Təlmində Dini Dəyərlərdən İstifadə
Xülasə
Müasir dövrün reallığı budur ki, təhsil şəxsiyyətin ehtiyaclarını ödəyə biləcək sistem şəklində qurulsun. Gələcəyin necə insanların əlində olması bir çox mənada məktəbdən asılıdır. Əgər məktəb öz tərbiyəvi, öyrədici, inkişafetdirici vəzifələrini uğurla həyata keçirsə, əlbəttə, XXI əsrdə yaşaya biləcək şəxsiyyətlər yetişdirər. Bu isə həm insanların, həm cəmiyyətin, həm də ümumilikdə dünyanın mənafeyinə uyğun olar. Bütün bu sadalananlar isə birbaşa təlimin səmərəli və keyfiyyətli qurulması ilə bağlıdır. Müasir texnoloji və mədəni dəyişikliklərlə şagirdlərin araşdırma aparmaq, nəticə çıxarmaq, problemləri həll etmək kimi bacarıqlara yiyələnmələrində təlimin böyük rolu vardır.
Səmərəli təlim fəaliyyəti özündə fəal təlim strategiyalarını əhatə edir ki, bu da təlim zamanı yüksək nailiyyətlərin əldə olunmasına xidmət edir. Təlimin səmərəliliyinin hər vasitə ilə yüksəldilməsi qazanılan biliklər, dəyərlər və bacarıqların daha da təkmilləşdirilməsinə, möhkəmləndirilməsinə şərait yaradır. Təlim mühitinin təşkilində, həmçinin dini dəyərlərdən düzgün istifadə səmərəliliyin artırılmasına şərait yaradır.
Bu zaman müasir dövrün inkişaf tendensiyaları, təhsilə yeni yanaşmalar da mütləq nəzərə alınmalıdır.
Azərbaycan Respublikasının təhsil islahatı insan hüquqlarının qorunmasına dair beynəlxalq konvensiyalar və digər beynəlxalq müqavilələr əsas götürülməklə yüksək mənəvi dəyərlərə malik şəxsiyyətin yetişdirilməsi istiqamətində dünya təhsil sisteminə inteqrasiya olunur.
Burada bir cəhət diqqətdən kənarda qalmamalıdır. Belə ki, dünya xalqlarının müxtəlif dini inancları vardır. Lakin bu dini inanclar təhsilin inkişafına heç də mənfi təsir göstərmir, əksinə, düzgün dini tərbiyə təhsilin daha yüksək səviyyədə inkişafına xidmət edir.
Tarixən bütün tərbiyə sistemləri istisnasız olaraq elmi başlanğıcla yanaşı, dini-mənəvi başlanğıca da malik olmuşdur.
Təlim prosesində dini dəyərlərə istinad olunması, müqəddəs şəxslərin elmə-biliyə dəyər verməsinə dair sitatların gətirilməsi təhsilalanların təlim materialını daha yaxşı mənimsəməsinə, elmi biliklərə yiyələnməsinə şərait yaradır.
Bu, o halda özünü doğruldur ki, dini zəmin, dini dəyərlər qorunsun, təhrifə, dini fanatizmə, xurafata, mövhumata yol verilməsin.
Dini dəyərlərdə demokratizm, humanizm, dünyəvi, bəşəri, milli-əxlaqi dəyərlərə hörmət, tolerantlıq, sağlam düşüncənin gözlənilməsi zəruri faktorlardır.
Düzgün dini tərbiyə şagirdlərin təhsilinin optimallaşmasına, biliklərinin dərinləşməsinə, elmin inkişafına xidmət edir.
Dini savadlılıq digər dinlərə dözümlülüyə, müxtəlif dini inancları olan xalqlarla birgəyaşayış qaydalarına hörmətlə yanaşmağa gətirib çıxarır.
Təhsilalanın ümumi mədəniyyət səviyyəsinin göstəricisi olmasında elmi biliklərin və dini dəyərlərin rolu böyükdür.
Azərbaycan qədim elm və mədəniyyət ocağıdır. Təbii ki, indi də vaxtilə qazanılmış biliklər, bacarıqlar, xüsusiyyətlər, milli-mənəvi və dini dəyərlər saxlanılmaqla inkişaf edir.
Müasir mərhələdə təhsilalanların meyil və maraqlarının хarakteri хüsusilə diqqəti cəlb edir. Bu da özünüinkişaf üçün, dini-əxlaqi dəyərlərin tərəqqisindən ötrü əlverişli zəmin yaradır.
Təlim prosesi müəllimlərin əlaqələndirici, istiqamətverici, məsləhətçi, təhsilalanların isə tədqiqatçı, yaradıcı funksiyalarının təmin olunması istiqamətində qurulur. Təlim təhsilalanın zehni qüvvələrini inkişaf etdirməklə bərabər, həm də onlarda nəcib sifətlər, yüksək mənəvi-əxlaqi, dini duyğular, qüvvətli хarakter və möhkəm əqidə formalaşdırır.

Açar sözlər
şəxsiyyət, təlim, təhsil, din, dəyər