Bildiriler

Xilafət dövründə Azərbaycanda pul dövriyyəsi və sikkə zərbi Coinage and monetary circulation in Azerbaijan in the period of the Caliphate Денежный оборот и чеканка монет в Азербайджане в период халифата

t.f.d. Akif Quliyev AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Numizmatika və epiqrafika şöbəsinin müdiri Müəllif
t.e.d., prof. Abbas Seyidov Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Müəllif

Xülasə

Xilafətin ilk illərində işğal və daxili cəkişmələr ucbatından, sikkə zərbi işinə elə də önəm verilmirdi. Raşidi xəlifələrinin hakimiyyəti illərində ərəblər qızıl Bizans solidləri və gümüş Sasani draxmalarından istifadə edirdilər. Bu sikkələrin əyyarı yüksək olduğundan, xilafətin sonunadək pul dövriyyəsində qızıl ərəb dinarları ilə rəqabət aparmışdı.
Sasanilər Dövlətinin süqutundan sonra, ərəblər II Xosrov və III Yəzdigərdin draxmaları tipində, lakin üzərində “Bismillah”, “Əlhəmdüllah”, “La İlahə İlləllah”, “Allahu-Akbar”, “Muhəmməd rəsul Allah” sözləri zərb edilmiş gümüş dirhəmlər tədavülə buraxırdılar. İlk əvvəl bu sikkələr 3 qram cəki və üzərində pəhləvi xətti ilə, sonralar ərəb-kufi xətti ilə zərb edilirdi. Aşkar edilmiş dəfinələrdə bu dövrə aid sikkələrin azlığı VII əsrin ikinci yarısında xilafətdə sikkə zərbi işinin zəif olmasından xəbər verir. Bu dövrdə Azərbaycanda fəaliyyət göstərən zərbxanalar, əsasən, öz fəaliyyətini dayandırmışdı. Aramsız ərəbxəzər müharibələri pul işini iflic vəiyyətə gətirmişdi.
Mənbələrdə Əməvilər dövründə, xəlifə Müaviyə ibn Əbu Süfyanın (661681-ci illər) üzərində əlində qılınc tutmuş döyüşcü təsviri olan gümüş sikkəsi haqqında məlumat vardır.
Beşinci Əməvi xəlifəsi Əbd əl-Məlik Mərvanın (685-705-ci illər) h.77-ci ildə (696-cı il) həyata keçirdiyi pul islahatı nəticəsində, xilafətdə ilk qızıl dinarlar, gümüş dirhəmlər və mis felslər zərb edilir. Qızıl dinarlar Bizans qızıl solidləri, gümüş dirhəmlər Sasani draxmaları tipində zərb edilirdi. Xəlifənin əmri ilə sikkələr üzərində təsvirlərə qadağa qoyularaq, Quran ayələri zərb edilməyə başlandı.
Dinarlar bir misqal (4.265q), 87.9 % əyyarla, gümüş dirhəmlər 2.98 q cəki ilə zərb edilirdi. Qızılın gümüşə nisbəti 1/15 idi və bu nisbət 12-15 arasında dəyişirdi. Bir qızıl dinar 5 dirhəmə bərabər idi.
Səlcuqlar dövründə Şərq ölkələrini bürümüş gümüş böhranı Azərbaycan ərazisindən də yan ötməmişdir. Gümüş dirhəmlərin əyyarları aşağı düşmüş, bir qədər sonra isə tamamilə dövriyyədən çıxmışdır. Gümüş dirhəmləri misdən zərb edilmiş, üzərinə nazik gümüş təbəqə çəkilmiş sikkələr əvəz edirdi. Zaman keçdikcə, bu təbəqə də aradan çıxmış, sikkələr adi misdən kəsilməyə başlanmışdı. Bu pulların üzərinə “dirhəm” və ya “sim” (fars dilində gümüş) zərb edilərək, tədavülə buraxılırdı.
Xilafətin süqutundan sonra, ərəb pul-çəki sistemi Azərbaycanda meydana gələn feodal dövlətlərinin də pul tədavülünün əsasını təşkil edirdi. Azərbaycan Elxanilər dövlətinin tərkibinə daxil edildikdən sonra, monqollar dövründə Sultan Qazan xanın (Sultan Mahmud) hakimiyyəti illərində pul islahatı həyata keçirilərək, tədavülə yeni tip sikkələr buraxılır.
At the early stage of the Caliphate, the Arabs were engaged in new conquests and did not pay much attention to the minting of coins. During the rule of the Rashidun caliphs, the Arabs did not own coinage. They used gold Byzantine and silver Sasanian coins. Byzantine gold coins were high-grade and competed with the gold Arabic dinars in money circulation almost to the end of the caliphate.
After the conquest of the Sassanid state, the Arabs adopted the Sassanid monetary system and began to coin silver dirhams modeled on the coins of Khosrow II and Yezdigerd III. Muslim phrases such as Bismillāh, Al-ḥamdu lillāh, lā ʾilāha ʾillā llāh, Allāhu akbar and Muhammad Rasul Allah were added on these coins. Initially, these coins weighed 3 grams and were minted with Pahlavi and later kufi writing in Arabic. The small number of Arab coins in the treasures of the second half of the 7th century indicates that the development of coinage in the caliphate was weak. During this period, due to the Arab-Khazar wars, the mints in the area of Azerbaijan ceased their activities.
