Birgəyaşayış Fenomeninin Fəlsəfi-Psixoloji Təhlinində Metodoloji Problem
Xülasə
Birgəyaşayış sosial varlıq olan insanın humanist prinsiplər baxımından mövcudluğunun əsas şərti kimi nəzərdən keçirilir. Məlumdur ki, insan bioloji varlıqdır və onun bioloji mövcudluğunu davam etdirməsi üçün birgəyaşayışa ehtiyacı var. Eyni zamanda, insan digər canlılardan fərqli şüur daşıyıcısı olduğundan, onun birgəyaşayış tələbatının yalnız bioloji, fiziki əsaslardan çıxış edərək təhlil olunması birgəyaşayış fenomeninin və insanın mahiyyətinin doğru olmayan dərkinə gətirib çıxarır.
Elmi-fəlsəfi, elmi-psixoloji yanaşmalarda insanların birgə yaşama zərurəti, birgə yaşama istəkləri fərqli istiqamətlərdə təhlil edilməkdədir. Bu fərqliliyin mahiyyətinin dərkində insanın sosiallığın hansı paradiqmalar əsasında öyrənildiyini bilmək böyük rol oynayır. Bu mənada, sosial elmlərdə biliyin meyarlarının necə müəyyənləşməsi sosiallığın özünü müəyyənləşdirmiş olur. Müəyyən dövr ərzində sosial elmlərdə elmin obyekt yanaşmasının monopoliyası birgəyaşayış probleminin fəlsəfi-psixoloji dərkində də özünü göstərir.
Sosiologiya elminin pozivist yanaşmadan çıxış edərək birgəyaşayış problemini yalnız elmi-məntiqi yanaşmaya, rasionalizmə əsaslanaraq həll etmə cəhdləri özünü doğrultmadığından, humanitar elmlərdə insan, cəmiyyət probleminin dərkində yeni yanaşmalara böyük ehtiyac hiss edilir. Birgəyaşayışın dərkində “Düşünürəmsə, demək varam” paradiqmasından “Mən varam” paradiqmasına yenidən keçid ehtiyacı doğur.
Rasionalizmin “Mən”in imkanlarını şüurun dərk olunan sferası ilə məhdudlaşdırmasına etiraz olaraq psixologiya elmində Z. Freydin psixoanalizi insanın qaranlıq, yəni dərk olunmayan tərəflərinin insanın varlığında iştirakı məsələsini ortaya qoyur. Fəlsəfədə “Mən”in “cogitatio” (təfəkkür) sferasından uzaqlaşdırılması cəhdi ekzistensial ehtiyacdan doğduğundan, insanın, cəmiyyətin rasionalizmin imkanları daxilində təhlili mümkün olmayan problemləri ekzistensializmdə öyrənilmə imkanları əldə edir.
Ekzistensial yanaşma birgə mövcudluğu obyektiv gerçəkliyə əsaslanan sosial mexanizm sferasından mənəvi varlıq olan “Mən”in daxili çağırışlarına daşımış olur. Yeni paradiqmatik dəyişiklik M. Buberin yanaşmasında ifadəsini tapan “Mən”lə “Sən”in ünsiyyət, dialoq ehtiyacından, P. Tillixin əsərlərində təhlil olunan mənalandırma, qayğı, təlaşın insan həyatında oynadığı rolun əhəmiyyətindən qaynaqlanaraq doğmuş olur. Bu baxımdan, birgəyaşayışın insan yaşantısının gerçəkləşmiş əksi kimi təhlili birgəyaşayışın imkanlarının genişliyini və varlığı qoruyub saxlayan mühitin müəyyənləşməsinə yol aça bilər.

Açar sözlər
birgəyaşayış, varlıq, rasionalizm, cəmiyyət, şüur, fəlsəfə, ekzistensial