Материалы

Birgəyaşayış Mədəniyyəti və Onun Fəlsəfi Əsasları Birgəyaşayış Mədəniyyəti və Onun Fəlsəfi Əsasları

Ələddin Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, AMEA RH aparatı Təhsil şöbəsinin müdiri Автор

Аннотация

Birgəyaşayış prosesinin zərurəti aydın olduğundan, onun mədəniyyəti və fəlsəfi əsasları daha önəmlidir. Birgəyaşayış qloballaşma dövründə, artıq bir zərurətdir. Bu tezisdə birgəyaşayış düşüncəsinin praktiki forması və onun fəlsəfi aspektləri araşdırılacaq. Aydındır ki, dini müxtəliflik nəzəriyyələri dinlərdə mövcud olan həqiqət və qurtuluş haqqında üç əsas nəzəriyyə irəli sürür.
1. Eksklüvistlər yalnız öz din və məzhəblərini haqq, qalanlarını isə nahaq bildiklərinə görə zorakılığa rəvac verməkdə ittiham olunurlar. Amma diqqət etmək lazımdır ki, eksklüzivizm və zorakılıq arasında məntiqi bağlılıq yoxdur. Biri hansı dinin haqq olması sualına, digəri müxtəlif din ardıcıllarının bir-birinə qarşı necə rəftar etməli olduğu sualına cavabdır. İnsan eksklüzivist olmaqla yanaşı, tolerantlıq və dözümlülüyə da etiqad bəsləyə bilər.
2. İnklüsivistlər iki sualı cavablandırırlar: birincisi, mütləq haqq olan bir din var, ya yoxdur? İkincisi, belə bir dinin olmasına ehtimal versək, həmin dinin xaricində qurtuluş yolu varmı? İnklüsivizmin müxtəlif modelləri mövcuddur: a) yalnız bir din mütləq haqq dindir, digər dinlər azğınlıqda olsalar da, onların sadiq yolçuları ilahi əfvə şamil olunacaqlar. Məsələn, müəyyən zamanda həqiqətə iman gətirəcəklər; b) ikinci modelə görə, yalnız bir din mütləq haqdır, digər dinlərin də həqiqətdən payları var; haqq dinlə müştərək olduqları qədər qurtuluş tapma haqqına sahibdirlər; c) üçüncü modeldə Karl Raner deyir ki, yalnız bir din haqdır və hidayətin başlıca yolu da budur. Başqa heç bir yolla qurtuluşa varmaq mümkün deyildir. Tanrı hamının hidayətinə meyilli olduğu üçün İsa (ə) elə bir kəffarə ödədi ki, bərəkəti hamıya çatdı; d) dördüncü model: aləmdəki dinlərin, xüsusilə tarixboyu uzunmüddətli olanların həqiqətdən payları var. Mütləq haqdan mütləq puçluğa kimi uzun məsafə var. Dinlər arasındakı münasibət mütləq haqq və mütləq batil nisbəti deyil, haqq və daha haqq nisbətidir. Dinin əsas qayəsini öz ardıcıllarında daha çox icad edən dinin haqdan bəhrəsi də çoxdur.
3. Plüralizm dinlərin haqq olması mövzusunda bir nəzəriyyədir; haqqın vahid deyil, çoxsaylı olduğunu və bunun da həqiqətin çoxdərəcəli, çoxüzlü olmasından irəli gəldiyini iddia edir. Odur ki, İsa (ə) xristianlar üçün, Məhəmməd (s) müsəlmanlar üçün haqdır.
Beləliklə, birgəyaşayış zəruri bağlılıqla plüralizmi məqbul saymaq anlamına gəlirmi? Plüralizm nəzəriyyəsi tolerantlıqdırmı? Birgəyaşayış tolerantlığın nəticəsidirmi? Birgəyaşayış radikal düşüncə ilə tam şəkildə təzad təşkil edirmi? Bu suallar birgəyaşayışın əsas fəlsəfi suallarıdır. Burada sualları cavablandıracaq və mövcud nəzəriyyələri dəyərləndirəcəyik.