Bildiriler

Sovet Hakimiyyətinin 1920-1940-cı Illərində İslam Dininə və Onun Komponentlərinə Münasibət (Şəki Qəzası Timsalında) The attitude to Islam and its components in the 20s-40s of the Soviet period (the case study of Shaki distirct) Отношение советского правительства к исламской религии и ее составляющим в 1920-х и 1940-х годах (на примере Шекинского уезда)

Elşən Abdurahmanov AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işçisi Müəllif

Xülasə

1917-ci ilin oktyabrında Rusiyada sovet hakimiyyətinin elan edilməsi keçmiş Çar Rusiyası ərazisində yaşayan xalqların, xüsusilə də müsəlman əhalinin ictimai-siyasi, mədəni və mənəvi həyatında köklü dəyişikliklərə səbəb oldu. Hakimiyyətinin ilk çağlarında özünü məzlum əhalinin xilaskarı, imperializmin düşməni elan edən bolşeviklər bu yolla siyasi hadisələri öz xeyirlərinə dəyişməyə çalışdılar.
Xalq Komissarları Sovetinin sədri V.İ.Lenin və Millətlər Komissarı İ.V.Stalinin “Rusiya və Şərqin əməkçi müsəlmanlarına müraciəti”ndə (3 dekabr 1917) bütün Rusiya ərazisində, o cümlədən Qafqaz, Mərkəzi Asiya, Sibir, Volqaboyu və Krımda yaşayan türk və müsəlman əhaliyə müraciət edilərək onların azad, firavan həyat sürmələri, öz milli və irfani həyatlarını müstəqil şəkildə yaşamaları üçün təminat verilir, tarixən zülmə məruz qalan bu xalqların artıq güvəndə olduqları bidirilir, xoşbəxt həyatın davamı üçün rus inqilabına dəstək olmaları xahiş edilirdi.
1920-ci ilin 28 aprelində Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra, həmin ilin 5 may tarixində Leninin RSFSR Xalq Komissarları Soveti adından Azərbaycanın Sovet Hökumətinə göndərdiyi teleqramda müstəqil Azərbaycan Respublikası zəhmətkeş kütlələrinin azadlığa çıxması alqışlanır və əminliklə bildirilirdi ki, müstəqil Azərbaycan Respublikası öz hökumətinin rəhbərliyi altında azadlıq və istiqlaliyyətini Şərqin məzlum xalqlarının qəddar düşməni olan imperializmdən qoruyub saxlayacaqdır. Lakin qısa bir müddət keçdikdən sonra, yuxarıda qeyd edilənlərin, sadəcə, bir vəd olduğu, Şərqin bir çox xalqları kimi, Azərbaycan əhalisinin digər imperiyalardan daha qəddar bir imperiyanın əsarətinə düşdüyü məlum oldu.
Azərbaycan işğal edildikdən sonra, 1920-ci ilin mayında ölkədə “vicdan azadlığı” adı altında hər cür dini ayinlərin icra olunması qadağan olundu, din dövlətdən və məktəbdən ayrıldı. Digər bir dekretlə xan, bəy və mülkədar torpaqları ilə yanaşı, monastr, kilsə, vəqf və məscid torpaqları bütün iş heyvanları ilə birlikdə müsadirə edilərək, “ödənişsiz olaraq, torpaqdan bərabər istifadə əsasında zəhmətkeş xalqa verildi”. Bununla belə, sovet hakimiyyə-
tinin ilk illərində respublika hökuməti dindarlara “qayğı göstərir”, dini bayramlarda müxtəlif dinə mənsub vətəndaşların bayram etmələri üçün onlaraqeyri-iş günü verilirdi. Hətta bu dövrdə məscidlərin, pirlərin, sinaqoqların və kilsələrin də əksəriyyəti fəaliyyətini davam etdirirdi. Bu istiqamətdə siyasətin aparılmasında Azərbaycan Xalq Komissarları Sovetinin sədri N.Nərimanovun tövsiyələri xüsusi rol oynamışdı.
