Bildiriler

Müasir Azərbaycan ailə institutunun qorunmasında İslam dəyərlərinin rolu Role of Islamic values in the protection of modern Azerbaijani family institutions Роль исламских ценностей в защите института семьи современного Азербайджана

Lalə Əliyeva Gəncə Dövlət Universiteti Azərbaycan tarixi kafedrasının baş müəllimi Müəllif

Xülasə

Tarixən dünyanın hər yerində olduğu kimi, ailə bizim də xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi, milli inkişafımızda mühüm rol oynamışdır. Bir sıra toplumlardan fərqli olaraq, Azərbaycan cəmiyyətində ailə institutu özünün sosial təyinatını və milli-mənəvi missiyasını daha tam və dolğun şəkildə qoruyub saxlamaqdadır. Din özü mənəvi dəyərlərin ehtiva olunduğu institut səciyyəsi daşıdığına və insanların şüuruna ciddi təsirə malik olduğu üçün ailənin formalaşması və qorunmasında əhəmiyyətli amil kimi qəbul edilir.
İslam dini ailənin sağlamlığına böyük əhəmiyyət və qiymət verir. Heç də təsadüfi deyildir ki, Müqəddəs Kitabımızda bir neçə ayədə məhz bu məsələ əz əksini tapmış, ailə qurmağın vacibliyi ifadə olunmuşdur. “Qurani-Kərim”in “Hücurat” surəsində belə buyurulur: “Ey insanlar! Biz sizi bir kişi ilə bir qadından yaratdıq. Bir-birinizi tanıyasınız deyə, sizi millət və qəbilələrə böldük…”; həmçinin “Bəqərə” surəsində “... Onlar sizin, siz də onların libasısınız...” deyərək buyurulur ki, bununla da kişinin qadın olmadan yarımçıq, qadının da kişi olmadan tam olmayacağına diqqət çəkilir. Burada xüsusilə qeyd olunmalıdır ki, on dörd əsrdən bəri xalqımızın yaşam tərzinə və dünyagörüşünə biçim verməkdə olan İslam dini Azərbaycanda ailə təşkilatının formalaşmasında və qorunmasında əvəzsiz rol oynamaqdadır.
Hər zaman olduğu kimi, bu gün də Azərbaycan ailəsi özünün bütövlüyünü, saflığını, tarixdən süzülüb-gələn milli adət-ənənələrə, mental dəyərlərə bağlılığını qoruyub saxlaya bilmişdir. Bu ailə modelində hər kəs öz yerini, mövqeyini, funksiyasını, məqsədini düzgün dərk edir. Bununla yanaşı, cəmiyyət həyatındakı yeniliklərin mütərəqqi xarakteri bütün dövrlərdə ailənin yaşam tərzinə, məqsədinə, ümumilikdə prinsiplərinə təsirsiz ötüşmür. Azərbaycan ailəsi zamanın reallıqlarına adekvat cavab verərək modernləşir, sosial, mədəni, iqtisadi mənafelərini təmin etmək üçün dövrün nəbzini tutmağa çalışır. Bu modernləşmə geyimdən tutmuş, düşüncəyə, dünyagörüşünə qədər çox məsələni əhatə etsə də, milli ailə modelinin fundamental prinsiplərində elə də ciddi dəyişiklik baş verməmişdir.
Hazırda, xüsusən də Avropa ölkələrində ailə institutunun zəifləməsi, bəzi hallarda, hətta sarsılması ilə bağlı narahatlığın artması məsələnin həyati əhəmiyyətini, aktuallığını bir daha nümayiş etdirir.
Avropa və Qərbdə ailə institutunun zəifləməsinin əsas səbəbləri sırasında psixoloqlar “Kaliforniya sindromu”nu önə çəkirlər. Bu neqativ sindrom insanların daha çox eqoistcəsinə davranmaları – iş, karyera, rahatlıq, sərbəstlik, əyləncə barədə daha çox düşünmələri, ailəni ikinci plana keçirmələri zəminində özünü göstərir.
Azərbaycan tarixən formalaşmış fundamental ailə dəyərləri ilə qloballaşmanın mənfi təsirlərini özünə yaxın buraxmamağa çalışır. Xalqın tarixən formalaşmış mental keyfiyyətlərini, mənəvi-əxlaqi dəyərlərini bu gün də yaşadan azərbaycanlı gənc ailənin onun həyatında oynadığı müstəsna rolu düzgün dərk edir. Azərbaycan xalqının ailə modeli nəinki Qərbdə, həm də Şərqdə unikal hesab olunan bir ailə modelidir. Ailə gələcək vətəndaşın sosiallaşmasını təmin edən ilk və ən önəmli qaynaqdır. Digər tərəfdən, hər bir ailə özlüyündə unikaldır, ümumi mədəni sfera, müəyyən xalq-təfəkkür tərzi – dövlət çərçivəsində özünəməxsus mədəni mühitini yaradır. Cəmiyyətin özəyini təşkil edən ailə məsələsi də digər dəyərlər kimi, hücumlardan qoruna bilməyib. Lakin İslam dünyasında ailə elə möhkəm əsaslar üzərində qurulmuşdur ki, heç bir amil onu sarsıda bilməz. Əslində, ailə İslamı Qərbə tanıtdırmaq üçün ən yaxşı vasitədir.
Azərbaycanda din dövlətdən ayrı olsa da, ulu öndər Heydər Əliyev cəmiyyətin saflaşmasında, insanların mənəvi kamilləşməsində İslamın müstəsna rolunu daim önə çəkmiş, həmçinin müqəddəs kitabımız olan “Qurani-Kərim”in əxlaqi-tərbiyəvi əhəmiyyətini xüsusi qeyd etmişdir.
Family played an important role in the national development of our nation being the defender of cultural values and national gene fund like in many parts of the world. Unlike a number of societies, family institutions in the Azerbaijani society have social and national mission. It should be noted that religion is considered the most important factor in the formation and protection of family because it has a set of moral values and a serious impact on consciousness of people. The Islamic religion attaches great value to healthy family. It is not accidental that this problem is reflected in the Holy Quran in several verses and importance of marriage is emphasized. Here it should be noted that the Islamic religion which since the fourteenth century has formed a conduct of life and outlook of our people plays an irreplaceable role in formation and protection of the family organization in Azerbaijan.
