Azərbaycanda İslam mədəniyyətinin təkamül yönləri
Evolutionary aspects of Islamic culture in Azerbaijan
Направления эволюции исламской культуры в Азербайджане
Qafqazda yaşasyan bir çox xalqların milli mədəniyyətinə İslamın göstərdiyi təsirdən və təkamül yönümlərindən danışarkən çoxmədəniyyətlilik amilini nəzərə almaq lazımdır. İslam dini Azərbaycan xalqının bir millət və dövlət kimi formalaşmasında nə qədər böyük rol oynamışsa, Azərbaycan xalqı da İslam dininin bölgə xalqları arasında təşəkkül tapmasında və mədəni intibaha çevrilməsində bir o qədər fəal və mühüm rola malik olmuşdur.
Mədəni tərəqqinin başqa bir xüsusiyyəti çoxdilliliklə bağlı idi. Qafqazın bir sıra xalqlarının mədəniyyəti İslam mədəniyyətinin ötürücüsü, idrak və ünsiyyət vasitəsi kimi ərəb dilində inkişaf etmişdi. Əhali arasında və işgüzar həyatda Azərbaycan-türk dili, ədəbi mühitdə isə fars dili öz güclü təsirini qoruyub saxlayır, elmi əsərlər ərəb və fars dillərində yazılırdı.
İslamın yayılması sayəsində təşəkkül tapan müsəlman mədəniyyəti elmə böyük maraq oyadırdı. Fiqh elmində Əbu Səid əl-Bərdəi, Əbu Bəkr Dərbəndi; Fəlsəfədə – Əbülhəsən Bəhmənyar, Şihabəddin Yəhya Sührəvərdi, Şeyx Mahmud Şəbüstəri; Dilçilikdə – Xətib Təbrizi, Əbülfəzl Hübeyş Tiflisi; Nücum elmində – Fələki Şirvani, Nəsirəddin Tusi; Tibbdə – Məhəmməd Bərgüşadi, Fəxrəddin Naxçıvani, Ramazan Lənkərani; Coğrafiyada – Hacı Zeynalabdin Şirvani, Əbdürrəşid Bakuvi və başqa korifey Azərbaycan alimləri yetişmişlər.
Eyni zamanda, İslam dininin mənəvi dəyərləri və əxlaqi özəllikləri əsasında Azərbaycanda yeni incəsənət formalaşmışdır. İslam inşaatçılıq mədəniyyətinin nümayəndələri Əbu Bəkr Əcəmi Naxçivani, Əbdül Məcid ibn Məsud, Məhəmməd ibn Əbu Bəkr kimi memarların bədii vəhdət təşkil edən əsərləri dünyanın arxitektura inciləri sırasına daxildir. İslam Azərbaycanda kitab incəsənətinin – xəttatlığın, miniatür rəsm məktəbinin, bədii nəqqaşlığın, dekorativ tətbiqi sənətin geniş intişar tapmasına şərait yaratdı. “Qurani-Kərim”in avazla tilavəti musiqidə muğamın inkişafına, şəbihgərdanlıq tamaşaları milli teatr məktəbinin yaranmasına çox böyük təsir göstərdi. Ən güclü təsir isə özünü Azərbaycan dilində, şifahi xalq yaradıcılığında və bədii ədəbiyyatda büruzə vermişdir. Azərbaycanın çoxəsrlik poeziya tarixi dünya klassikləri Şeyx Nizami, Xaqani, Məhsəti, Mücirəddin Beyləqani, Nəsimi, Füzuli, Xətai, Seyid Əzim Şirvani kimi şairlərimizin İslam dəyərlərindən bəhrələnərək yaradılan, bədii cəhərdən mükəmməl əsərləri ilə zəngindir. Bütün sadalanan xüsusiyyətlər təsdiq edir ki, İslamın Azərbaycan mədəniyyətinə və Azərbaycanın İslam mədəniyyətinə bəxş etdiyi töhfələr qarşılıqlı olmuş və bəşər sivilizasiyasını daha da zənginləşdirmişdir.
The factor of multiculturalism should be taken into consideration when dealing with the impact of Islam on the national culture of many peoples living in the Caucasus. Islam played a great role in the formation of the Azerbaijani people as a nation and state. In its turn, Azerbaijani people played an active role shaping the Islamic religion among the peoples of the region and transforming it into a cultural renaissance.
Another feature of cultural progress was associated with multilingualism. The culture of some peoples living in the Caucasus was developed in the Arabic language which was a means of communication and cognition. The AzerbaijaniTurkish language was dominant in daily and business life of the local people; the Farsi language preserved its importance in literary environment and scholarly works were written in Arabic and Farsi languages.
