Материалы

Xilafət Dönəmində Birgəyaşayış: Mədəniyyətlərarası Dialoq və Sülh Quruculuğu Xilafət Dönəmində Birgəyaşayış: Mədəniyyətlərarası Dialoq və Sülh Quruculuğu

Röya AMEA Elm Tarixi İnstitutunun elmi işçisi, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun dissertantı Автор

Аннотация

Tarix müxtəlif dövrlərdə fərqli sivilizasiya və cəmiyyətlərin mövcudluğuna şahid olmuşdur. Bu cəmiyyətlərdən bəziləri ayrıseçkiliyə və özünütəcridə üstünlük vermiş və mədəni müxtəlifliyi və plüralizmi yaşatmamışdır. Bəziləri isə birgəyaşayışa meyilli olmuş, sülh, əmin-amanlıq, birlik və bərabərlik hissləri içərisində yaşamağı mühüm hesab etmişlər. İnsanın mənəvi dünyasının aliliyi də başqa millətdən olanları, başqa dildə danışanları, başqa dinə, irqə mənsub olanları qəbul etməsi ilə, onlarla eyni vaxtda, eyni yerdə birlikdə yaşamağı bacarması ilə aydın olur. Belə sivilizasiyalardan biri də millətlər arasındakı fərqlilikləri ayrılıq kimi deyil, zənginlik kimi görən İslam sivilizasiyasıdır. Bunun nəticəsi idi ki, “İslamın qızıl dövrü” (VIII-XIII) adlandırılan Orta əsrlərdə İslam sivilizasiyası mədəni, iqtisadi, elmi sahədə böyük nailiyyətlər qazanmış və Müsəlman dünyası üçün əsl qürur mənbəyi olmuşdur.
Birgəyaşayış təcrübəsinə təsir edən digər məsələ isə ərəblərin geniş əraziləri fəth etmələri idi. Ərəb-müsəlman fəthləri Orta əsr sivilizasiyasında yeni səhifə açdı. Xüsusilə də Bizansimperiyasının şərq regionlarının və bütövlükdə Sasani imperiyasının İslam imperiyası daxilində birləşməsi nəticəsində müsəlmanlar özlərində əvvəlki xalqların mədəniyyətlərini, xüsusilə də idarəetmə mədəniyyətini mənimsəyərək, ortaq ideyaya xidmət edən unikal bir cəmiyyət ortaya qoya bildi. Orta əsrlər İslam sivilizasiyası isə yüksək və dominant sivil cəmiyyət kimi formalaşdı, yəhudi, xristian, zərdüşt dinindən olan əhalinin hər biri öz köklərini saxlamaqla dominant olan cəmiyyətə qarışaraq zənginləşdi. Müsəlmanların fəthdən sonra, demək olar ki, bütün sahələrdə müxtəlif mədəniyyətlərlə ədalətli paylaşma sistemi əsasında ictimai birgəyaşayışı qura bilmələri qısa müddətdə mədəniyyətlər arasında sülh quruculuğu prosesində inkişafı böyük faydalar təmin etdi. Qərb elmi ədəbiyyatında mədəniyyətlərarası dialoq və sülh quruculuğunun yaxın dönəmin terminləri olmasına baxmayaraq, İslam sivilizasiyasında bu məsələlər hələ orta çağlarda diqqət mərkəzində olmuşdur.
Burada birgəyaşayışın səbəbi kimi iki əsas amili göstərmək olar:
Xəlifələr tərəfindən mövcud etnik mədəni müxtəlifliyin qorunmasına diqqət.
Cəmiyyətdəki bütün dini konfessiyaların nümayəndələrinə bərabər münasibət.
Məqalədə İslam intibahı dövründə İslam sivilizasiyasında birgəyaşayışı formalaşdıran, sülh quruculuğu və mədəniyyətlərarası dialoqun formalaşmasında mühüm rol oynayan bir sıra amillər tarixilik prinsipi qorunmaqla, müqayisəli təhlil, tarixiekskurs metodundan istifadə edilərək təhlil edilmişdir. Bu amillər sırasında İslam dininin yaranması, ərəblərin hərbi fəthləri, ərəb dilinin rəsmi dil olması, VIII əsrdə geniş vüsət alan tərcümə prosesi və bununla da elmlərin inkişafını göstərmək olar.