Bildiriler

Axund Mir Məhəmməd Kərim Bakuvinin dini vəhdət anlayışı və təmsiletmə təcrübəsi The concept of religious unity and tamsil experience of Akhund Mir Muhammed Karim Bakuvi Понятие религиозного единства и опыт представительства Ахунда Мухаммеда Керима Бакуви

i.f.d., dos. Məmmədəli Babaşlı AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin müdiri Müəllif

Xülasə

Mənsubu olduğumuz İslam dini birlik və bərabərlik içində yaşamağa, firqə və qruplara bölünməməyə böyük əhəmiyyət verir. Təcrübə göstərir ki, müsəlmanlar dinlərinə möhkəm sarıldıqları müddətdə maddi və mənəvi cəhətdən tərəqqi etmiş, ədalət və əmin-amanlıq mücəssəməsinə çevrilmişdilər. Dinin təməl qaynaqlarından uzaqlaşdıqları və ixtilafa düşdükləri zaman da cəhalətə və zillətə düçar olmuşdular. “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!” ilahi bəyanı da məhz bu yanlışlıqdan çəkindirir.
Təqdim ediləcək məruzənin məqsədi azərbaycanlı müfəssir və din xadimi Axund Mir Məhəmməd Kərim Bakuvinin dinin vəhdətinin təbliği istiqamətində fəaliyyətini təhlilə cəlb etməkdir. Bakuvinin elmi-dini fəaliyyətinin ən məhsuldar dövrünün təsadüf etdiyi keçən əsrin əvvəllərində cəhalətə, mövhumata, fanatizmə və xurafata qarşı apardığı ardıcıl mübarizənin mahiyyətini, üsullarını təhlil etməkdir. Soydaşlarımız arasında dinə və din xadimlərinə inamsızlığın hökm sürdüyü, cəhalətdən doğan təfriqənin mövcud olduğu bir şəraitdə alimin təmsil təcrübəsini nəzərdən keçirməkdir.
Nəzərdə tutulan müddəalar alimin həyat yoluna həsr edilmiş elmi-publisistik nəşrlər, Bakı quberniyasının qazisi və quberniya məclisinin sədri kimi praktiki dini fəaliyyətini əhatə edən arxiv materialları əsasında araşdırılmışdır. Həmçinin alimin “Kəşfül-Həqayiq an-Nukətil-Ayati vəd-Dəqaiq” (“Ayələrin məna və incəlikləri ilə həqiqətlərinin açıqlanması)” adlı təfsirinə və ictimai fəaliyyəti ilə bağlı həmin illərdə dövri mətbuatda dərc olunmuş məlumatlara istinad edilmişdir.
Nəticədə, Bakuvinin yaşadığı coğrafiyanın mürəkkəb siyasi, etnik və dini şərait səbəbindən hər vəchlə xalqımızın dini birliyini qorumağa çalışdığı təsbit edil-mişdir. Həyatı boyunca müqəddəs dinimizi yanlış anlayanları və yozanları çəkindirməyə çalışması, onlara doğru yol göstərməsi müəyyən edilmişdir. Təbliğlə yanaşı, İslamın təməl mənbələrini, prinsiplərini rəhbər tutması, inandığı kimi yaşaması ilə insanlara örnək olması qeyd olunmuşdur. Moizələrində, elmi və dini fəa-liyyətində dini vəhdət zərurətinin təbliği metodlarının və təmsil təcrübəsinin müasir dövr üçün də aktual olduğu qənaətinə gəlinmişdir. İslam ümmətinin zəifləməsinə səbəb olan lüzumsuz ixtilaflara və təfriqəyə imkan verməmək üçün dini şüur səviyyəsində özünüdərketmənin təmini üçün məqsədyönlü maariflənmənin aparılmasının vacib olduğu vurğulanmışdır. Fərqliliklərə ayıran amil kimi deyil, zənginlik kimi qəbul edilməsinin lazım və mümkün olduğuna diqqət çəkilmişdir.
Islam attaches great significance to living in unity and solidarity and does not acknowledge division into sects and groups. Practice shows that as long as Muslims are firmly grounded to their religion, they have been progressing materially and morally, and have been transformed into an embodiment of justice and peace. In contrast, when they go away from primary sources of religion and fall into disagreement, they have been faced with ignorance and misery. In this regard, the divine declaration of “And hold firmly to the rope of Allah all together and do not become divided” just tries to prevent this erroneousness.
The aim of this research is to analyse the Azerbaijani analyst and cleric Akhund Mir Muhammed Karim Bakuvi’s activities regarding to the unity, investigate the essence and methods of his systematic and consistent struggle against ignorance, superstition, fanatism and prejudice at the beginning of the last century, which coincide with the most productive period of Bakuvi’s scientific and religious activity, and examine his experience of representation during the period when there was lack of faith to religion and religious figures and existance of disagreement that came out from ignorance among our fellowcountrymen.
