Bildiriler

1801-1917-ci Illərdə Çarizmın Cənubi Qafqazda İslam Siyasəti (Arxiv Materialları Əsasında) Islamic policy of Tsarist Russia in the South Caucasus in 1801-1917 (based on archival materials) Исламская политика царизма на Южном Кавказе в 1801-1917 гг. (на основании архивных материалов)

Mirzə Ənsərli AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Müəllif

Xülasə

1828-ci il fevralın 10-da Qacar sülaləsi ilə Rusiya arasında bağlanmış Türkmənçay müqaviləsinə əsasən, Araz çayı sərhəd olaraq, Azərbaycan ərazisini iki hissəyə ayırdı. Şimal hissəsi Rusiyanın, cənub hissəsi isə Qacar sülaləsinin hakimiyyəti altına keçdi. Çar hökuməti Cənubi Qafqazın yerli əhalisinin əksəriyyətini təşkil edən müsəlman türklərinin dini etiqadına həssaslıqla yanaşdığına görə, müəyyən islahatlar keçirməyə başladı. Bu məqsədlə Cənubi Qafqazın əhalisinin şiə və sünni məzhəbinə qulluq edən əhalisi üçün ayrılıqda iki idarə yaratdı: Cənubi Qafqaz Şiə Ruhani İdarəsi və Cənubi Qafqaz Sünni Ruhani İdarəsi. Hər iki idarənin 115 maddədən ibarət Nizamnaməsi 1872-ci il aprelin 5-də Çar tərəfindən Krımın Yalta şəhərində Livadiya sarayında imzalandı. Hər iki idarə 1918-ci ilədək Tiflis şəhərində yerləşirdi.
1918-ci il mayın sonunda Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan adlı müstəqil dövlətlər yaradıldı. Əvvəllər bütün Qafqazı əhatə edən adları qeyd olunan idarələr fəaliyyətini Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) paytaxtı olan Bakı şəhərində davam etdirməyə başladılar.
1920-ci il aprelin 28-də müstəqil AXC Sovet Rusiyasının “XI Qızıl Ordu”su tərəfindən işğal olundu və ölkənin müsəlman əhalisinin yeni dövrü başladı. Dini idarələr ləğv edildi, məscidlərin bir hissəsi bağlandı və dağıdıldı. Din xadimlərimizin çoxu repressiyaya məruz qaldı. Sağ qalanların bir hissəsi ölkəni tərk etdi, bir hissəsi isə yeni quruluşu qəbul etdi.
1872-1918-ci illərdə Tiflisdə fəaliyyət göstərmiş hər iki idarənin arxivi 1922-ci ildə Azərbaycan SSR-yə təhvil verildi. Hazırda bu sənədlər Azərbaycan Dövlət Tarix Arxivinin 288 saylı fondunda (1827-1887) Şeyxülislamlıq İdarəsinin dəftərxanasının sənədləri (162 iş), 290 saylı fondda (1872-1918) Şeyxülislamlığın əsas materialları (3884 iş), 289 saylı fondda Müftilik İdarəsinin dəftərxanasının sənədləri (118 iş), 291 saylı fondda isə Müftilik İdarəsinin (1872-1918) materialları (5195 iş) saxlanılır. Onu da qeyd edək ki, Çar hökuməti müsəlmanların anadan olması, vəfat etməsi, nikah bağlanması və boşanmaların qeydiyyatını hər iki idarəyə tapşırmışdı. Yuxarıda qeyd olunan məsələlərin statistikası məscidlərdə çox dəqiqliklə aparılırdı. Bu sənədlər fasiləsiz olaraq daim istifadə olunduğundan, yararsız hala düşdüyü üçün müəyyən vaxtlarda bərpa olunması istiqamətində işlər də görülmüşdür. Tam yararsız hala düşənlər fonddan çıxarılırdı.
Apardığımız tədqiqatlardan məlum olur ki, hər iki məzhəb üçün Tiflis, Kutaisi, Yelizavetpol, Bakı, İrəvan quberniyalarında Quberniya Ali Dini məclisləri fəaliyyət göstərmişdir. Qəzalarda isə dini məzhəblərlə qazılar məşğul olurdular. Bu sənədlər arasında XIX-XX əsrlərin əvvəllərində Cənubi Qafqazda yaşamış müsəlmanların (türklər, talışlar, tatlar, avarlar və başqa xalqlar, etnik qruplar) din xadimləri və ali zümrəsinə mənsub şəxslər haqqında qiymətli materiallar vardır. Onların bir çoxu araşdırılmalı, tədqiq edilərək nəşr olunmalıdır.
According to the Treaty of Turkmenchay signed between the Qajar dynasty and Russia on February 10, 1828, the Araz River divided Azerbaijan as a border into two parts. The northern part was subordinated to Russia, and the southern part to the Qajar dynasty. As the tsarist government was sensitive to the religious beliefs of the Muslim Turks who constituted the overwhelming majority of the local population in the South Caucasus, it began to carry out certain reforms. To this end, the government established two separate institutions for the population of the South Caucasus, serving the Shiite and Sunni sects: the South Caucasian Shiite Clerical Department and the North Caucasian Sunni Clerical Department. The charter of both departments, consisting of 115 statements, was signed on April 5, 1872 in the Livadia Palace, located in Yalta, Crimea. Until 1918, both departments were located in the city of Tiflis. At the end of May 1918, independent states were established in the South Caucasus: Azerbaijan, Georgia and Armenia. These departments, which previously covered the entire Caucasus, began their activities in the capital of the Azerbaijan Democratic Republic (ADR), Baku.