Dinə qarşı sərt münasibət tədricən özünü büruzə verməyə başlayır. Xüsusilə də Stalinin ən yüksək vəzifəni tutmasından sonra, dinə və onun bütün komponentlərinə qarşı mübarizə açıq şəkil alır. Sinfi düşmən adlandırılan din xadimləri və onların övladlarının üzünə bütün sovet müəssisələri, hətta məktəblərin və digər tədris müəssisələrinin qapıları bağlanır. Məscidlər dağıdılır, ən yaxşı halda məktəblərə, bağçalara və anbarlara çevrilirdi. Ümumilikdə, təkcə 1929-cu ildə Azərbaycan qəzalarında 120 məscid binası zəbt edilib məktəb üçün istifadəyə verilir, 400 məscid bağlanır. Sovet hakimiyyəti ərəfəsində Şəki qəzasında fəaliyyətdə olan 450 məscidin, o cümlədən Şəki şəhərində 36 məscidin də taleyi acınacaqlı hal alır.
1925-ci ildə “Allahsızlar İttifaqı”nın təşkil edilməsi dinə qarşı mübarizənin lazımınca aparıldığını göstərən faktlardan biri idi.
Sovet Azərbaycanında 1920-ci illərin II yarısından etibarən, o cümlədən, onun tərkib hissəsi olan Şəki qəzasında hakimiyyətin din sahəsində tutduğu irticaçı mövqeyi dini atributlar, həm dini, həm də milli geyim və örtülər üzərinə total yürüşlə davam edir. Din xadimlərinin böyük əksəriyyəti repressiya qurbanına çevrilirlər. Dini və milli bayramlar qadağan edilir, məscid və mədrəsələrlə yanaşı, xalqın minilliklər ərzində yaratdığı digər maddi-mənəvi sərvətlərə, tarixi memarlıq abidələrinə də yad münasibət sərgilənir. Şəki Şəhər Sovetinin Kiş Kənd Soveti və məktəbinə ünvanladığı 7 fevral 1937-ci il tarixli məktubunda Şəkinin Kiş kəndində yerləşən tarixi Alban məbədinə qarşı yürüdülən siyasətin mənfi çalarları açıq şəkildə özünü büruzə verir.
İkinci Dünya müharibəsinin sonlarına yaxın dinə münasibətdə müəyyən dəyişiklik baş verir. 1944-cü ildə Qafqaz Müsəlmanları Ruhani İdarəsi yaradılır. Stalin gözlənilmədən məscidərin fəaliyyətinin bərpa edilməsi barədə 1945-ci ilin dekabrında sərəncam verir. Bakıda Təzəpir və Əjdər bəy, Maştağa, Lənkəran, Naxçıvan, Ordubad, Ağdam və Şəkidə bəzi məscidlər açılır. SSRİ-dən Məkkə ziyarətinə getmək üçün ikisi azərbaycanlı olmaqla, 1945ci ilin dekabrında zəvvarlar qrupu təşkil edilir. Beləliklə, dünya ictimaiyyəti qarşısında özünü müsəlmanların hamisi kimi qələmə verməyə çalışan sovet rəhbərliyi bu tədbirlərlə müsəlman əhalinin rəğbətini qazanmağa, gələcək siyasi və dini avantürasını genişləndirməyə çalışırdı.
XX əsrin 20-40-cı illərində sovet hakimiyyətinin iqtisadi, mədəni və digər sahələrdə yürütdüyü siyasət nəticəsində, cəmiyyətin strukturunun dəyişməsi iqtisadi problemlərin dərinləşməsinə, sosial-ictimai həyatda ziddiyyətlərinartmasına və buna adekvat olaraq, xalqın ciddi müqavimətinə gətirib çıxardı. Hökumətin sosial-siyasi və ictimai sahədə buraxdığı kobud səhvlərdən biri də İttifaq daxilində yaşayan xalqların, əsasən də türk və müsəlmanların milli-mənəvi, dini dəyərlərinə qarşı hörmətsizlik, qadağa və təhqiramiz mövqe sərgiləməsi idi.
