiyya-vakhdaniyya” (duration 16 years). In these madrassas religious and secular sciences were taught together.
Proud to note that in the 14th century in the North-Western part of Tabriz in Rab-Rashid there was established the first institution of higher education Darulfun, which was first not only in the Middle East but also in the West. The number of students and acting teachers in that majestic higher madrassa reached seven thousand. More than 450 teachers were invited from China, India, Egypt and Syria. In the book “Literature of the Azerbaijani people” our late poet Mammad Araz notes that there were so many students on the street that this street was generally called “street of students” (mahalleyi Talaba). The University had departments of Oriental studies, philosophy, history, medicine, astronomy, astrology and logic. Admission of students was carried out every 5 years. The University also had a hospital, pharmacy and library.
As it is clear from the content of the thesis, in the article we set a goal to tell about the madrassas of the middle ages, functioning with the status of Universities. And to discover the essence of the topic we plan to use researches of Mammadali Babashli, Samira Mirbagirzade, Mubariz Suleymanli, Elsevar Samadov, which will bring clarity to this topic.
В средневековом мусульманском мире медресе имела независимый статус как институт исламского образования...
И в Азербайджане, являющимся большой частью мусульманского Востока, медресе объединяла в себе как религиозные, так и научные учреждения. Учреждение, называемое Авбаб Аль-Бир (ворота добра), существовавшее в XIV веке в Тебризе объединило в себе большой городок, состоящий из мечети, библиотеки, а также учебных, лечебных, санитарных, хозяйственных учреждений. Библиотека этой медресе имела ценные книги состоящие из рукописей, собранных из Ирана, Индии, Китая, Византии и других стран.
Стоит напомнить, что медресе ”Авбаб аль-бир» носила статус средневекового Университета. Эту функцию в Шамахе также носила медресе, построенная в 1312-1314 годах по инициативе шейха Абуталыба Закиршаха. В этом Университете-медресе преподавались различные области науки: естественные науки, математика, астрономия, резьба по камню, естествознание, философия, логика, теология. По данным источников, в этом медресе-университете обучалось 80 студентов, в каждой группе будучи по 10 человек. По положительным результатам такого высшего образования Шамахинская медресе подарила миру таких ученых, как Кафиаддин Омар, Ибн Осман, Махмуд Табиб, Фазиль Фаридаддин, Фалаки Ширвани, и таких представителей поэзии и литературы, как Афзаладдин Хагани, Иззаддин Ширвани. Если в тот период Багдад назвали «Дарус-Салам»ом (дом мира-Ш.М), Тебриз «Дарус-султан»ом (дом султанов-Ш.М), то Шамаху называли «Даруль-адаб»ом (дом учтивости-Ш.М).
В этих медресе, наряду с традиционными науками, которые обязаны исламу за свое существование, преподавались священные повествования-хадисы, теологию (Таухид или Калам-Ш.М) исламский мистицизм-тасаввуф, включающие в себя усуль аль-фикх или сам фикх, охватывающий коренные принципы исламского права (как вы знаете, усуль аль-фикх принадлежащий школе 4-ём школам джунну, был основан на основных принципах исламского права-ШМ), эстетику Корана Тафсир (объяснение
Корана), Таджвид основные принципы чтения Корана, Правильное чтение Корана Гираат (Имеется в виду общепринятое чтение священной книги Ислама-Ш.М).
а лингвистические дисциплины (в связи с научной теологией) преподавались в четырех основных разделах (грамматика-нахв, лингвистика словарь, стилистика услуб-баян, и литература-адаб (с арабского)).
основным методом традиционного исламского обучения была зубрёжка текстов на всех его уровнях, зубрёжка лекционных материалов-талгин и использование метода диспута-муназара на уровне высшего образования. Эти стили использовались на практике во всей системе образования в Х веке как общий метод.
В XIII-XIV веках в городах Азербайджана в Нахчыване, Ордубаде и Карабахе существовали два вида медресе: “Мадрасийя-иршадийя” (срок обучения 14 лет) и “Мадрасийя-вахданийя” (срок обучения 16 лет). В этих медресе религиозные и светские науки преподавались вместе.
С гордостью отметим, что в XIV веке в северо-западной части Тебриза в Рабе-Рашиде было создано первое высшее учебное заведение Дарульфун, которое было первым не только на Ближнем и Среднем Востоке, но и на Западе . Число студентов и действующих преподавателей в этой величественной высшей медресе достигало семи тысяч. Более 450 учителей были приглашены из Китая, Индии, Египта и Сирии. В книге “Литература азербайджанского народа” наш покойный поэт Мамед Араз отмечает, что на улице было столько студентов, что эту улицу в целом называли “улица студентов” (махаллейи талаба). В университете были отделения востоковедения, философии, истории, медицины, астрономии, астрологии и логики. Прием студентов осуществлялся раз в 5 лет. В Университете была также больница, аптека и библиотека...
Как ясно из содержания тезиса, в статье мы поставили перед собой цель рассказать о медресе средних веков, функционирующих в статусе Университетов. А для раскрытия сути этой темы мы планируем использовать научные исследования Мамедали Бабашлы, Самиры Мирбагирзаде, Мубариза Сулейманлы, Эльсевера Самедова, которые внесут ясность в эту тему.