On April 28, 1920, the independent ADR was occupied by the Red Army of Soviet Russia, and a new era started in the lives of the Muslim population of the country. Religious organizations were eliminated, part of the mosques was closed and destroyed. Most religious leaders were repressed. Some of the survivors left the country, while others adopted a new structure.
In 1872-1918, the existing archives of both departments were transferred to the Azerbaijan SSR in 1922. Currently, these documents are stored in the State Archive of History of Azerbaijan: in Fund 288 (1827-1887), documents of the Sheikh ul-Islam Administration Office (162 cases); Fund 290 (18721918), main materials of the Sheikh ul-Islam Administration (3884 cases); in Fund 289, documents of the office of the Mufti Administration (118 cases); and in Fund 291 (1872-1918), the materials of the Mufti Administration (5195 cases). It should be noted that the tsarist government ordered both departments to register dates of birth, death, marriage and divorce of Muslims. Specified statistics questions were recorded in the mosques exactly. Due to the continuoususe of these documents, they wore heavily and special work was carried out to restore them. The most unusable materials were withdrawn from the fund.
In the conducted studies it became clear that the Provincial High Religious Assemblies operated for both currents in the Tiflis, Kutaisi, Elizavotopol, Baku, and Yerevan Gubernias. And gadias (ghazis) were engaged religious issues in in the provinces. Among these documents there are significant materials about religious figures and those belonging to the highest strata of Muslims (Turks, Talyshs, Tats, Avars, and other peoples and ethnic groups) of the South Caucasus relating to the 19th and early 20th centuries. Some of them must be carefully studied and published.
10 февраля 1828 года, согласно Туркменчайскому соглашению между династией Каджаров и Россией, река Араз как граница разделила Азербайджан на две части. Северная часть была подчинена России, а южная династии Каджаров. Царское правительство начало проводить определенные реформы, потому что чувствительно относилось к религиозным убеждениям мусульманских тюрок, составляющих подавляющее большинство местного населения Южного Кавказа. С этой целью оно создало два отдельных учреждения для населения Южного Кавказа, обслуживающих шиитскую и суннитскую направления: Южно-кавказское шиитское духовное учреждение и Северо-кавказское суннитское духовное учреждение. Устав обоих учреждений, состоящий из 115 статей, был подписан 5 апреля 1872 года в Ливадийском сарае, находящимся в крымском городе Ялте. До 1918 года оба учреждения располагались в городе Тифлис. В конце мая 1918 года на Южном Кавказе были созданы независимые государства: Азербайджан, Грузия и Армения. Эти учреждения, раньше охватывающие весь Кавказ, начали свою деятельность в столице Азербайджанской Демократической Республики (АДР) Баку.
28 апреля 1920 года независимая АДР была оккупирована XI Золотой армией Советской России, и началась новая эра для мусульманского населения страны. Религиозные учреждения были ликвидированы, часть мечетей закрыта и разрушена. Большинство религиозных деятелей подверглось репрессиям. Некоторые из оставшихся в живых покинули страну, а остальные приняли новую структуру.
Архивы обоих управлений, действующих в 1872-1918 годы, в 1922 году были переданы Азербайджанской ССР. В настоящее время эти документы хранятся в Государственном архиве истории Азербайджана: фонде № 288 (1927-1887) документы канцелярии управления Шейхульисламства (162 дела), в фонде № 290 (1872-1918) основные материалы Шейхульисламства (3884 дела), в фонде № 289 документы канцелярии управления Муфтии (118 дел), а в фонде № 291 (1872-1918) материалы управления Муфтии (5195 дел). Необходимо отметить, что царское правительство поручило обоим управлениям регистрировать даты рождения, смерти, заключения брака и разводов мусульман. Отмеченные статистические вопросы в точности регистрировались в мечетях. Из-за непрерывного использования этих документов, они сильно изнашивались, и для восстановления проводились особые работы. Из фонда выводились самые непригодные материалы.
В ходе проведенных исследований выяснилось, что для обоих течений в Тифлисской, Кутаисской, Елизавотопольской, Бакинской, Иреванской губерниях действовали Губернские высшие религиозные собрания. А в провинциях религиозными вопросами занимались кадии (гази). Среди документов имеются значимые материалы о религиозных деятелях и относяшихся к высшим слоям мусульманах (тюрках, талышах, татах, аварах и др. народах и этнических группах) Южного Кавказа, относящиеся к XIX началу XX века. Некоторые из них должны тщательно изучены и в обязательном порядке опубликованы.