XX əsrin 20-40-cı illərində dini vəziyyətlə bağlı istər sovet dönəmində, istərsə də Azərbaycan müstəqillik əldə etdikdən sonra, dəyərli araşdırmalar aparılmış, mövcud durum təhlil edilərək bir sıra əsərlər yazıya alınmışdır. Bununla belə, həmin zaman kəsiyində Şəki qəzasında dinə və dini atributlara münasibət istiqamətində sistemli tədqiqat aparılmamış, qəzada yeridilən dini siyasətin mahiyyətinə aydınlıq gətirilməmişdir. Bu məqalədə geniş tədqiqat sahəsi olan mövzunun əsas məqamlarını işqlandırmaq qarşıya məqsəd qoyulmuşdur.
Məqalədə sovet hakimiyyətinin 1920-1940-cı illərində Şəki qəzasında yeridilən dini siyasəti fonunda bütövlükdə Azərbaycan SSR-dəki dini mühit, dinə və onun komponentlərinə qarşı münasibət təhlil edilmiş, hakimiyyətin dini siyasətlə bağlı tutduğu mövqeyə aydınlıq gətirilməsinə çalışılmışdır. Tədqiqat zamanı Azərbaycan Respublikası Dövlət Arxivi, onun Şəki filialındakı, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi arxivlərindəki materiallardan, dövri mətbuat vasitələrindən, o cümlədən dövrün siyasi liderlərinin xatirə memuarlarından, həmçinin elmi əsərlərdən geniş istifadə edilmişdir.
The declaration of the Soviet power in Russia in October 1917 caused radical changes in political, cultural and spiritual life of the people, especially Muslim population living in the territory of the former Tsarist Russia. The Bolsheviks, who proclaimed themselves the savior of the oppressed population and the enemy of imperialism, attempted to change political events for their own benefits in the early years of their power.
V.I.Lenin, Chairman of the Council of People’s Commissars and the I.V.Stalin, General Secretary of the Communist Party, addressed to Worker Muslims of Russia and the East including the Caucasus, Central Asia, Siberia, Volgograd and Crimea on December 3, 1917. Muslims were convinced that they were secure and were urged to support Russian revolution to live free and prosperous life to continue their national lives independently.
On April 28, 1920, after the occupation of Azerbaijan by Soviet Russia, the telegram which welcomed the freedom of Azerbaijani workers was sent by Lenin on behalf of the People’s Commissars of the RSFSR to the Soviet Power in Azerbaijan on May 5, 1920. The letter assured the people about their protection from imperialism, the cruel enemy of the oppressed peoples of the East. However, after a short period of time, it was revealed that these words were just a promise; as many peoples of the East, the population of Azerbaijan was enslaved by more atrocious empire.
After the occupation of Azerbaijan, in May 1920, all kinds of religious rites were prohibited under the name of “freedom of conscience” in Azerbaijan SSR and religion was separated from state and school. By another decree, the lands belonging to monasteries, churches, foundations and mosques were confiscated along with the lands of khan, bay and other landowners with all the working animals and were given to the use of public under the name of “equal use of land”. However, in the early years of the Soviet system, the government pretended to care for religious people, and set non working days to celebrate religious holidays. During this period, the majority of mosques, synagogues, and churches continued their activity. The recommendations of N.Narimanov, Chairman of the People’s Commissars of Azerbaijan, played a special role in the implementation of the policy in this direction.
Hostile attitude towards religion gradually began to manifest itself. After Stalin held the highest position, the struggle against religion and all its componentsbecame obvious. Religious leaders and their children were called class enemies and the doors of all Soviet institutions, even schools were closed to their face. Mosques were destroyed or turned into schools, gardens and warehouses. In general, only in 1929, 120 mosques were occupied and turned into schools; 400 mosques were closed. During the Soviet system, the fate of 450 mosques in Sheki district, including 36 mosques in city, was miserable. In 1925, the organization of the “Union of Disbelievers” was one of the facts showcasing that the struggle against religion was carried out properly.