The intended provisions were examined on the basis of scientific-publicist publications that devoted to the life of Bakuvi and archive materials that cover his practical-religious activites as a Gazi (Confessor) of Baku province and chairman of assembly of Baku governorship. At the same time, the author refers to the Bakuvi’s tafsir (interpretation) named Kashfu’l-haqayiq an nuketi’l-ayat ve’d-deqaiq (Discovery of Truth of versus with their meanings and subtleties) and information related to the his social activites that published in periodicals of those years.
As a result, it was determined that Bakuvi tried to preserve religious unity of our people that were geographically living in complicated political, ethnic, and religious conditions, avoid those who misunderstand and misinterpret our sacred religion and show them right paths throughout his life. Along the propaganda of the religion, it was noted that Bakuvi was guided with the basic sources and principles of Islam and became an example for others due to hisliving condition in accordance to Islamic principles. It has been concluded that the propaganda methods of the importance of the concept of religious unity and experience of representation in his scientific and religious activites are still actual for modern period. It was emphasised that in order to prevent unnecessary disagreements and divisions that lead to the weakening of the Islamic Ummah and provide self-esteem in the level of religious consciousness it is important to carry out purposeful enlightenment. It was also remarked that it is necessary and possible to accept differences not as dividing factor but as richness and fertility.
Исламская религия, привеженцами которой мы являемся, придает большое значение проживанию в единстве и солидарности, призывает людей не разделяться на группы и секты. Опыт показывает, что мусульмане, оставаясь привязанными к своей религии, достигли прогресса с материальной и моральной точки зрения, стали воплощением мира и справедливости. Люди, далекие от основных источников религии, подвергаются невежеству и мукам. Божественная декларация «Крепко держитесь за вервь Аллаха все вместе и не разделяйтесь» также предостерегает во избежание подобных ошибок.
Целью представленного доклада является анализ деятельности азербайджанского толкователя Корана и религиозного деятеля Ахунда Мир Мухаммеда Керима Бакуви в свете пропаганды идей религиозного единства. Анализ методов и содержания последовательной борьбы против невежества, фанатизма и религиозных суеверий является самым плодотворным периодом научно-религиозной деятельности Бакуви, который приходится на начало прошлого столетия. В условиях господства недоверия со стороны наших соотечественников к религии и религиозным деятелям возникает необходимость изучения практики представления ученого.
Представленные положения, научные публикации изучены на основе архивных материалов, освещающих религиозную деятельность ученого в качестве кади Бакинской губернии и председателя губернского собрания. Также была ссылка на толкование «Кашфуль-Хакаик ан-Нукетиль-Аяти вад-Дакаик» («Раскрытие истин со смыслом и тонкостями аятов») и информации об общественной деятельности ученого, опубликованной в периодических изданиях того времени.
В результате было установлено, что несмотря на сложные политические, этнические и религиозные условия, в которых жил Бакуви, он всячески старался сохранить религиозную общность своего народа.
Было потверждено, что на протяжении всей своей жизни ученый старался предотвратить искаженное толкование основных положений нашей священной религии и показать людям праведный путь. Отмечается, что наряду с призывами ученый руководствовался основными принципами и источниками ислама, своей праведной жизнью служил образцом для людей. Был сделан вывод о том, что призыв необходимости применения методов религиозного единства и практики представления в религиозных наставлениях и в научно-религиозной деятельности ученого является актуальным для современной эпохи. Была подчеркнута важность целенаправленного просвещения для обеспечения религиозного сознания, а также с целью недопущения неуместных разногласий и расхождений, которые привели бы к ослаблению исламской уммы. Также был сделан акцент на необходимость и возможность принятия различий ни как фактор разобщения, а наоборот всеохватывающего духовного богатства.