Bildiriler

Müsəlman ölkələri ilə əlaqələrin inkişafında Heydər Əliyevin rolu Heydar Aliyev’s role in the development of relations with muslim countries Роль Гейдара Алиева в развитии отношений с мусульманскими странами

i.f.d. Ceyhun Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun rektoru Müəllif

Xülasə

Azərbaycan xalqının tarixində özünəməxsus yeri olan ümummilli lider Heydər Əliyev hələ Sovet İttifaqı dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə müsəlman ölkələri ilə əlaqələrin inkişafına xüsusi önəm vermiş, məhz o dövrdə Azərbaycanla Türkiyə Respublikası arasında rəsmi münasibətlər mövcud olmuş, 1967-ci ildə Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəl və 1969-cu ildə Türkiyə Cümhuriyyətinin Prezidenti Cövdət Sunay Bakıya rəsmi səfər etmişlər.
Heydər Əliyevin sovet hakimiyyəti süquta uğradıqdan sonra, müharibə meydanına çevrilən Qafqazda sülhün və əmin-amanlığın təmin olunmasında da müstəsna xidmətləri olmuşdur. Çıxışlarında Çeçenistan, Dağıstan və müsəlmanların yaşadıqları digər respublikalarda baş verən münaqişələrdən narahatlığını ifadə edir, bölgədə sülhün və əmin-amanlığın bərqərar olması üçün bütün gücü ilə çalışırdı.
Ümummilli lider Heydər Əliyev Azərbaycanla dərin tarixi əlaqələrə malik İran İslam Respublikası ilə əlaqələrin inkişafına da xüsusi önəm verirdi. Onun 1994-cü il iyulun 2-də bu ölkəyə səfəri ikitərəfli əlaqələrin yeni mərhələyə qədəm qoymasına böyük töhfə vermişdir. Səfər çərçivəsində qarşılıqlı münasibətlər və regional layihələr ətrafında geniş müzakirələr aparılmışdır.
Azərbaycan 1991-ci ildə İslam Konfransı Təşkilatına üzv qəbul edilmişdir. Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra, Azərbaycanla İslam Konfransı Təşkilatı arasında əlaqələr daha da möhkəmlənmişdir.
1994-cü ilin dekabr ayında İslam Konfransı Təşkilatının Mərakeşin Kasablanka şəhərində keçirilən Yeddinci Zirvə toplantısında ümummilli lider Heydər Əliyev ölkəmizi təmsil etmiş, Azərbaycan həqiqətlərini bu kürsüdən bütün dünyaya bəyan etmişdir.
Ümummilli lider Heydər Əliyev Səudiyyə Ərəbistanı Krallığı ilə əlaqələrin inkişafına da xüsusi önəm verirdi. İki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi məqsədilə 1994-cü ilin iyul ayının əvvəllərində iki müqəddəs şəhərə – Məkkə və Mədinəyə rəsmi səfər etmişdir.
Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasəti uğurla və böyük uzaqgörənliklə davam etdirir. Hazırda Azərbaycan işğalçı Ermənistan Respublikasını çıxmaqla, bütün region ölkələri ilə dostluq əlaqələri quraraq sıx əməkdaşlıq edir.
National Leader Heydar Aliyev, holding a special place in the history of the Azerbaijani people, laid special emphasis on the development of relations with Muslim countries in the years of his leadership in Soviet times. During this period Azerbaijan and the Republic of Turkey established official relations. In 1967 the Prime Minister of the Republic of Turkey Suleyman Demirel and in 1969 the President of the Republic of Turkey Cevdet Sunay arrived in Baku with an official visit.
Heydar Aliyev also has exceptional merits in creating peace and tranquility in the Caucasus, turning into a battlefield after the dissolution of the Soviet Union. In his speeches, he expressed concern about the conflicts in Chechnya, Dagestan and other republics inhabited by Muslims and made considerable efforts to establish peace and safety in the region.
National Leader Heydar Aliyev attached special importance to the development of relations with the Islamic Republic of Iran, having deep historical connections with Azerbaijan. His visit to this country on July 2, 1994 made a significant contribution to the new stage of bilateral relations. During the visit, full-scale discussions were held on mutual relations and regional projects.
Azerbaijan joined the Organization of the Islamic Conference in 1991. Relations between Azerbaijan and the Organization of the Islamic Conference were further strengthened after the National Leader Heydar Aliyev’s return to power. At the seventh summit of the Organization of the Islamic Conference in Casablanca, Morocco, in December 1994, National Leader Heydar Aliyev represented our country and from this rostrum told the whole world the truth about the situation in Azerbaijan.
National Leader Heydar Aliyev paid special attention to the development of relations with the Kingdom of Saudi Arabia. To strengthen ties between the two countries, he visited two sacred cities, Mecca and Medina, in early July 1994.
Currently, President of the Republic of Azerbaijan Ilham Aliyev continues this policy successfully and with great foresight. Today, Azerbaijan is closely cooperating, establishing friendly relations with all countries of the region, with the exception of the invader the Armenian Republic.
Общенациональный лидер Гейдар Алиев, занимающий особое место в истории азербайджанского народа, придавал особое значение развитию отношений с мусульманскими странами еще в годы его руководства в советское время. Именно в этот период были установлены официальные отношения между Азербайджаном и Турецкой Республикой. В 1967 году премьерминистр Турецкой Республики Сулейман Демирель и в 1969 году Президент Турецкой Республики Джовдет Сунай посетили с официальным визитом Баку.
Гейдар Алиев также имеет исключительные заслуги в обеспечении мира и спокойствия на Кавказе, превратившемся в поле битвы после падения советской власти. В своих выступлениях он выражал обеспокоенность конфликтами в Чечне, Дагестане и других республиках, где проживают мусульмане. Он приложил немало усилий для установления мира и безопасности в регионе.
Общенациональный лидер Гейдар Алиев придавал особое значение развитию отношений с Исламской Республикой Иран, которая имела глубокие исторические связи с Азербайджаном. Его визит в эту страну 2 июля 1994 года внес существенный вклад в новый этап двусторонних отношений. В ходе визита были проведены обширные дискуссии о взаимоотношениях и региональных проектах.
Азербайджан был принят в члены Организации Исламская конференция в 1991 году. Отношения между Азербайджаном и Организацией Исламская конференция еще больше укрепились после возвращения к власти общенационального лидера Гейдара Алиева. На седьмом саммите Организации Исламская конференция в городе Касабланка, Марокко, в декабре 1994 года, Общенациональный лидер Гейдар Алиев представлял нашу страну и с этой трибуны поведал всему миру правду о происходящем в Азербайджане.
Общенациональный лидер Гейдар Алиев уделял особое внимание развитию отношений с Королевством Саудовская Аравия. В попытке укрепить связи между двумя странами он посетил с официальным визитом два священных города Мекку и Медину в начале июля 1994 года.
В настоящее время Президент Азербайджанской Республики Ильхам Алиев продолжает эту политику успешно и с большой дальновидностью. Сегодня Азербайджан тесно сотрудничает, устанавливая дружеские отношения со всеми странами региона, за исключением захватнической Армянской Республики.