Proceedings

Quranda Birgəyaşayışın Əhəmiyyəti Quranda Birgəyaşayışın Əhəmiyyəti

Xəyal “Əl-Mustafa” Beynəlxalq Virtual Universitetinin müəllimi Author

Abstract

Birgəyaşayış – insanların məslək və xarakterlərinin düzlüyünü, yaxud fərdlərin səadət və bədbəxtliyini nəzərə almadan, dinc birgəyaşayışa və sosial hüquqların rəsmi tanınmasına xidmət edən bir metoddur.
İnsanların dinc şəraitdə birgəyaşayışından məqsəd, müharibə qarşısında sülh və ya savaşdan daha yüksəkdə duran, empatiya, yardımlaşma və xeyirxahlığı özündə ehtiva edən bir yaşam tərzidir.
On dörd əsr bundan öncə bəşəriyyətin ictimai yaşayışla bağlı birgəyaşayış proqramı olmadığı halda, Müqəddəs Kitabımız Qurani-Kərim ayrı-ayrı ayələrində müxtəlif formalarda birgəyaşayışdan söz açmış, ictimai yaşamın ayrılmaz xassəsi kimi təkidlə bu amilin üzərində durmuşdur. Sülh və məhəbbəti tərənnüm etdirən İslam dini müsəlmanları digər dinlərin ardıcılları, hətta əqidə müxalifləri (kafir, müşrik, münafiq) ilə əxlaq, hüquq və insanlıq dəyərləri çərçivəsində davranmağı əmr edir. Birgəyaşayışdan bəhs edən ayələri yan-yana düzüb yekun nəticə almaq istəsək, Qurani-Kərimin insanların birgəyaşayışına xüsusi əhəmiyyət verdiyi məlum olar. Belə ki, bir çox ayələr insanları kimliyindən, ictimai mövqeyindən, dini mənsubiyyətindən asılı olmayaraq birgəyaşayışa dəvət edir. Sözügedən mövzu İslamdao qədər əhəmiyyətlidir ki, dinc şəraitdə birgəyaşayışın gerçəkləşməsi, rəvacı və qloballaşması istiqamətində Quranda fərqli prinsip və metodlar irəli sürülmüşdür.
Habelə Quran baxımından başqa dinlərin ardıcıllarına, sırf qeyri-müsəlman olduqlarından dolayı kin və ədavət bəsləmək yolverilməzdir. Onlara zülm etmək, din və etiqad azadlıqlarını pozmaq, müqəddəslərini təhqir etmək və s. haram sayılır. Əlbəttə, müsəlmanların hərbi təcavüzə və ya gücsüz insanların kəskin zülmə məruz qalmaları (fundamental hüquqlarından və azadlıqlarından məhrum edilmə) halları istisnadır. Bu kimi hallarda müsəlmanların özlərini qorumaqdan ötrü müdafiə cihadından yararlanması sağlam məntiqə və fitri dəyərlərə uyğundur. Başqalarından önə keçməkdən ötrü xəyanət yolunu tutmaq isə İslam dininin prinsiplərinə tamamilə ziddir.
Bütün bunlarla yanaşı, Qurani-Kərim özünün birgəyaşayış modelini təqdim edərək, bütün bəşəriyyəti o modelə uyğun davranmağa çağırır. Sözügedən modeldə əsas məhvər dinc sosial qarşılıqlı münasibətlər deyil, cəmiyyət fərdlərinin etik təkamülüdür.