From the second half of the 20th century, the radical position of the authorities towards religion in the Soviet Azerbaijan, including Shaki district, continued with a total attack on religious and national clothing and attributes.The vast majority of religious figures became the victims of repression. Religious and national holidays were prohibited. Along with the mosques and madrasahs, hostile attitude is also displayed towards material and spiritual wealth, historical and architectural monuments. The letter of Shaki city soviet to Kish village soviet and school dated February 7,1937, clearly shows the negative attitude towards the historic Albanian temple in Shaki Kish village.
Certain changes was observed in the attitude towards religion near the end of World War II. In 1944, the Caucasian Muslims Administration was established. In December 1945, Stalin signs an order on the restoration of mosques’ activity unexpectedly. Mosques such as Taza Pir, Haji Ajdar Bey, Mashtaga, Lankaran, Nakhchivan, Ordubad, Aghdam and Shaki were put into use. In December 1945, a group of pilgrims from the USSR, two of which were Azerbaijani, were created to visit Mecca.
Thus, the Soviet power pretended itself as the protector of Muslims in the world searching to gain the respect of the Muslim population and expanding its future political and religious exploits.
In the 20s and 40s of the 20th century, valuable studies were conducted both in the Soviet era and after the independence of Azerbaijan and a number of works were written analyzing the situation. However, there is no systematic research on the attitude towards religion and religious attributes in Shaki district and the essence of religious policy at that period was not explained. The article aims to highlight the key points of the research area.
The article analyzed the attitude of the Soviet Union to the religious environment, religion and its components and attempted to identify the position of the religious policy pursued in Shaki. During the research, the materials of scientific archives of the Institute of Manuscripts named after M. Fuzuli, the State Archive of the Republic of Azerbaijan and its Sheki branch, materials of periodical press, memoirs of political leaders and scientific works have been widely used in the research.
Провозглашение Советской власти в России в октябре 1917 года, вызвало радикальные изменения в общественно-политической, культурной и духовной жизни людей, проживающих на территории бывшей Царской России, в частности мусульманского населения. В первые годы её правления большевики, которые провозгласили себя спасителями угнетенного населения и врагами империализма, пытались превратить политические события в свою пользу.
В «Обращении к Российским и Восточным рабочим мусульманам» Председателя Совета Народных Комиссаров В.И. Ленина и Народного Комиссара по национальным вопросам И.В.Сталина (3 декабря 1917 года) к проживающим на всей територии России, в том числе на Кавказе, в Средней Азии, в Сибири, в Приволжье и в Крыму, тюркам и мусульманскому населению cообщается о гарантировании проведения свободной, процветающей жизни, независимого проживания своей национальной и просвещающей жизнью. Теперь эти исторически угнетенные народы будут жить в безопастности и в доверии, и для продолжения счастливой жизни их просят поддержать русскую революцию.
28 апреля 1920 г. после оккупации Азербайджана Советской Россией, 5 мая того же года, на телеграмме посланной Ленином Советскому правительству от имени Совета народных комиссаров РСФСР, приветствуется освобождение трудящихся масс независимой Азербайджанской Республики и с уверенностью сообщается, что под руководством своего правительства независимая Азербайджанская Республика будет защищать свою свободу и независимость от империализма, жестокого врага угнетенных народов Востока. Но через некоторое время стало ясно, что вышеизложенное было просто обещанием, как и многие народы Востока, азербайджанцы также были захвачены более жестокой империей.
После оккупации Азербайджана, с мая 1920 года, поставили запрет на проведение различных регилиозных обрядов под названием «свобода совести», религия отделилась от государства и школы. Под другим декре-
том наравне с ханскими, бекскими и помещичьими землями, земли монастырей, церквей, вакфов и мечетей были конфискованы вместе со всеми рабочими животными и отданы «неоплачиваемому трудовому населению на основе равноправного использования земли». Но, несмотря на это, в первые годы Советской власти правительство республики «оказывало заботу» верующим, определили не рабочие дни для отмечания религиозных праздников гражданам, принадлежащим к разным религиям. В этот период даже продолжали свою деятельность многие мечети, священные места, синагоги и церкви. В проведении политики в этом направлении огромную роль играли рекомендации председателя Совета Народных Комиссаров Азербайджана Н.Нариманова.
