Материалы

Azərbaycanın Şimal-Qərb Bölgesinin Həm dövr Abidələrində Birgəyaşayışın İzləri Azərbaycanın Şimal-Qərb Bölgesinin Həm dövr Abidələrində Birgəyaşayışın İzləri

Elşən AMEA Şəki Regional Elmi Mərkəzi, elmi katib, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun dissertantı Автор

Аннотация

Şimal-Qərbi Azərbaycan Antik və ilk Orta əsrlərdən etibarən tolerantlığın, bir-biri ilə yaxın təmasda olan mədəni özünəməxsusluğun bir sıra elementləri ilə zəngindir. Əraziyə daxil olan yaşayış yerlərində, Alban məbədləri və qəbir abidələrində çoxtanrılılığa, xristian və İslam dinlərinə mənsub əhalinin birgəyaşayış əlamətlərini müşahidə etmək mümkündür. Aparılan tədqiqatlar nəticəsində eyni bir məkanda bütpərəst, xristian və müsəlman qəbirlərinə rast gəlinməsi, indinin özündə belə həyata keçirilən rituallarda oxşar elementlərin izlənilməsi ictimai həyat normalarının qədim tarixə malik olmasından xəbər verir.
Azərbaycanın bir çox ərazilərində olduğu kimi, şimal-qərb bölgəsində də xristian məbədlərin çoxtanrılılıqla, kosmoqonik inamlarla bağlı olan dini abidələrin üzərində və ya tam yaxınlığında inşa edilməsi, bəzi məscidlərin xristian məbədlərinin qalıqları və ya özülündə inşa edilməsi tarixi, dini və mədəni varisliyin əsas göstəricilərindəndir. Bununla yanaşı, həmin abidələrin tərtibatında və mahiyyətindəki bənzərliklər, fərqli dinlərə məxsus həmdövr abidələr üzərində oxşar simvol və təsvirlərin yer alması birgəyaşayışın öyrənilməsini aktuallaşdıran məqamlardandır.
Bölgədə əsrlərlə davam edən ictimai mühit nəticəsində etnik qruplar arasında mədəni, sosial-iqtisadi əlaqələrin inkişafı vahid dini-ideoloji, fəlsəfi təfəkkürün, özünüdərkin fomalaşmasına təsir edərək, etnik və dini özünəməxsusluqdan vahid ümumAzərbaycan məfkurəsi, mentaliteti, mədəni irsinin təşəkkül tapmasına doğru inkişaf yolu keçmişdir.
Tədqiqat işində aşağıda qeyd edilən məqamlar ön plana çəkilmişdir:
1. Bölgədə müxtəlif dövrlərə məxsus qəbir abidələrinin formalarında oxşarlıqların izlənilməsi.
2. Bölgədəki XVII-XIX əsrlər xristian və müsəlman abidələrində oxşar simvol, işarə və təsvirlərin (həyat ağacı, onun kənarlarında quş təsvirləri, nəbati təsvirlər, günəşi simvolizə edən işarələr və onların stilizə olunmuş formalarının) aşkarlanması və öyrənilməsi.
Məqalədə müəllifin bölgədə apardığı tədqiqatlar, şəxsi müşahidələr zamanı əldə etdiyi faktlar və məlumatlar sistemləşdirilərək, tədqiqata cəlb olunmuşdur. Müəllif yuxarıda qeyd edilən məsələlərin mahiyyətinə nüfuz etməyə, birgəyaşayış zəminində ortaq dəyərlərin öyrənilməsinə cəhd göstərmişdir.
Tədqiqatın aparılmasında arxeoloji qazıntıların, çöl ekspedisiyası və etnoqrafik müşahidələrin nəticələrinə, tarixi mənbələrə və tədqiqat əsərlərinə istinad edilmişdir.