Proceedings

Əl-Farabinın Siyasət Fəlsəfəsi Əl-Farabinın Siyasət Fəlsəfəsi

Kəmalə Bakı Dövlət Universiteti Fəlsəfə kafedrasının müdiri Author

Abstract

Orta əsrlərdə İslam bölgəsində yaranan peripatetizm fəlsəfəsi təbii elmin inkişafında özünəməxsus rol oynamışdır. Antik fəlsəfi fikir ilə yerli fəlsəfi düşüncənin sintezi olan Şərq peripatetizminin görkəmli nümayəndələrindən biri də Əbunəsr əl-Farabi olmuşdur. Əl-Farabi həm antik filosofların əsərlərini şərh etmiş, həm də təbiət, məntiq, etika, siyasət sahəsində əsərlər yazmışdır. Bu şərhlər və əsərlər həmin dövrdə xilafətin tərkibinə daxil olan ərazilərdə elmin və fəlsəfənin inkişafına təsir göstərmiş, Şərq peripatetizminin sonrakı nümayəndələrinin formalaşmasında böyük rol oynamışdır.
Əl-Farabinin siyasət fəlsəfəsi Platon və Aristotelin dövlət və siyasətə dair fikirləri əsasında formalaşmışdır. Əl-Farabi siyasətlə əxlaqı bir-biri ilə əlaqəli məsələlər kimi nəzərdən keçirir. Onun “Səadət əldə edilməsi”, “ Fəzilətli şəhər əhalisinin görüşlərinə dair” əsərləri məhz həmin problemlərin həllinə əsaslanır. “ Səadət əldə edilməsi” əsərində insanların hər iki dünyada səadət qazanması üçün vacib vasitəçi olan nəzəri, fikri, əxlaqi fəzilətlər və praktik vasitələr irəli sürülür. Əl-Farabi bu dörd fəzilətin məhz tərbiyə, təhsil nəticəsində əldə olunduğunu nəzərə çatdırır. Bu əsərdə mütəfəkkir insanın əsas məqsədinin nədən ibarət olduğunu araşdırmağa çalışır. Əl-Farabiyə görə, insanın həyatda əsas məqsədi xoşbəxtliyə nail olmaqdır.
Əl-Farabi dövlətləri fəzilətli, kollektiv və cahil növlərə bölərək, hər birinin idarə olunması xüsusiyyətlərini şərh edir. Üstünlüyü fəzilətli dövlətlərə verən mütəfəkkir burada düzgün idarəetmə, təhsil və tərbiyənin rolundan bəhs edir, fəzilətli dövlətin sakinlərini xoşbəxtliyə çatdıran vasitələri nəzərə çatdırır. Cahil dövlətlərin sakinlərinin əsas xüsusiyyəti isə onların həqiqi xoşbəxtliyin mahiyyətini anlamamalarıdır. Düzgün idarəetmə, qanunvericilik, xoşbəxtliyin əldə edilməsi biliyə əsaslanmalıdır. Belə biliklərə bəzi xüsusi insanlar sahib ola bilir. Əl-Farabi insanları iki qrupa ayırır: seçilmişlər və sıradan olanlar. Düzgün idarəetmə üçün düzgün idarəedənin mövcudluğu zəruridir. İnsanların xoşbəxt olmaları qanunlardan və ədalətli dövlət idarəetməsindən asılıdır. Bunlar üçün həmin qanunları tərtib edənlərin və onların yerinə yetirilməsinə nəzarət edən hökmdarın mövcudluğu zəruridir. Bu qanunları verən və dövləti idarə edənlər filosof-peyğəmbər olarsa, cəmiyyətdə sülh, əmin-amanlıq, səadət hökm sürər.