As always, the Azerbaijani family kept the integrity, purity, commitment to national traditions and mentality today also. In this model of family everyoneunderstands the position, situation, function, the purpose. At the same time the progressive nature of innovations in public life cannot but affect all aspects of a family conduct of life, the purposes and in general the principles at all times. The Azerbaijani family also adequately reacts to realities of time and tries to hold period pulse for ensuring the social, cultural and economic interests. Though this modernization covers many questions, beginning from clothes and finishing with thinking and outlook, serious changes in the fundamental principles of national model of family did not happen.
The growing concern about easing and even in certain cases fluctuation of the institution of the family in some European countries once again shows vital importance and relevance of a problem. Azerbaijan seeks to avoid negative impact of globalization on historically developed fundamental family values. The younger generation of Azerbaijan which bears in itself historically created mentality and moral values of the people also today, understands an exclusive role of family in his life. The family model of the Azerbaijani people is unique not only in the West, but also in the east. The family is the first and most important source of socialization of future citizen. On the other hand, each family is unique in own way, the general cultural sphere, special style of thinking of the nation creates a unique cultural environment in the state. The institution of the family which is the centre of society as well as other values is not protected from attacks. But in the Islamic world the family is constructed on the strong base which any factor cannot shake. Actually, family is the best way to acquaint the West with Islam. Though in Azerbaijan the religion is separated from the state, the National Leader Heydar Aliyev always emphasized the exclusive role of Islam in clarification of society, spiritual development of people and also emphasized moral and educational value of our sacred book, Holy Quran.
Как показывает всемирная история, семья как защитник высоких духовных ценностей нашего народа и как носитель нашего генофонда сыграла важную роль и в нашем национальном развитии. В отличие от ряда обществ, институт семьи в азербайджанском обществе полностью выполняет свою социальную и национальную миссию. Следует отметить, что сама религия считается важнейшим фактором формирования и защиты семьи, потому что она имеет совокупность моральных ценностей и оказывает серьезное влияние на сознание людей. Исламская религия придает большое значение здоровью семьи. Не случайно, что в Священном Коране в нескольких стихах отражен именно этот вопрос и подчеркивается важность брака. Здесь следует отметить, что исламская религия, которая с четырнадцатого века формирует образ жизни и мировоззрение наших людей, играет незаменимую роль в формировании и защите семейной организации в Азербайджане.
Азербайджанская семья и сегодня сохранила свою целостность, чистоту, приверженность национальным традициям и менталитету. В этой модели семьи каждый понимает свою позицию, положение, функцию, цель. В то же время во все времена прогрессивный характер инноваций в общественной жизни не может не влиять на все аспекты семейного образа жизни, целей и принципов в целом. Азербайджанская семья также адекватно реагирует на реалии времени и старается держать пульс времени для обеспечения своих социальных, культурных и экономических интересов. Хотя эта модернизация охватывает многие вопросы, начиная одеждой и заканчивая мышлением и мировоззрением, серьезных изменений в фундаментальных принципах национальной модели семьи не произошло.
Растущая обеспокоенность по поводу ослабления и даже в некоторых случаях колебания института семьи в некоторых европейских странах еще раз демонстрирует жизненную важность и актуальность проблемы. Азербайджан стремится избежать негативного влияния глобализации на исторически сложившиеся фундаментальные семейные ценности. Молодое поколение Азербайджана, которое и сегодня несет в себе исторически сформировавшийся менталитет и нравственные ценности своего народа,
понимает исключительную роль семьи в его жизни. Семейная модель азербайджанского народа является уникальной не только на Западе, но и на Востоке. Семья это первый и самый важный источник социализации будущего гражданина. С другой стороны, каждая семья по-своему уникальна, общая культурная сфера, особый стиль мышления нации создает уникальную культурную среду в государстве. Институт семьи, который составляет ядро общества, также как и остальные ценности, не защищен от нападок. Но в исламском мире семья построена на прочном фундаменте, который не может поколебать ни один фактор. На самом деле, семья лучший способ познакомить Запад с исламом.
Хотя в Азербайджане религия отделена от государства, Общенациональный лидер Гейдар Алиев всегда подчеркивал исключительную роль ислама в очищении общества, духовном развитии людей, а также моральное и просветительское значение нашей священной книги Священного Корана.