Bildiriler

Şimali Qafqazda totalitarizm və İslam Islam and totalitarianism in the North Caucasus Ислам и тоталитаризм на Северном Кавказе

t.e.d., prof. Orazgul Muxatova “əl-Fərabi” Qazax Milli Universiteti Müəllif

Xülasə

Sovet hakimiyyətini İslama münasibətdə 5 dövrə bölmək mümkündür. Oktyabr inqilabından sonrakı ilk illərdə müsəlmanların bolşeviklərə münasibəti ziddiyyətli idi. Bir tərəfdən, Qafqaz xalqları yeni hökuməti dəstəkləyir, digər tərəfdən, bolşeviklər Qafqaz müsəlmanlarına qarşı xüsusi tələblər irəli sürmürdülər. Vətəndaş müharibəsi zamanı qarşıdurma tərəfləri İslamı manipulyasiya edirdi. İslam ideologiyasından kabardin, çeçen və osetin müsəlmanlarının yerli etnoseparatist hərəkatı sui-istifadə həddində yararlanırdı. 1920-ci illərin ortalarınadək şəriət məhkəmələri Şimali Qafqazda qalmağa davam edir və hətta onları sovet sisteminə inteqrasiya olunmağa cəhd göstərirdi. Möhkəmlənmiş yeni hökumət artıq şəriətin, ümumiyyətlə, dini hakimiyyətin dəstəyinə ehtiyac duymurdu. O, İslama ideoloji rəqib, bolşeviklərə düşmən olan sosial-siyasi qurum kimi yanaşmağa başladı.
1930-cu illərdə müsəlman ruhanilərinin təqiblərinə, şeyx və imamların kütləvi həbsinə başlanmış, məscidlər və mədrəsələr bağlanmışdı. Sovet məmurları tərəfindən tətbiq edilən İslamla mübarizənin spesifik üsulu təriqətlə «ortodoksal» İslam arasında ziddiyyətlərin dərinləşdirilməsindən ibarət idi. Şimali Qafqaz müsəlmanları bacardıqları qədər hakimiyyətə müqavimət göstərirdilər. Rəsmi olaraq bağlanmalarına baxmayaraq, bir çox məscid öz işini davam etdirirdi. Quranın və ərəb dilinin öyrənilməsi üzrə dərnəklər gizli fəaliyyət göstərməkdə davam edirdi. Müqavimətin ən barışmaz forması Qafqaz müsəlmanlarının sovet administrasiyasına qarşı açıq silahlı çıxışları idi. 1920-ci illərin sonu və 1930-cu illər sovet hakimiyyətinin İslama qarşı ən fəal mübarizəsi dövrü idi. Alman işğalçılarına qarşı müharibə zamanı və müharibədənsonrakı illərdə hakimiyyət müsəlmanlarla münaqişələrdən qaçırdı. Şimali Qafqazda məscidlərin açılması üçün bir neçə ərizə təmin edilmiş, Məkkəyə və Mədinəyə müsəlman ziyarətləri təşkil olunmuşdu. 1950-ci – 1960-cı illərin əvvəllərində qısamüddətli zəifləməsindən sonra, İslama qarşı mübarizə yenidən fəallaşdı. Ateist hadisələrin nəticələri ənənənin pozulmasına gətirib çıxardı. Buna baxmayaraq, ailə həyatı da daxil olmaqla, məişət səviyyəsində dinə müraciət hələ də böyük əhəmiyyət kəsb edirdi. Keçən əsrin 70-80-ci illərində dini həyata nəzarət zəiflədi, 1990-cı illərin ikinci yarısında Şimali Qafqazda dini təqiblərə son verildi. 1990-cı illərin əvvəllərində isə İslam dirçəlişi sürətləndi.
In relation to the Islam of the Soviet government can be divided into 5 periods. The attitude of Muslims to the Bolsheviks in the first years after the October Revolution was contradictory. On the one hand, the Caucasian peoples supported the new government, on the other hand, the Bolsheviks did not impose any special demands on the Caucasian Muslims. During the Civil War, the opposing sides manipulated Islam. The Islamic ideology was attempted by local ethno-separatist movements of Kabardians, Chechens, and Ossetian Muslims. Until the mid-1920s, Sharia courts remained in the North Caucasus, and even attempts were made to integrate them into the Soviet system. The strengthened new government no longer needed the support of the Shari’a, in general, spiritual authorities. She began to treat Islam as an ideological rival, a social-political structure hostile to Bolshevism. In the 1930s, persecution of the Muslim clergy began, mass arrests of sheikhs and imams took place, mosques and madrasas were closed. A specific method of fighting against Islam, used by Soviet officials, was to deepen