The Muslim culture, which was formed thanks to the spread of Islam, was attracting people’s attention to science. Many scholars grew in the region: Abu Said al-Bardai and Abu Bakr Darbandi were famous in the field of Fiqh; AbulHasan Bahmanyar, Shihabuddin Yahya Suhrawardi, Sheikh Mahmud Shabustari in the field of philosophy; Khatib Tabrizi, Abulfazl Hubaish Tiflisi in linguistics; Falaki Shirvani and Nasiruddin Tusi in astronomy; Muhammad Bargushadi, Fakhraddin Nakhchivani, Ramazan Lankarani in medicine; Haji Zeynalabdin Shirvani, Abdurrashid Bakuvi were the scholars in the field geography.
At the same time, new art form has been formed in Azerbaijan on the basis of moral values and characteristics of Islam. The artistic works of architects such as Abu Bakr Ajami Nakhchivani, Abdulla Majid ibn Masud, Muhammad ibn Abu Bakr are included in the list of architectural gems of the world. Islam opened enormous opportunities for art in Azerbaijan including calligraphy, miniature painting and decorative applied art. Tilawat (sacred reading) of the Quran played a great role in the development of mugam in music, and Shabih performances had a great impact on the creation of a national theater school. The strongest effect was observed in Azerbaijani language, folklore and written literature. The centuries-old history of Azerbaijani poetry is rich in poms, created by the world classical poets such as Sheikh Nizami, Khagani, Mahsati, Mujiraddin Beylaqani, Nasimi, Fuzuli, Khatai, Seyid Azim Shirvani. All of the listed features confirm that contributions of Islam to Azerbaijani culture and the influence of Azerbaijan on the Islamic culture have been mutual and further enriched the human civilization.
Рассматривая влияние Ислама на национальную культуру многих народов, живущих на Кавказе, и эволюционные тенденции, необходимо учитывать фактор многокультурности. Ислам сыграл большую роль в формировании азербайджанского народа как нации и государства. Так же и азербайджанский народ сыграл активную и важную роль в формировании исламской религии среди народов региона и превращении ее в культурный ренессанс.
Другая особенность культурного прогресса была связана с многоязычностью. Культура ряда кавказских народов развивалась на арабском языке, являющемся передатчиком исламской культуры, средством познания и общения. Среди населения и в деловой жизни Азербайджано-турецкий язык сохранял свое сильное влияние, а в литературной среде – персидский. Научные труды писались на арабском и персидском языках.
Мусульманская культура, возникшая благодаря распространению Ислама, побуждала большой интерес к науке. В науке фикх прославились такие азербайджанские ученые-корифеи как Абу Саид аль-Бардаи, Абу Бакр Дербенди, в философии – Абульгасан Бахманъяр, Шихабаддин Яхъя Шухраварди, Шейх Махмуд Шабустари, в языкознании – Хатиб Тебризи, Абульфазл Хубейш Тифлиси, в астрологии – Фелеки Ширвани, Насираддин Туси, в медицине – Мухаммед Баргюшади, Фахраддин Нахчывани, Рамазан Лянкарани, в географии – Гаджи Зейналабдин Ширвани, Абдуррашид Бакуви и другие.
В то же время в Азербайджане сформировалось новое искусство на основе моральных ценностей и нравственных качеств Ислама. Произведения, составляющие художественное единство, таких архитекторов, являющихся представителями архитектурной культуры, как Абу Бакр Аджеми Нахчывани, Абдул Меджид ибн Масуд, Мухаммед ибн Абу Бакр, входят в число архитектурных жемчужин мира. Ислам создал условия для широкого распространения книжного искусства в Азербайджане каллиграфии, школы миниатюрной живописи, художественной росписи, декоративно-прикладного искусства. Мелодичное чтение Священного Корана сыграло большую роль в развитии мугама в музыке, а спектакли религиозной драмы оказали большое влияние на создание национальной
театральной школы. А наиболее сильное влияние проявило себя в азербайджанском языке, устном народном творчестве и в художественной литературе. Многовековая история азербайджанской поэзии богата произведениями, совершенными с художественной точки зрения, созданными такими мировыми классиками, как Шейх Низами, Хагани, Мехсети, Муджираддин Бейлагани, Насими, Физули, Хатаи, Сейид Азим Ширвани. Все перечисленные особенности подтверждают, что вклад Ислама в азербайджанскую культуру и исламскую культуру Азербайджана был взаимно укреплен и еще более обогатил человеческую цивилизацию.
Endirin
Məqalə Məlumatları
- Məqalə Növü Bildiriler
- Təqdim Edildi iyun 2, 2019
- Yayımlanıb iyul 12, 2019
- Nömrə Cild. 1 Nömrə. 1 (2019)
- Bölmə Bildiriler
Azərbaycanda İslam mədəniyyətinin təkamül yönləri. (2019). “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu, 1(1), 102-105. https://symposium.ait.edu.az/islam-sivilizasiyasi-qafqazda/article/view/48