Но суровое отнощение к религии постепенно начало показывать себя. Особенно после того как Сталин приобрел высокий пост, борьба против религии и его компонентов открыто показала себя. Двери всех Советских учреждений, даже школ и других учебных заведений были закрыты для религиозных деятелей и их детей, которых называли классовыми врагами. Мечети разрушаются и в лучшем случае превращаются в школы, сады и склады. В целом, только в 1929 году в уездах Азербайджана 120 мечетей были захвачены и отданы в пользование школ, 400 мечетей были закрыты. Накануне советского правления судьба 450 мечетей в Шекинском уезде, в том числе 36 мечетей в городе Шеки остались в плачевном состоянии.
Создание в 1925 году «Союза Безбожников» было одним из фактов, свидетельствующим о том, что борьба с религией велась должным образом. Co второй половины 20-го века в Советском Азербайджане, в том числе в Шекинском уезде, являющемся его неотъемлемой частью, продолжается тотальный поход против религиозных атрибутов, а также религиозных и национальной одежды и покрывал. Подавляющее большинство религиозных деятелей стали жертвами репрессий. Религиозные и национальные праздники были запрещены. Наряду с мечетями и медресе, демонстрируется чуждое отношение к материальному и духовному богатству, к памятникам истории и архитектуры созданными людьми на протяжении тысячелетий. Письмо Шекинского городского совета написанное 7 февраля 1937 года, и адресованное кишинскому сельскому совету, отражает
негативные отношения к историческому албанскому храму.
Ближе к концу Второй мировой войны происходят изменения в от-
ношении религии. В 1944 году было создано Духовное управление мусульман Кавказа. В декабре 1945 года Сталин неожиданно издал указ о восстановлении мечетей. Открываются мечети Таза Пир, Хаджи Аждар Бек в Баку, и некоторые мечети в Маштаге, Лянкяране, Нахичевани, Орду-
баде, Агдаме и в Шеки. В декабре 1945 года в СССР была создана группа паломников для отправки в паломничество в Мекку, в составе которой было двое азербайджанцев. Таким образом, Советская власть стремилась показать себя покровителем мусульман перед мировым сообществом, завоевать симпатии мусульманского населения и расширить свои политические и религиозные авантюры в будущем.
В результате политики, проведенной Советской властью в экономической, культурной и других областях в 20-е и 40-е годы 20-го века, изменение структуры общества привело к углублению экономических проблем, обострению противоречий в социально-общественной жизни и соответственно серьезному сопротивлению народа. Одной из грубых ошибок, допущенных правительством в социально-политической и общественной сфере, была демонстрация неуважения, запрета и оскорбительного отношения к национальным, духовным и религиозным ценностям тюркоязычных народов, в основном турок и мусульман.
В 20-40-е годы 19-го века были проведены ценные исследования, анализ ситуации и написанны ряд произведений в связи с религиозной обстановкой как в советское время, так и после обретения Азербайджаном независимости. Однако, не были проведены систематичекие исследования в направлении отношений к религии и религиозным атрибутам, не была выяснена суть религиозной политики, проводимой в уездев этом промежутке времени. Цель этой статьи – осветить основные нюансы темы, являющейся обширным научным исследованием.
В статье анализируется отношение к религии, его компонентам и в целом к религиозной среде, в Азербайджанской ССР в 20-е и 40-е годы советской власти, на фоне религиозной политики, проводимой в Шеки и была предпринята попытка уточнить позицию правительства в отношении религиозной политики. Во время исследований были использованы материалы Государственного архива Азербайджанской Республики, его Шекинского филиала, научного архива Института рукописей им. М.Физули, периодических изданий, а также памятных воспоминаний политических деятелей эпохи и научных трудов.