the contradictions between Tariq and “orthodox” Islam. The Muslims of the North Caucasus, as far as they could, resisted the authorities. Many mosques, despite the official closure, continued to work. The circles on the study of the Koran and the Arabic language continued to operate underground. The most irreconcilable form of resistance was the open armed demonstrations of Caucasian Muslims against the Soviet administration. The end of the 1920s and 1930s were a period of the most active struggle of the Soviet authorities against Islam. During the war against the German occupiers and the postwar years, the authorities avoided conflicts with Muslims. In the North Caucasus, several applications for the opening of mosques were granted and the first Muslim pilgrimages to Mecca and Medina were organized. In the 1950s early 1960s, after its short-term weakening, the struggle against Islam again intensified. The consequences of atheistic events led to the crush of tradition. Nevertheless, appeal to religion at the household level, including family life continued to be significant. If the 70s-80s of the last century weakened control over religious life, in the second half of the 1990s, the persecution of religion in the North Caucasus ceased. In the early 1990s, the Islamic revival gained momentum.
профессор Казахского Национального Университета «Аль-Фараби» Отношение советского правительства к исламу можно разделить на 5 периодов. Отношение мусульман к большевикам в первые годы после Октябрьской революции было противоречивым. С одной стороны, кавказские народы поддерживали новое правительство, с другой стороны, большевики не предъявляли особых требований к кавказским мусульманам. Во время гражданской войны противоборствующие стороны манипулировали исламом. Исламская идеология была опробована местными этно-сепаратистскими движениями кабардинцев, чеченцев и осетинских мусульман. До середины 1920-ых годов на Северном Кавказе сохранились шариатские суды, и даже предпринимались попытки интегрировать их в советскую систему. После усиления новое правительство больше не нуждалось в поддержке шариата, и вообще духовных авторитетов. Оно стало относиться к исламу как к идеологическому сопернику, социально-политической структуре, враждебной большевизму. В 30-ые годы началось преследование мусульманского духовенства, массовые аресты шейхов и имамов, закрытие мечетей и медресе. Специфическим методом борьбы с исламом, который использовали советские чиновники, было углубление противоречий между тариком и «ортодоксальным» исламом. Мусульмане Северного Кавказа как могли сопротивлялись властям. Несмотря на официальное закрытие, многие мечети продолжали работать. Группы, изучающие Коран и арабский язык, продолжали действовать подпольно. Самой непримиримой формой сопротивления были открытые вооруженные демонстрации мусульман Кавказа против советской власти. Конец 20-ых и 30-ых годов был периодом самой активной борьбы советских властей против ислама. Во время войны против немецких оккупантов и в послевоенные годы власти избегали конфликтов с мусульманами. На Северном Кавказе было подано несколько заявок на открытие мечетей и организованы первые мусульманские паломничества в Мекку и Медину. В 1950-ых начале 1960-ых годов, после кратковременного ослабления борьба с исламом вновь усилилась. Последствия атеистических событий привели к разрушению традиций. Тем не менее, обращение к религии на домашнем уровне, включая семейную жизнь, продолжало быть значительным. Если 70–80-ые годы прошлого столетия ослабили контроль над религиозной жизнью, то во второй половине 90-ых годов преследование религии на Северном Кавказе прекратилось. В
начале 1990-ых исламское возрождение набрало обороты.