The sources contain information on the silver coins by the Umayyad caliph Mu’awiyah ibn Abu Sufyan (661-681) with the imprint of a warrior with a sword.
The first gold dinars, silver dirhams and copper calves of the caliphate were minted as a result of the monetary reform carried out by the fifth caliph Abd al-Malik ibn Marwan (685-705) in 696 (hijri date 77). There were minted gold dinars on the model of the Byzantine gold solid, and silver dirhams in the form of Sasanian drachmas. By order of the Caliph, images on coins were prohibited. The coins were minted with ayats from the Quran.
Dinars were minted with a weight of 1 miscal (4.265), a standard of 87.9%, and silver dirham 2.98. The ratio of gold and silver was 1/15, and this ratio varied from 12 to 15. One gold dinar was equal to 5 dirhams.
The silver crisis that has engulfed all the eastern countries affected Azerbaijan too. The standard of silver dirhams was reduced and after a whilethey completely went out of circulation. A thin layer of silver was deposited on the copper coins released into circulation at a compulsory exchange rate. Over time, these coins were out of circulation and were replaced by simple copper coins. The word “sim” (silver in Persian) or “dirham” was stamped on these credit coins.
After the fall of the Caliphate, the Arab monetary system was adopted as the basis for the currency circulation of the feudal states of Azerbaijan. After inclusion of Azerbaijan in the Ilkhanid state during the reign of Sultan Ghazan Khan (Sultan Mahmud) a monetary reform was carried out and coins of a new sample entered monetary circulation.
На раннем этапе Халифата арабы были заняты новыми завоеваниями и не уделяли особого внимания чеканке монет. Во времена правления Праведных халифов арабы использовали золотые византийские и серебряные сасанидские монеты. Византийские золотые монеты были высокопробными и в денежном обращении почти до конца халифата конкурировали с золотыми арабскими динарами.
После завоевания государства Сасанидов арабы приняли денежную систему Сасанидов и стали чеканить серебряные дирхемы по образцу монет Хосрова II и Йездигерда III. На эти монеты добавлялись мусульманские изречения – «Бисмиллах», «Алхамд-у-Лиллах», «Ля Иллаха иллАллах», «Аллаху Акбар» и «Мухаммед Расул Аллах». Изначально эти монеты весом 3 гр. чеканились легендой на Пехлеви, а затем куфической вязью на арабском языке. Малочисленность арабских монет в кладах второй половины VII века свидетельствует о слабом развитии монетного дела в халифате. В этот период в связи с арабо-хазарскими войнами монетные дворы Азербайджана прекратили свою деятельность.
В источниках имеются сведения о выпуске серебряных монет халифа династии Омейядов Муавия ибн Абу Суфьяном (661-681). На монетах был изображен халиф с мечом.
Первые золотые динары, серебряные дирхемы и медные фельсы халифата были отчеканены в результате денежной реформы, проведенной пятым халифом Абд аль-Меликом Марваном (685-705) в х.77 (696). Золотые динары чеканились по образцу византийских золотых солидов, серебряные дирхемы по форме сасанидских драхм. По приказу халифа были запрещены изображения на монетах. Вместо них на монетах чеканились стихи из Корана.
Динары чеканились весом в 1 мискаль (4,265 г.) и пробой 87,9%, а серебряные дирхемы – весом 2,98 г. Соотношение золота и серебра состав-
ляло 1/15, и это соотношение менялось от 12 до 15. Один золотой динар был равен 5 дирхемам.
Серебряный кризис, охвативший все восточные страны, не обошёл и Азербайджан. Проба серебряных дирхемов была снижена, и через некоторое время они полностью вышли из обращения. На медные монеты наносили тонкий слой серебра и пускали в денежный оборот по принудительному курсу. Со временем и эти монеты вышли из оборота, и их заменили простые медные монеты. На эти кредитные монеты выбивались слова «сим» (серебро на персидском языке) или же «дирхем».
После падения Халифата арабская денежно-весовая система была принята в основу денежного обращения феодальных государств Азербайджана. После включения Азербайджана в состав государства Ильханов, в период правления султана Газан-хана (султан Махмуд) была проведена денежная реформа, и в денежное обращение вошли монеты нового образца.